Elçinin romanlarının Almaniyada yeni nəşrləri
Bu ilin əvvəllərində Xalq yazıçısı Elçinin "Baş" romanı alman dilində nəşr olunduqdan sonra Almaniyada onun yaradıcılığına oxucuların və ədəbi ictimaiyyətin marağı daha da artıb.
AZƏRTAC
xəbər verir ki, bu günlərdə
Berlinin "Pem Verlaq" nəşriyyatı
bir-birinin ardınca Azərbaycanın Xalq yazıçısının "Ağ dəvə" və "Ölüm hökmü" romanlarını
nəşr edib.
"Ağ dəvə"
romanı Qərbi Almaniyada ilk
dəfə hələ 1989-cu ildə nəşr olunmuşdu. "Ölüm
hökmü" romanının isə bu, ilk nəşridir.
Əsəri alman dilinə Karl
Hermann Kiel tərcümə
edib.
Nəfis
şəkildə çap olunmuş kitabın tərtibatçısı
rəssam Yohn Viliam Vaterhousedir.
Xatırladaq
ki, bu, Elçinin Almaniyada nəşr edilmiş sayca
altıncı kitabıdır. Belə ki, 1980-ci illərdə
Xalq yazıçısının "Mahmud və Məryəm"
romanı nəşr olunmuş, sonradan həmin roman "XX əsrin
məşhur romanları" seriyasından yenidən çap
edilmişdi. Hazırda isə ədibin seçilmiş pyeslərindən
ibarət kitabı alman dilində nəşrə
hazırlanır.
525-ci qəzet 2018.- 15 noyabr.- S.7.