Dədə Şəmşir ruhunun və işığının
daşıyıcısı
Vətəni, xalqı üçün yaşayan, yaradan ağsaqqal ziyalılarımızdan biri də Dədə Şəmşir nurunun və ruhunun daşıyıcısı Qənbər Şəmşir oğludur.
Qənbər müəllim 1933-cü il noyabr
ayının 16-da Kəlbəcər
rayonunun Ağdaban kəndində dünyaya gəlib. O, 1950-ci ildə Yanşaq kənd orta məktəbində təhsil aldıqdan sonra bir il kəndli-gənclər
kursunda işləyib,
1951-ci ildə isə iki illik Ağdam
dövlət müəllimlər
institutunda Azərbaycan
dili və ədəbiyyatı fakültəsinə
daxil olub. 1953-cü ildə həmin institutu bitirərək Kəlbəcər
rayon Ağdaban kənd
yeddiillik məktəbində
müəllim, 1957-ci ildən
isə həmin məktəbin direktoru işləyib. 1957-1958-ci illərdə Kəlbəcər
rayon Partiya komitəsində
təbliğat-təşviqat şöbəsinin müdiri
vəzifəsində çalışıb.
1958-ci ildə Bakı Ali Partiya məktəbinə göndərilib.
1961-ci ildə qiyabi yolla N.Tusi adına institutu,
1964-cü ildə isə
Sovet İttifaqı Kommunist Partiyası yanında Ali Partiya məktəbini bitirib.
1960-1966-cı illərdə Ağdaban səkkizillik məktəbində direktor,
1966-1971-ci illərdə Kəlbəcər
qəsəbə orta məktəbində direktor,
1971-1974-cü illərdə Kəlbəcər RPK-nın
ikinci katibi, 1974-1988-ci
illərdə Kəlbəcər
RİK-in sədri, 1989- 1991-ci illərdə Gədəbəy
RİK-in sədri, 1991-1992-ci illərdə Gədəbəy
rayon İcra Hakimiyyətinin
başçısı, 1993-cü ildə Azərittifaqda baş müşavir,
1993-1994-cü illərdə Kəlbəcər rayon İcar
Hakimiyyətinin başçısı
işləyib. Uzun müddət dövlət
fəaliyyətində səmərəli
çalışdığına görə Qənbər müəllim "Şərəf
nişanı" ordeni,
"Əmək igidliyinə
görə" və
"Əmək veteranı"
medalları ilə təltif edilmişdir.
Qənbər müəllimin sədirlik
etdiyi "Aşıq
Şəmşir" Mədəniyyət
Ocağı İctimai
Birliyi 29 yanvar 2010-cu ildə Azərbaycan Respublikasının Ədliyyə
Nazirliyində qeydiyyata
alınmışdır. Onun rəhbərlik etdiyi "Aşıq Şəmşir"
Mədəniyyət Ocağı
İctimai Birliyi yarandığı gündən
mədəniyyətimizin incəsənətimizin,
milli-mənəvi dəyərlərimizin,
aşıq sənətinin
qorunub yaşadılması
və digər sahələr üzrə ölkə daxi-lində və xaricdə müxtəlif tədbirlər
həyata keçiribdir.
"Aşıq Şəmşir"
Mədəniyyət Ocağı
İctimai Birliyi "Unudulmaqda olan xalq sənəti nümunələrinin təbliği",
"Ustadnamələr - milli
dəyərlərimizin əlifbasını
birgə oxuyaq" və "Azərbaycan-Türkiyə
milli birliyinin simvolu - ozan-aşıq sənəti" və sair onlarla layihələri
həyata keçirmişdir.
Layihələr çərçivəsində
milli folklor oyunlarımız olan Kilimarası və Maraloyunu geniş ictimaiyyətə təbliğ
edilmiş, bukletlər
şəklində çap
edilib vətəndaşlara
paylanmış və
bunun əsasında qısametrajlı filmlər
hazırlanmışdır.
Qənbər müəllimin birbaşa rəhbərliyi altında
təşkilat Ulu Öndərimiz Heydər Əliyevin irsinin öyrənilməsi və
gənc nəslə aşılanması ilə
bağlı mütəmadi
olaraq silsilə tədbirlər həyata keçirmişdir. Təşkilat həmçinin, Qənbər Şəmşiroğlunun
təşəbbüsü əsasında Azərbaycan
şair və yazıçılarının, elm və ədəbiyyat xadimlərinin kitablarının
nəşr etdirib ictimaiyyətə təqdim
etmişdir. O, Azərbaycan
Yazıçılar Birliyinin
üzvü və Respublika Ağsaqqallar Şurası Rəyasət
heyətinin üzvü,
onlarla kitabın müəllifidir: "Gədəbəy
xatirələri", "Axtarıb
Şəmşiri görmək
istəsən", "Oğul
gərək oğul olsun", "Bütövləşmək istədim",
"Elzanın Okanı",
"Qənbər Şəmşiroğlu-75:
Ömrün işıqlı
anları", "Tale oxşarlığı",
"Qənbər Şəmşiroğlu:
Dostlar unutmaz məni", "Əmioğluların
əməlləri", "Bir də görüşərik...",
"Kəlbəcər: ömrüm,
həyatım", "Sxojest
sudeb" - "Oxşar
talelər" (rus dilində), "Prodelki rodstvenniçkov" - "Qohumların
əməlləri" (rus
dilində), "Trisks
of relatives" - "Qohumların əməlləri" (ingilis
dilində), "Salehli
səfərlər", "Hələ yerindədir, vurur ürəyim",
"Caninin etir-afı",
"Birdə görüşərdik".
Həmçinin, Qənbər müəllimin
iki kitabı İran İslam Respub-likasında nəşr
olunmuşdur. Qənbər müəllimin nəzm, nəsr əsərlərindən
başqa müxtəlif
illərdə müxtəlif
mətbuat orqanlarında
nəşr olunmuş
bir-birindən maraqlı
onlarla elmi-publisistik, ədəbi-bədii yazıları
dərc olunub. Həmin mətbuat orqanlarına "Dünya"
qəzetini, "Yeni bəşər" qəzetini,
"Yenilik" qəzetini,
"525-ci qəzet"i və
başqa qəzet və jurnalları nümunə göstərmək
olar.
Qənbər müəllim Dədə
Şəmşir dünyasını
dəyişən-dən (1980) sonra, ulu babası
XVI əsrin sufi şairi, övliya Miskin Abdal ocağının,
o mənəvi ocağın
davamı olan Dədə Şəmşir
yurdunun varisi, Miskinli Ocağının ağsaqqalı oldu.
Dastan məclisində, el məclisində
Söz sərrafı olan dədəmi gəzdim....
Onun ulu babalarından süzülüb
gələn yaradıcılıq
bulağını öz
ilhamı ilə qurumağa qoymamış,
yaratdığı gözəl
şeir nümunələri
- qoşmalar, qəzəllər,
gəraylılarla bu bulağın suyunu daha da gur
etmişdir. Onun şeirlərində həyata,
insana, təbiət gözəlliklərinə, ailə
dəyərlərinə yüksək
sevgi və ehtiramla yanaşı, dərin bir həsrət, doğma ocaq dərdi və Kəlbəcər nisgili vardır:
Xalısı var, xalçası
var, xalı var,
Bəzənibdi çəmən, çiçəyə
dağlar.
Meh tərpədib, sığallayıb
telini,
Oxşayır qənirsiz göyçəyə
dağlar.
Qənbər müəllim həm öz övladlarına, həm də cəmiyyətimizdə layiqli
yerini tutmaq istəyən gənclərimizə
böyük qayğı
və diqqət göstərmiş, əsl
ağsaqqal nəsihəti
vermişdir. Hörmətli ziyalımız Qənbər
müəllim Qənbər
Şəmşiroğlu imzası
ilə bu gün də yazıb yaratmaqdadır.
Qənbər müəllimin müəllifi
olduğu kitablardan və digər şeirlər kitablarını
nümunə göstərmək
olar.
Yurd həsrətini
daima qəlbində daşıyan, həyatın
minbir çətinliyinə
sinə gərən Qənbər Şəmşiroğlu
öz yaradıcılığında
təpədən-dırnağa vətənin haqq aşiqidir. Bir zaman zirvəsindən
atla keçdiyi dağların indi yurdunun qabağına çəkilən divar olduğunu duyan qəlbinə hər addımında o torpaqlara qovuşmaq ümidini itirməmişdir.
Şahdağdan üz tutub Murova baxdım,
Bu dağdan o dağa
salamlarım var.
Kəpəzin o üzü gözəl
diyarda,
Düşmən tapdağında qalanlarım
var.
Qənbər müəllim ömrünün
bu ahıl, müdrik çağında
bizlər üçün
böyük mənəvi
sərvət yaratmışdır. Bizlərin əsas
işi isə Qənbər müəllim
kimi ağsaq-qallarımızı,
ziyalılarımızı dərindən öyrənmək
və onun irsinə bir azərbaycanlı kimi sahib
çıxmaqdır.
Qənbər müəllim bu
gün öz kamillik yaşında da "Aşıq Şəmşir" Mədəniyyət
Ocağı İctimai
Birliyinin sədri kimi Kəlbəcər rayonunun və respublikanın ictimai-siyasi
həyatında fəaliyyətini
davam etdirir, Respublikamızda həyata keçirilən kütləvi-mədəni
və sosialyönümlü
tədbirlərdə yaxından
iştirak edir, sosial qayğıya ehtiyacı olan insanlara maddi, mənəvi yardımçı
olur, qaçqın və məcburi köçkünlərin, şəhid,
əlil, aztəminatlı
ailələrin tələbə
və gənclərin
sosial problemlərinin həllində, yaşayış
şəraitlərinin yaxşılaşdırılmasında
yaxından iştirak edir.
Azərbaycanın sosial-iqtisadi inkişafındakı
xidmətlərinə görə
Qənbər müəllimin
əməyi Möhtərəm
Prezidentimiz Cənab İlham Əliyev tərəfindən yüksək
dəyərləndirilib, 18 oktyabr 2011-ci ildə "Tərəqqi" medalı
ilə təltif olunub.
Əzizimiz Qənbər müəllim,
bu gün Sizin 85 yaşınız tamam olur. Sizi səmimi qəlbdən təbrik edir, Ulu Tanrıdan can sağlığı, uzun
ömür, işlərinizdə
uğurlar arzulayırıq.
Arzu edirik ki, İnşallah
gələn ad gününüzü
doğma torpağımızda,
Dədə Şəmşir
ocağında Kəlbəcərimizdə
keçirək.
Rübabə
ŞİRİNOVA
AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu fəlsəfə üzrə fəlsəfə
doktoru, dosent
525-ci qəzet.-2018.-15 noyabr.-S.7.