"Yarımçıq xatirələr"
Xızıda nümayiş olundu
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 31 yanvar tarixli "Azərbaycan kinosunun 120 illik yubileyinin keçirilməsi haqqında" Sərəncamının icrası məqsədilə Mədəniyyət Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi və Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Xızıdakı Heydər Əliyev Mərkəzində Qarabağ müharibəsinə həsr olunmuş "Yarımçıq xatirələr" filmi nümayiş olunub.
Mədəniyyət Nazirliyindən bildirilib ki, filmin nümayişindən
sonra gənc mədəniyyət işçiləri
arasında mövzuya dair müzakirə aparılıb.
Müzakirələrdə Azərbaycan kino sənətinin uğurlarından
söz açılıb,
müasir kinematoqrafların
Qarabağ mövzusuna
və ümumilikdə
vətənpərvərlik mövzusuna daha çox müraciət etməli olduğu vurğulanıb.
Sözügedən filmdə rol almış aktyor, rejissor və ssenarist Rza Rzayev
bildirib ki, kino cəmiyyətin ideoloji istiqamətini müəyyənləşdirən institutdur. Dövlətin məqsədlərini həyata keçirmək üçün kino ən mühüm meyarlardan biridir və Azərbaycanda kinonun inkişafına xüsusi qayğı göstərilir.
Tədbirdə film və Azərbaycan kinematoqrafiyası haqqında
fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, 2015-ci ildə Mədəniyyət
Nazirliyinin sifarişi ilə çəkilən
filmin ssenari müəllifləri Yuri Vorobyov
və Yavər Rzayev, rejissoru Elxan Cəfərov, quruluşçu operatoru
Nadir Mehdiyev, prodüseri
Müşfiq Hətəmov,
bəstəkarı Polad
Bülbüloğludur.
Film
1941-ci ildə Brest qalasını
faşistlərdən qəhrəmancasına
qorumuş və 50 ildən sonra doğma Qarabağı erməni işğalçılarından
müdafiə etməyə
qalxmış bir əsgərin taleyindən
bəhs edir.
Şahanə
MÜŞFİQ
525-ci qəzet.-2018.-15 noyabr.-S.7.