Təhmiraz Şirinovun
yubiley gecəsi keçirildi
Beynəlxalq Muğam Mərkəzində Əməkdar artist, xanəndə Təhmiraz Şirinovun anadan olmasının 70 illiyi və yaradıcılığının 50 illiyi qeyd olunub.
Tədbir Azərbaycan Televiziyası
“Mədəniyyət” kanalının
və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi çərçivəsində həyata keçirilmişdi.
Yubiley gecəsində
tanınmış elm, mədəniyyət
və incəsənət
xadimləri iştirak
etdilər.
Gecənin əvvəlində Təhmiraz
Şirinovun ifasında
mahnılardan ibarət
videoçarx nümayiş
olundu.
Sonra tədbirin
aparıcısı, pedaqoji
elmlər doktoru Vidadi Xəlilov yubilyarın həyat yolundan, Azərbaycan xanəndəlik məktəbinə
verdiyi töhfələrdən
danışdı.
Tədbirdə xalq artistləri
Canəli Əkbərov,
Ramiz Quliyev, Möhlət Müslümov,
S.Hacıbəyov adına
Sumqayıt Musiqi Kollecinin direktoru Ramis Quliyev çıxış
edərək Təhmiraz
Şirinovun sənət
yolu haqqında söylədilər.
Gecənin musiqi hissəsi
Xalq artisti Adil Bağırovun rəhbərliyi altında
Ə.Dadaşov adına
“Xatirə” xalq çalğı alətləri
ansamblının müşayiətilə,
Xalq artistləri Nəzakət Teymurova, Zümrüd Məmmədova,
Gülyanaq Məmmədova,
Gülyaz Məmmədova,
Əməkdar artistlər
Gülüstan Əliyeva,
Ehtiram Hüseynov və Zakir Əliyevin
ifasında keçdi.
Bütün çıxışlar gur
alqışlarla qarşılandı.
Sonda sənətkarın
qızı Səadət
Təhmirazqızı Beynəlxalq
Muğam Mərkəzinə
və tədbirin təşkilində iştirak
edənlərə dərin
minnətdarlığını bildirdi.
Xatırladırıq ki,
Beynəlxalq Muğam Mərkəzində
muğamın, milli və etnik
musiqinin təbliği və
inkişafı istiqamətində tədbirlər və
möhtəşəm yaradıcılıq layihələri davam edir.
Noyabrın 15-də saat 19:00-da Beynəlxalq Muğam Mərkəzinin yeni “Qəzəllər” layihəsi çərçivəsində keçirilən tədbirdə dahi Məhəmməd Fizulinin qəzəlləri səslənəcək. Konsertdə xanəndələr-Almaxanım Əhmədli, Hüseyn Məlikov və Məmməd Nəcəfovun ifasında muğamlardan parçalar və təsniflər ifa ediləcək.
525-ci qəzet 2018.- 16 noyabr.- S.8.