Yada düşdünün yeni sayı

 

 

Yada düşdü” ədəbi-bədii, nostalji jurnalın 2018-ci il üçün üçüncü sayı işıq üzü görüb.

 

Jurnal “Təsisçidən” başlığı altında Nəxakət Məmmədovanın “Payız ömrüşeiri ilə açılır.

Jurnalın bu sayında Maarifə Hacıyeva “Hüseyn CavidinAna” əsərinin səhnə təcəssümü”, Barat Vüsalİsa Muğanna - sonuncu Ənəlhəqq deyən kişi...”, Vaqif YusifliMirvarid Dilbazi” məqalələri ilə çıxış edir.

Şəmistan Nəzirli “Əzablı ömür” məqaləsini bu sayda da davam etdirir.

Ülfət CavadKremlin Azərbaycanlı memarı”ndan söz açır.

Elşad Dağlı “Ömrünü səhiyyəyə həsr edən alim” başlığıyla Bəybala Abbasovdan bəhs edir.

Mikayıl Müşfiqin 110 illik yubileyinə həsr olunmuş “Qəlbimizə yazılan şeirlər” rubrikasında şairin “Bəxtiyar” şeiri təqdim olunur. Güllü Eldar Tomarlı Natəvan Dəmirçioğlunun 55 illik yubileyi münasibətilə “Tanrı qadınların ahını götürmür” məqaləsində xanım yazıçının həyat və yaradıcılığına işıq tutur.

Körpü” rubrikasında Hüseyn Şərqidərəcək SoytürkŞah İsmayıl Xətai siyasət və ideologiya memarı”, “Yazıçı masasından” bölməsində Seyran Səxavət “Mən tükənmişəm, Seyran” məqaləsi ilə çıxış edir.

Rafiq Hacıyev “Novator” yazısında Əməkdar artist Həmid Vəkilovdan söz açıb.

Poeziya” bölməsində Telli Pənahqızının şeirləri yer alıb.

“Səfər təəssüratları” bölməsində Salatın Əhmədli “Yaşıllıqlar ölkəsi Litva” məqaləsini davam etdirir.

Dərginin bu sayında Şöhlət Əfşar “Nadir Şah Əfşar kimdir?” deyərək böyük sərkərdədən, Zemfira Məhərrəmli isə “Mənfi rolların müsbət ifaçısı” başlığı ilə mərhum aktyor, Xalq artisti Fuad Poladovdan söz açır. Sonda yeni nəşrlər haqqında annotasiya dərc edilib.

 

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2018.- 17 noyabr.- S.12.