Lüksemburqda azərbaycanlı rəssamın fərdi sərgisi
açıldı
Azərbaycanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfirliyi və Lüksemburqda fəaliyyət göstərən "Qarabağ" Azərbaycan Mədəniyyət Assosiasiyasının birgə təşkilatçılığı ilə tanınmış rəssam Anar Hüseynzadənin "Abşeron nağılı" adlı fərdi sərgisi təşkil olunub.
AZƏRTAC xəbər verir ki, səfir
Fuad İsgəndərov
"Qarabağ" Azərbaycan
Mədəniyyət Assosiasiyasının
informasiya mərkəzində
bununla bağlı keçirilən tədbiri
giriş sözü ilə açıb, Azərbaycan mədəniyyəti
və incəsənətindən
danışıb.
Bildirilib ki, A.Hüseynzadə məktəblilər üçün
dərnəklərdə rəngkarlıq
sənəti ilə məşğul olmağa
başlayıb. Azərbaycan Dövlət Rəssamlıq
Akademiyasını bitirib.
A.Hüseynzadənin əsərləri dünyanın müxtəlif
ölkələrində sərgilənib
və şəxsi kolleksiyalarda saxlanılır.
Rəssamın ilk fərdi sərgisi
2014-cü ildə təşkil
olunub. Onun "Qədim şəhər"
əsəri Azərbaycanın
Birinci vitse-prezidenti Mehriban Əliyeva tərəfindən 2007-ci ildə
BMT-nin İsveçrə
bölməsində yaradılan
"Azərbaycan otağı"na təqdim edilib.
Qeyd edilib ki, rəssamın yaradıcılığında əsas hədəf öncədən təyin
edilmiş sərhəd
və çərçivələrdən
kənara çıxmaq,
rənglərin köməyi
ilə özünəməxsus
məkan yaratmaqdır. Onun əsərlərində
Abşeron, Bakı, İçərişəhər mövzuları, eləcə
də sadə insanların portretləri və fəlsəfi mövzular rənglərin
dili ilə təqdim olunur. Texniki ustalıq, rəng seçimi və istifadə edilən təsviri metodlar rəssamın əsərlərinə
xüsusi cazibədarlıq
verir. Avropa Şurasında, Vyanada
rəssamın fərdi
sərgiləri təşkil
edilib. A.Hüseynzadə
Almaniya, İsveçrə,
İngiltərə, Türkiyə,
Özbəkistan və
Moldovada festivallarda iştirak edib.
Lüksemburq "Qarabağ" Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti Lea Linster mərkəzin əsas fəaliyyətinin mədəniyyətimizi təbliğ etmək olduğunu vurğulayıb. Ölkəmizə səfərini xatırlayaraq, zəngin mədəniyyətimizə məftun olduğunu bildirib. Mərkəzin digər azərbaycanlı rəssamların sərgilərini təşkil etməkdə maraqlı olduğunu qeyd edib.
A.Hüseynzadə
yaradıcılığında Abşeron mövzusunun
mühüm yer tutduğunu, əsərlərinin doğma
yurduna sevgisini təcəssüm etdirdiyini diqqətə
çatdırıb. O, "Qarabağ" Azərbaycan Mədəniyyət
Mərkəzinə göstərdiyi dəstəyə görə
təşəkkür edib.
Tədbir
iştirakçıları azərbaycanlı rəssamın sərgisini
ziyarət edərək, nümayiş olunan əsərlərlə
bağlı təəssüratlarını
bölüşüblər.
525-ci qəzet 2018.- 20 noyabr.- S.7.