“Cümhuriyyət-100 il” adlı rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindənAzərbaycan Xalq Cümhuriyyəti İlivə Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 illik yubileyi münasibətilə orta ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilənCümhuriyyət-100 iladlı vətənpərvərlik mövzusunda rəsm müsabiqəsinə yekun vurulub.

Sentyabrın 20-dən noyabrın 5-dək davam edən müsabiqədə respublikamızın bütün bölgələrini təmsil edən orta ümumtəhsil məktəblərinin şagirdləri iştirak ediblər.

Müsabiqəyə göndərilmiş rəsm əsərləri münsiflər heyəti tərəfindən qiymətləndirilib, 500-dən artıq rəsm arasından 100-ü seçilərək sərgiyə buraxılıb seçilmiş mövzuya uyğun ən yaxşıları qalib elan edilib. Sərginin açılışı qaliblərin təltif olunmasıNizami” Kino Mərkəzində keçirilib. Tədbirdə Səfərbərlik Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov, Mədəniyyət nazirinin müavini Rafiq Bayramov, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Azərbaycan Qarabağ Əlilləri, Veteranları Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev, Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev digər QHT təmsilçiləri, ziyalılar iştirak ediblər.

Tədbir iştirakçıları ilk öncə məktəblilərin sərgidə nümayiş etdirilən rəsm əsərləri ilə tanış olublar. Sərgiyə təqdim olunan əsərlər barəsində məlumat verilərək, bildirilib ki, gənc rəssamların hər bir işi özünəməxsusluğu ilə fərqlənir. Əsərlərin məzmun baxımından düzgün seçildiyini, məktəblilərin Vətənə, Silahlı Qüvvələrimizə, həmçinin, Azərbaycan Xalq Cümhuriyyəti qurucularına olan məhəbbətinin hər bir işdə ifadə olunduğu vurğulanıb. Sərginin tərtibatı, nümayiş olunan rəsmlər qonaqlarda xoş təəssürat yaradıb. Daha sonra tədbirin rəsmi hissəsi keçirilib.

Tədbiri giriş sözü ilə açan Səfərbərlik Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov qeyd edib ki, Xidmət tərəfindən təşkil edilmiş “Cümhuriyyət-100 iladlı ümumrespublika rəsm müsabiqəsinin keçirilməsində məqsəd müstəqil dövlətçilik tariximizdə mühüm yer tutan Xalq Cümhuriyyətinin fəaliyyətinin cəmiyyətə daha geniş çatdırılması, qəhrəmanlıq nümunələrinin təbliği, Vətənə, xalqa dövlətçilik ideyalarına hörmət hisslərini gücləndirmək, gənc nəsli milli dövlətçilik ruhunda tərbiyə etmək, xüsusi istedadlı məktəbliləri aşkar edib ictimaiyyətə tanıtmaq, doğma torpağa sədaqət hissini möhkəmləndirmək, hər an Vətənin müdafiəsinə qalxmağa hazırlığı yüksəltməkdir.

A.Rəhimov qeyd edib ki, müsabiqənin keçirildiyi qısa müddət ərzində sərgiyə bir-birindən maraqlı 500-dən artıq rəsm əsərinin təqdim edilməsi, yeniyetmə gənclərin bu mövzuya böyük maraq məsuliyyətlə yanaşması yüksək mənəvi hazırlığın nəticəsidir.Cümhuriyyət -100 iladlı vətənpərvərlik mövzusunda ümumrespublika rəsm müsabiqəsinin bütün iştirakçılarına, bu işdə böyük əmək sərf etmiş müəllimlərə valideynlərə minnətdarlığını bildirən A.Rəhimov vurğulayıb ki, sərgidə nümayiş etdirilən hər bir rəsm əsəri xalqımızın mənəvi gücünün, milli birliyinin ifadəsi, yeni vətənpərvər nəslin yetişdiyinin göstəricisidir. Odur ki, bu müsabiqənin hər bir iştirakçısını qalib hesab etmək olar

Mədəniyyət nazirinin müavini Rafiq Bayramov sərgidə əsərləri nümayiş olunan müəllifləri təbrik edərək bildirib ki, 2018-ci ilin Azərbaycan Xalq Cümhuriyyəti İli elan olunması şanlı tarixi keçmişimizə, Azərbaycan Xalq Cümhuriyyətinə göstərilən böyük ehtiramdır. R. Bayramov müsabiqənin yeniyetmə gənclərin yaradıcılıq potensialının daha da inkişaf etdirilməsinə yaxşı stimul verəcəyinə əminliyini bildirərək vurğulayıb ki, müsabiqə öz istedadlarını nümayiş etdirmək üçün yeniyetmə gənclərə yaxşı imkanlar yaradır. Nazir müavini Səfərbərlik Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi naminə Azərbaycan Xalq Cümhuriyyətinin yubileyi münasibətilə həyata keçirdiyi tədbir sərgilərin ölkəmizdə vətənpərvərlik ruhunun artırılması, mədəniyyətimizin inkişafı təbliği baxımından olduqca böyük əhəmiyyətə malik olduğunu vurğulayıb.

Sonra mükafatlandırma mərasimi başlanıb. Münsiflər heyətinin qərarına əsasən, I yerə Səfərzadə Humay Faiq qızı (Nizami rayon 214 saylı tam orta məktəb), II mükafata Tanrıverdiyev Fərid Əhmədalı oğlu (Sabunçu rayon 4 saylı tam orta məktəb), 3-cü yerə isə Bayramlı Alvina Azər qızı (Balakən rayon M.P.Vaqif adına Tülü kənd 1 saylı orta məktəb) layiq görülüb.

Qaliblərə diplom mükafatlar təqdim edilib. Müsabiqədə rəsmləri nümayiş etdirilən 10 nəfər iştirakçıya - Bayramova Kamilə Rövşən qızı, Rəsulov Tuncay Kamran oğlu, Rəhimli Fatimə Ziya qızı, Qəribova Sürəyya Kamran qızı, Paşayeva Fatimə Nail qızı, Rəsulov Aydəmir Kamran oğlu, Əhmədzadə Leyla Ramiz qızı, Əlizadə Aytac Nazim qızı, Əhmədova Tavat Əlövsət qızı, Əsgərli Ayişə Vüqar qızına isə həvəsləndirici mükafatlar verilib.

Müsabiqəyə təqdim olunmuş əsərlərin sərgisi hamı üçün açıqdır noyabrın 21-dək davam edəcək.

ŞAHANƏ

525-ci qəzet  2018.- 21 noyabr .- S.2.