gətirdim dünənimnən bu günə

Bu yükümə kim ağlayar, kim gülər...

Yetim uşaqlar tək düşdü dalımca

İçimdə islanmış nəm xatirələr.

Gözümü dikmədim özgə köçünə

gətirdim öz köçümdə gətirdim.

Nakam sevdaları, ayrılıqları

Çox şeyləri mən içimdə gətirdim.

Qarşılayıb əl versə , gələn gün

Ötən günü oxşamaqdı çətini.

Beş-on əşya ordan-ora, var ki...

Xatirələr daşımaqdı çətini.

Bu günümnən sabahıma qalır

Nədi görən taleyimin gərəyi.

çətin olurmuş ömür daşımaq

Kimin əli qabar, kimin ürəyi.

 

lll

 

Ətirli bağçasan, bağsan

Nolar, bir üzümə baxsan

zaman uzadacaqsan

O əllər məni gözləyir.

 

Gözü dolu görəsiyəm

Rahat ömür sürəsiyəm

Dərib sənə verəsiyəm

O güllər məni gözləyir.

 

Bu işvədən yorul gedək

Ürəyimə sorul gedək

Gəl boynuma sarıl gedək

O ellər məni gözləyir.

 

Atan yaxşı, anan yaxşı

Sən fikirləş yaxşı-yaxşı

Məcnunnan qalar yaxşı

O çöllər məni gözləyir...

 

lll

 

Bir dəli şeytan deyir ki

Adam bu qızdan keçməyə

Xeyli vaxtdı fürsət gəzir

Mənim qəlbimə köçməyə.

 

O hardan məni tanıyır

O hardan düşüb izimə

Yüz ilin tanışı kimi,

Dayanıb baxır üzümə.

 

gəzir, hazır məhəbbət

Heç vaxt üzümə gülməz o

Mənim işim daşdan keçir

Daşdan keçməsə gəlməz o.

 

Görürəm ki, yox yerdəncə

Mən dilə-dişə düşmüşəm

Bu, məhəbbətə oxşamır

Deyəsən işə düşmüşəm.

 

lll

 

Gül bilim dərim səni

Könlümə sərim səni

Arabir görüm səni

Gözüm yadırğamasın.

 

Bir az qərib eyləyim

Sözü zərif eyləyim

Səni tərif eyləyim

Sözüm yadırğamasın.

 

Sözünü üzülmə de

Mənə bax, özümə de

Nəyin var üzümə de

Üzüm yadırğamasın.

 

Əynimdə sarı köynək

Ürəyim göynək-göynək

Toy yoxdu, yoxdu neynək

Dözüm yadırğamasın...

 

lll

 

O yaşıl çəməndə oğlanlar, qızlar

Bir çətin görəsiyəm onları.

Bənövşələr əyil bizi dər deyir

Dərib kimə verəsiyəm onları.

 

sənin, mənim günahımdı bu

Bir addım atmamış yollar ayrıldı.

Ürəyimə sıxıb qucaqlaşmamış

Elə havadaca qollar ayrıldı.

 

Oxuyub taleyin yazdığı hökmü

Baş-başa qoymuşam səni səninlə.

Bir xeyli xatirə qalıb yadımda

Bölüşə bilmədim onu səninlə.

 

Qəribə duyğular, qəribə hisslər

Başımın üstünü alır hələ .

O ilk məhəbbətin, ilk görüşlərin

Dadı damağımda qalır hələ .

 

lll

 

Yol gedirdim, sən yolumnan eylədin

Baxışınla neçə dastan söylədin.

Öyünmə ki, məni şair eylədin

Ürəyimdə beş-on kəlmə söz qalıb

 

Haqqım yoxdu bu sevdanı danmağa

Müntəzirəm gecə-gündüz anmağa

Təzədənnən alovlanıb yanmağa

bir kösöv qalıb, bir köz qalıb.

 

Ömrü boyu sən günahkar bil məni

Qılınc götür neçə yerə böl məni

Deyirsən ki, yaddaşınnan sil məni

Silənmirəm, eh məndə üz qalıb.

 

Mənə sərf eləmir, yada saldıqca

Özüm üzülürəm belə qaldıqca

Adam huşsuz olur yaşa dolduqca

Bir az da döz, unutmağa az qalıb...

 

lll

 

Bu tüstüdə, vurhavurda

Nəyimiz var göz dəyəsi.

Sən burda, mən burda

Kimimiz var gözləyəsi.

Elə çox varımız yox

Bu dam köhnə, dirək köhnə

Sevgimin payız fəslidi

Sinəmdəki ürək köhnə.

Dünya dəyişibdi, gülüm,

Camaat ayda fırlanır.

Ələyim çoxdan ələnib

Xəlbirim göydə fırlanır.

Gör qədər yandırırsan

Bir dəfəyə çoxdu axı

Tez elə, pəncərəni

Daha gözüm çıxdı axı...

 

lll

 

Bilmirəm necə oldusa

Ürəyim yaman sıxıldı

Qəfil boşaldı dizlərim

Mən birdən-birə yıxıldım.

 

Bircə anın içindəcə

Bədənim titrədi, əsdi.

Cismim torpağa güvəndi

Ruhum göylərə tələsdi.

 

Başım yaman dumanlandı

Mən uzun bir səfər gördüm.

Yıxıldım, adam çox idi

Qalxanda bir nəfər gördüm.

 

bircə anlıq kövrəldim

gözlərimnən yaş axdı.

Sən demə torpaq çəkirmiş

Üzümnən öpdü, buraxdı...

 

lll

 

Atıb nifrətin daşını

Unutmaram göz-qaşını

Tanıyaram göz yaşını

Ürəyimə daman olar.

 

qazandıq bu ömürdə

Bu fərmanda, bu əmrdə

Mənnən başqa çətin bir

Sənnən sevgi uman olar.

 

Yenə mənsiz, yenə təksən

Solub, saralan çiçəksən

Bilirəm, gəlməyəcəksən

Amma gəlsən yaman olar...

 

lll

 

Elə bil nəfəsin gəlir

Sevdalı həvəsin gəlir

Qulağıma səsin gəlir

Quzum, hardasan, hardasan.

 

Mən səni nahaq itirdim

Zalım həsrətə ötürdüm

Bir zaman dil-dil ötürdüm

Sözüm, hardasan, hardasan.

 

"Necə ki mən varam" deyən

Halına qıymaram deyən

Səni tək qoymaram deyən

Dözüm, hardasan, hardasan.

 

Könlümüzü ovutmağa

Bəxtimizi ayıltmağa

Yoxdu sənə qayıtmağa

Üzüm, hardasan, hardasan...

 

lll

 

Heç əvvəlki deyilsən

"Mənəm-mənəm" deyirsən

Niyə bərk-bərk döyürsən

Qapım açıqdı axı.

Var xəyala getməyin-

Gedim, yoxsa getməyim?

Sənin çıxıb getməyin

Mənə acıqdı axı.

Yalannan can üzməyin

Ağlamağın, küsməyin

Ümidimi üzməyin...

Onnan çıxdı axı.

Zərifləş, incəl bir az

Könlümdə dincəl bir az

Ayağını yavaş bas

Könlüm uçuqdu axı...

 

lll

 

Təzədən yaşasam, dəyişəcək

Həminki gündüzüm, həminki gecəm

Yenə , ürəyim qandallanacaq

Yenə ayrılığa əsir düşəcəm.

 

Könlünü qırdığım o dağlar qızı

Yenə , hardansa səs elər mənə.

Bir ömür nədi ki, lap beş ömür

O ağrı, acılar bəs elər mənə.

 

Yenə bostanıma daş atacaqlar

Çevrilib kimisə daşlayacağam.

Yenə günahlar təzələnəcək

Yenə tövbəyə başlayacağam.

 

Həyatın ən acı üzünü görən

Haram tikələrdən vaz keçən ömrüm.

Bir tərəfdə nadan, bir yanda zalım

Aqillər içində az keçən ömrüm.

 

İndi azdan-çoxdan odum-ocağım

Bir az da, savabım, daha nələrim.

Üstümə örtmüşəm o ötən çağı

Başımın altında xatirələrim...

 

Xaliq RƏHİMLİ

525-ci qəzet  2018.- 22 noyabr.- S.8.