"Şahanənin nağılı" Yazıçılar Birliyində təqdim olundu

Noyabrın 21-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda gənc yazar Şahanə Müşfiqinahanənin nağılı" kitabının təqdimat mərasimi keçirilib.

Mərasimdə AYB rəhbərliyi, tanınmış ədəbiyyat incəsənət xadimləri, yazıçının həmkarları, ailə üzvləri, oxucular media nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan "Ulduz" jurnalının Poeziya bölməsinin rəhbəri, şair Fərqanə Mehdiyeva Şahanə Müşfiqin artıq bir neçə ildir ədəbi mühitdə öz bədii publisistik yazıları ilə tanındığını, sevildiyini qeyd edib. Bildirib ki, gənc olmasına baxmayaraq, öz istedadı, zəhmətkeşliyi ədəbiyyata, sözə bağlılığı ilə illər öncə İkinci Gənc Ədiblər Məktəbinin müdavimlərindən biri olan Şahanə nəsildaşları arasında seçilir. Onun poetik yaradıcılığı ilə yanaşı, ədəbiyyat, mədəniyyətin müxtəlif sahələri haqqında yazdığı esseləri, araşdırma yazıları, məqalələri olduqca dəyərlidir.

AYB-nin katibi, Xalq şairi Fikrət Qoca çıxışında son illər ədəbi mühitdə qadınların aktiv fəaliyyətindən danışıb. O deyib ki, təxminən iyirmi il öncəyə qədər ədəbiyyatımızda kişilər daha çox idisə, indi qadınlar daha aktiv şəkildə ədəbiyyatla, poeziya ilə məşğul olmaqdadırlar: "Son iyirmi il ərzində qadın yazarlarımızın sayının xeyli artması çox sevindirici haldır. Şahanə Müşfiqi mən "525-ci qəzet"dəki yazıları ilə tanımışam. Sonradan öyrəndim ki, şeirlər yazır "Şahanənin nağılı" kitabını da oxudum. Bu şeirlərdə mən qadın cəsarəti gördüm. O, qədər kövrək, həssas duyğulardan yazsa da, bu kövrəkliyin içərisinə cəsarətini qata bilir. Amma onun bu cəsarəti həddini aşmır. Çünki hər şey normada gözəldir. Hiss olunur ki, Şahanə həmin normanı bilir gözləyir. Mən ona gələcək yaradıcılığında uğurlar arzulayıram".

Şahanə Müşfiqin poeziyasının özünəməxsusluğundan söz açan AYB-nin katibi İlqar Fəhmi onun zəhmətkeşliyini xüsusən vurğulayıb: "Şahanə həmişə bizim gözümüzün qabağında öz aktivliyi, istedadı, işinə ədəbiyyata sevgisi ilə günbəgün inkişaf edir. Gənclər arasında ədəbiyyatın təəssübünü ən çox çəkənlərdən biri məhz Şahanədir. Onun şeirlər kitabını vərəqlədikcə orada bir gənc şairin sırf öznəməxsus hisslərinin, duyğularının şahidi oluruq. O, heç kimə oxşamır, oxşamağa cəhd etmir. Hiss olunur ki, onun öz dünyası var ədəbiyyat da o dünyanın mərkəzindədir. Şahanə Müşfiq bu gün ədəbi mühitdə öz orijinallığı, sadə səmimi dəst-xətti ilə fərqlənir".

 

Ş.Müşfiqin yazılarını ilk çap edən mətbu orqanlardan birinin məhz "Ulduz" jurnalı olduğunu deyən jurnalın baş redaktoru Qulu Ağsəs çıxışında tənqidçi Vaqif Yusifoğlunun Şahanə haqqında yazdığı jurnalın gələcək nömrəsində çap olunacaq məqaləsinə əsaslanaraq, onun "nağıllarını" üç qrupa bölüb: tənhalıq nağılları, sevgi nağılları vətən nağılları. Şahanənin bəzən həddindən çox hisslərə qapılaraq pessimistliyə qədər vardığını irad tutan Q.Ağsəs bununla yanaşı, onun şeirlərində orijinal bədii təsvir ifadə vasitələrinin, hadisələrə özünəməxsus yanaşma tərzi olduğunu vurğulayıb.

Ş.Müşfiqi mətbuatdan, xüsusən çalışdığı "525-ci qəzet"dəki yazılarından tanıdığını, hər zaman böyük maraq sevgi ilə oxuduğunu deyən filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi Qəzənfər Paşayev, ancaq hələ onu şəxsən tanımadığını, təqdimata da bu imzaya olan marağın sevginin təsiri ilə qatıldığını bildirib: "Şahanənin yazılarında hər şeydən öncə sadəlik var. Sadə yazmağı hər kəs bacarmır. Bunun özü insandan böyük istedad tələb edir. O, öz düşüncələrini yazarkən , sənədli, elmi məqalələrini qələmə alarkən sadədir, başa düşüləndir. Ona görə onu hər kəs oxuya sevə bilər. Mən onun yazılarını çox uzun müddətdir oxuyuram. Mənim kitablarım haqqımda da gözəl məqalələr yazıb, ancaq heç zaman şəxsi tanışlığımız olmayıb. Həmişə məndə ona qarşı maraq olub. Kitabında tərcümeyi-halını oxuyarkən onun Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirdiyini gördüm. Sonra isə magistratura təhsilini davam etdirib. Yəni təkcə ədəbi deyil, həm elmi fəaliyyəti, mükəmməl təhsili var. Bu təhsil, savad da yazılarında özünü göstərir. Nədən yazmağına baxmayaraq, hiss olunur ki, mövzusuna qarşı çox məsuliyyətlidir onu dərindən öyrənməyə çalışır. Gələcəkdə seçimi bədii yaradıcılıqmı, yoxsa elmmi olacaq, bilmirəm, amma çox istərdim ki, elm dalınca getsə belə, şairliyini itirməsin".

Gənc qiraətçi Ləman Məmmədova Ş.Müşfiqin "Şahanənin nağılı" kitabında yer alan "Yadam özümə" "Darıxan qadınb" şeirlərini səsləndirib.

Yazıçı Seyran Səxavət çıxışında Ş.Müşfiqi təkcə şair, yazıçı, jurnalist kimi deyil, bir insan kimi xarakterizə edib: "Biz anadan olanda şair, yazıçı kimi doğulmuruq, insan kimi doğuluruq. Buna görə mən hər kəsə öncə insan kimi qiymət verirəm. Şahanəni öncə insan kimi sevirəm. Onun səmimiyyəti, böyüyə hörməti, zəhmətsevərliyi, hər kəsi öz dilində danışdırmaq bacarığı, hər zaman gülən üzü onun haqqında yüksək fikirdə olmağımıza əsas verir. Mən onu Yazıçılar Birliyinin qızı adlandırıram. Çünki o, buradakı ədəbi mühiti yaxından izləyir mətbuatda geniş şəkildə işıqlandırır. Onun aktivliyinə heyrət etməmək mümkün deyil. Bir dəfə Şahanə mənimlə olan görüşə qatılmışdı. O tədbir haqqında "525-ci qəzet"də yazı yazmalı idi. O, həmin tədbirə gəldi, səhərisi tədbir haqqında qəzetdə gözəl bir məqalə getdi. Amma mən Şahanənin eyni gündə o görüşdən başqa, daha iki tədbirdə iştirak edib, yazı hazırladığını görəndə heyrət etdim. Bu, onun işinə olan məsuliyyətindən əlavə, sənətə, ədəbiyyata, mədəniyyətə olan sevgisinin nəticəsidir. Bu sevgidir ki, ona bizim sevgimizi qazandırıb".

Ş.Müşfiqlə illər öncə oxuduğu bir yazısı vasitəsilə tanış olduğunu deyən aktyor Mehman Piriyev elə həmin gündən gənc şairin yaradıcılığını mütəmadi şəkildə izlədiyini çox sevdiyini deyib.

 

Müəllifə gələcək yaradıcılığında uğurlar arzulayan natiq, onun "Bir gün sənə gələcəm" şeirini səsləndirib.

Tənqidçi Cavanşir Yusifli də çıxışında Şahanənin bir şair, jurnalistinsan kimi şəxsi keyfiyyətlərindən söz açıb. İndiki gənclərin hər şeyi inkar etməklə cəsarət nümayiş etdirmək sevdasında olduqlarını deyən tənqidçi, Şahanənin şeirlərində gəncliyinə xas kövrəklik, cəsarətlə yanaşı, yaşından daha böyük müdriklik olduğunu da vurğulayıb. O, müəllifin adi, sadə həyat hadisələrinə, çoxlarının gözündən qaçan xırda nüanslara özünəməxsus şəkildə işıq tutduğunu, öz şair mövqeyindən çıxış edərək şərh etdiyinibildirib.

Daha sonra çıxış edənlərdən Pərvin Gözəlov, Nəzakət Məmmədova, Aləmzar Sadıqqızı, İbrahim İlyaslı, Qəşəm Nəcəfzadə, Nurənə Nur, Xanım Aydın, Leyla Namazova, Nəcibə İlkin, Rəfail Tağızadə, Akəm Xaqan, Xan Rəsuloğlu, Narıngül Nadir, Firuzə Alıyeva və başqaları gənc qələm sahibinin özünəməxsus poeziyasından, şəxsi keyfiyyətlərindən söz açıb, onu yeni kitabı münasibətilə təbrik ediblər.

Sonda çıxış edən müəllif "Şahanənin nağılı" kitabının çapı və keçirilən təqdimat mərasiminə görə AYB rəhbərliyinə, çıxış edən hər kəsə və iştirakçılara öz təşəkkürünü bildirib, qonaqlar üçün kitablarını imzalayıb.

525-ci qəzet  2018.- 23 noyabr.- S.8.