İdeal Muğanna   

 

İsa MUĞANNA-90

 

 

 

İsa Muğannanı tanıyanlar, onun işıq saçan qapqara gözlərini, zərif üzündən ətrafa yayılan körpə saflığının təcəssümü olan üz ifadəsini mütləq xatırlayırlar.

 

Daha ilk görüşdə insanı sakitləşdirən, özünə doğru çəkən, bütün dərdlərini unutduraraq, adətən, onun ürəyinə boşluğun, gözəlliyin yaxşılığın nəfəsini üfürən İsa Muğanna əslində, üsyankar bir ruha sahib idi. Onun əsərlərinin hamısında dil, estetika, fikir bilginin xaricində başqaldırı da böyük yer tutmaqdadır. Hətta əsərlərinin mərkəz nöqtəsinin üsyan olduğunu da rahatlıqla söyləmək olar.

Dünyanın ilk başqaldırı romanlarından sayılan 1688-ci ildə Londonda nəşr olunduğunda elə diqqəti çəkməyən, amma sonradan adətən kultlaşan roman “Orunoko”nun mövzusu Jan Jak Russonun deyimiyləsoylu-vəhşi bir başqaldırıdır”. Yazıçı Afra Ben “Orunokoromanında bir xalqın başqa bir xalqa qarşı üsyanını bütün qanlılığı şiddəti ilə işləyərək kəskin nifrətlərin, kəskin intiqam duyğularının qabarmasına yol açmışdır. Əslində, ədəbiyyatın sosial həyata tarixə təsiri üçün bu da bir leqal yoldur. Amma İsa Muğannanın əsərlərindəki başqaldırıdaOroonoko”dakı başqaldırının əksinə, özünə öz mədəniyyətinə xas insani, insanı yormayan, amma ruhuna səslənən, onu dirildən, yenidən canlandıran bir başqaldırı vardır. Bu başqaldırı bəzən bir musiqi səsiylədir, bəzən tam yerində söylənən hər kəsin qəlbinə bir qılınc kimi işləyən cümləylədir... OnunTütək səsiəsərində Cümrünün səssizcə damın üzərinə çıxması tütəyindəki melodiya ilə bütün kəndi başına toplaması kədərə, ölümə, haqsızlığa, yalnızlığa qarşı kəskin bir başqaldırıdır. Heç bir hərəkət, heç bir söz, heç bir güc Cümrünün çaldığı melodiya qədər yaşadığı kəndi ayağa qaldırmaz, insanları axın-axın başına toplayammazdı.

Eyni əsərdəki Tapdıq isə sazıyla, sözüylə deyil, hər kəsi tərk edərək yalnızlığı tərcihi ilə üsyanını, başqaldırışını ortaya qoymuşdur. Filmi izləyən ya əsəri oxuyan hər kəs bu cür səhnələrdə İsa Muğannanın üsyanını apaçıq görməkdə təqdir etməkdədir.

Onunİdealbaşda olmaq üzrə bütün əsərlərində sadəcə insanı əzən, yox edən sistemlərə deyil, zamana, məkana insanı yoran çevrəyə başqaldırı vardır. İdealromanında insana ilk oxunuşda çox qəribə gələn dəyişimlər, dönüşümlər, bəzən hətta sayıqlamalar kimi görünən anlaşılmaz sözlər, yeni anlamdırmalar zamana məkana qarşı üsyandan başqa bir şey deyil. O, güclü düşüncə dünyasıyla qavramları başqalarının yorumları adlandırmasıyla deyil, özünün ortaya qoyduğu səs sözlərlə söyləmək istəmişdir. Bizim üçün anlamsız kimi görünən bəzi sözlərin izahların onun dünyasında çox yerində dərin mənaları olduğu açıqdır.

Dil İsa Muğanna üçün bir ifadə vasitəsi deyil, yenidən yaratma gücüdür. Ünlü alman yazıçısı Tomas Mann 1933-cü ildə ölkəsini tərk edərək Amerikaya getdiyində: “Mənim gerçək ölkəm dilimdir” - demişdi. İsa Muğanna üçünsə dil Muğanlı kəndidir, Ağstafa, Qazaxdır, Azərbaycandır, hətta Altaylardakı Tanrı dağları, İstanbuldakı Sultan Əhməd məscididir. Onun dili bizim danışdığımız, yazdığımız dilin məhdudiyyətinə sığmayan bizə sayıqlama kimi gələn əslində, bizim görəmmədiyimiz, sezə bilmədiyimiz başqa bir aləmi ifadə edən, geniş dünyaya sahib bir dildir. Bu dil “Ana” deyən, “Can” deyən, “Vətəndeyən bizim dilimizdir.

Dostoyevski Puşkin haqqında belə demişdi: “Puşkinin bütün əsərləri rus mənliyinə, rus mənliyinin mənəvi gücünə inancı ilə dolub-daşar. İnancın olduğu yerdə ümid var. Rus insanının gələcəyi qarşısında duyulan böyük ümid...”

Dostoyevskinin bəhs etdiyi böyük ümid İsa Muğannanın əsərlərində həm Azərbaycan xalqı, həm böyük Türk dünyası, həm bəşəriyyət üçün vardır. Çünki o, yalanlardan, ədalətsizliklərdən, savaşlardan qurtuluşun yolunu cəhalətdən qurtuluşla mümkün olacağına inanmaqda bunu da qəhrəmanı Nəsimiyə Əmir Teymur qarşısında söylətməkdədir. İsa Muğannaya görə hər dönəmdə ortaya çıxan ədalətsizliklərin, zülmlərin təməlində cəhalət vardır. Ədalətsiz güc cahil bir gücdür sonunda məğlubiyyətə məhkumdur. Şeyx Fəzlullah sözlərdən qaçaraq rəqəmlərin cazibəsinə özünü qapdırdığında da bunu çox dərindən idrak etməkdədir:

- Ən böyük günah nədir, ey Şeyx? Savaş deyil, cinayət deyil, yalan deyil, alçaqlıq deyildir, bəs nədir axı?

- Nadanlıqdır!..

Nadanlığı yerə vuran, öz nəfsini sındıran, əvvəlcə özünü maarifləndirib sonra ətrafına işıq saçan hər insan İsa Muğannanın insanıdır o, bəşəriyyətin xilaskarı olmağa namizəddir.

İsa Muğanna da Henrix Böll, Ernest Heminquey, Sven Hassel, Lev Tolstoy kimi böyük bir müharibəyə şahidlik etmiş müharibənin kitabını yazmışdır. Muğannanı başqa yazıçılardan ayıran xüsusiyyəti müharibəyə gedənləri deyil, müharibənin özünü deyil, arxa cəbhədə qalanları yazmasıdır. Maksim Qorki deyirdi ki: “Sovetlər İttifaqındakı kişilər tariximizdən günümüzə qalmış qadınlara olan utanc borcunu ödəməlidirlər”. İsa Muğanna bu borcunu müharibə illərinin qadınlarını öz hekayələrində içdən ifadə edərək ödəmişdir. Çörəyi atasız övladının boğazından iniltiylə udduran anaların ürək sözlərini sadəcə bu torpaqlarda yetişən, dünyanın ən şirin dili ilə danışan bir insan verə bilərdi. Bu insan İsa Muğannadır.

Mən İsa Muğannanı sadəcə üç kəs görə bildim. Hər görüşümdə içimdə tərifi olmayan duyğularla dolub-daşdım. Bu duyğular ana dilimizin sehri, tariximizin igidliyi və möhtəşəmliyi, ölkəmizin zənginliyi, xalqımızın yavaş-yavaş unutduğu ruh gözəlliyi idi. Bu səbəblə onunla danışarkən bütün bu duyğuları doya-doya yaşamaq üçün heç danışmazdım, elə hey onu dinləyərdim. Son görüşümüzdə İstanbulu yenidən görmək istədiyini demişdi. Heç tərəddüd etmədən: “Gedək!” - demişdim. Gülümsəyərək: “Çox yaşlandım, gedəmmərəm!” - demişdi. Həyat “kaş ki”lərin məzarlığıyla doludur, bilirəm. Amma yenə də kaş ki, onu bir uşaq kimi qucağımda yüksək minarələrin ən hündür yerinə çıxaraydım. Boğazda üzən gəmilərin rüzgarlarına qovuşduraydım. Eyyub Sultanda, Topqapıda, Misir çarşısında, Haliçdə, Üsküdarda ona tarixdən günümüzə Türkün şöhrətini əks etdirən mehtər marşları dinlədəydim. Kaş ki, edə biləydim bunları!

İndi siz bu sözləri dinləyərkən O, bir küncdə durub, özünəxas körpə təbəssümü ilə bizlərə baxır. Bəlkə yanımızda, bəlkə qarşımızda, bəlkə də üzərimizdə bir yerdədir. Eynilə “Tütək səsi”ndə qocanın Cümrü üçün söylədiyi kimi: “İndi o, öz aləmindədir”.

Bundan əminəm...

 

 

Orxan ARAS

 

 

525-ci qəzet.- 2018.- 24 noyabr.- S.15.