Elçinşünaslığın uğurları

 

 

Artıq neçə on illərdir ki, xalq yazıçısı Elçinin yaradıcılığı Azərbaycan tənqidinin və ədəbiyyatşünaslığının diqqət mərkəzindədir.

 

Hələ gənc yazıçı olduğu vaxtlar onun əsərlərinin orijinallığı, bədii dilinin və təhkiyəsinin özünəməxsusluğu, qələmə aldığı mövzuların yeniliyi, insan psixologiyasının incə çalarlarını da göstərə bilmək bacarığı o dövrün korifey ədiblərinin diqqətindən yayınmayıb.

Elçin yaradıcılığı haqqında ilk məqaləni 1966-cı ildə “Gənc yazıçının ilk kitabı” seriyasından nəşr olunmuşMin gecədən biri” adlı kitabı barədə qocaman yazıçı Şəmsəddin Abbasov yazmışdır (“Bakı” qəzeti, 14 noyabr 1966).

Çox keçmir ki, akademiklər Məmməd Arif, Məmməd Cəfər Cəfərov, Mirzə İbrahimov, Həmid Araslı, Kamal Talıbzadə, Əziz Mirəhmədov, Abbas Zamanov, Ağamusa Axundov, Bəkir Nəbiyev, Tofiq Hacıyev, eləcə də böyük yazıçı və ədəbiyyatşünas Mir Cəlal, Mehdi Məmmədov, Yəhya Seyidov, Yusif Seyidov və başqaları kimi məşhur professorlar, Mirvarid Dilbazi, Banin (Ümmülbanu), Bəxtiyar Vahabzadə, Bayram Bayramov, Yaşar Qarayev, Əliağa Kürçaylı, Camal Əhmədov, Təhsin Mütəllimov, Qəzənfər Paşayev, Şamil Qurbanov, Xəlil Rza Ulutürk, Yusif Səmədoğlu, Anar, İsa İsmayılzadə, Mövlud Süleymanlı, Sabir Rüstəmxanlı, Arif Abdullazadə və bir çox başqaları Elçinin əsərləri barədə xüsusi məqalələr yazır, fikir söyləyirlər. Onlar ədibin yaradıcılığındakı zəngin sənətkarlıq xüsusiyyətlərini göstərib, yazıçının geniş dünyagörüşünə malik olmasını, eridusiyasını xüsusi qeyd ediblər.

Mətbuatı vərəqlədikdə görürük ki, bəstəkar Tofiq Quliyev, rəssam Tahir Salahov, riyaziyyatçı akademik Fərəməz Maqsudov, coğrafiyaşünas akademik Budaq Budaqov, filosof akademik Fuad Qasımzadə, iqtisadçı akademik Ziyad Səmədzadə, eləcə də Vasif Adıgözəlov, Polad Bülbüloğlu, Fərhad Bədəlbəyli, Həsənağa Turabov, Fərhad Xəlilov, Siyavuş Aslan kimi başqa sahələrin məşhur xadimləri də Elçinin əsərləri haqqında səmimi ürək sözlərini deyiblər.

Elçinin yaradıcılığını dəfələrlə yüksək qiymətləndirən Ulu öndər Heydər Əliyev demişdir: Elçinin xalqımızın tarixi, taleyi və bədii irsi ilə bağlı olan, uzaq və yaxın keçmişimizin mənzərəsini canlandıran əsərləri XX əsr Azərbaycan ədəbiyyatında özünəməxsus yer tutur” (“Azərbaycan” qəzeti, 30 may 2003.)

Xalq yazıçısının müxtəlif janrlarda əsərləri işıq üzü gördükcə, sonrakı ədəbi nəsl nümayəndələri olan İsa Həbibbəyli, Nərgiz Paşayeva, Nizami Cəfərov, Nizaməddin Şəmsizadə, Azad Nəbiyev, Zəlimxan Yaqub, Kamal Abdulla, Afaq Məsud, Şirindil Alışanov, Vilayət Quliyev, Vaqif Yusifli, Məryəm Əlizadə, Tehran Əlişanoğlu, Aydın Məmmədov, Nadir Cabbarov, Arif Əmrahoğlu, İntiqam Qasımzadə, Elmira Axundova, Qurban Bayramov, Nizami Tağısoy, Kamil Vəliyev, Əsəd Cahangir, Cavanşir Yusifli, Elnarə Akimova, Nərgiz Cabbarlı, Bəsti Əlibəyli və başqaları məqalələr yazmış, Elçinin milli ədəbiyyatımızın inkişafındakı rolu barədə qiymətli fikirlər söyləyiblər.

Ümumilikdə, bu gün elə bir müasir Azərbaycan ədəbiyyatşünas-tənqidçisi tapmaq çətin olar ki, Elçinin nəsri, dramaturgiyası, tənqidi barədə yazmasın, fikir bildirməsin. Qətiyyətlə deyə bilərik ki, Elçin, yaradıcılığı haqqında ən çox yazılmış Azərbaycan yazıçısıdır. Təxmini hasablamamıza görə, Elçinin yaradıcılığı və fəaliyyəti haqqında yalnız Azərbaycan mətbuatında 350-dən çox məqalə və resenziyalar çap olunub.

İndiyə kimi Elçinin yaradıcılığından bəhs edən 30-dan (otuzdan) çox kitab nəşr edilib.

Bu kitabları üç qrup üzrə müəyyənləşdirmək olar.

1. Elçinin yaradıcılığı ilə bağlı sırf elmi-nəzəri tədqiqatlar, monoqrafiyalar. Bu qrupa aşağıdakı kitablar daxildir:

Nərgiz Paşayeva. “İnsan bədii tədqiq obyekti kimi (Xalq yazıçısı Elçinin yaradıcılığı əsasında)”, Bakı, 2003; “Yeniləşən ədəbiyyatın yeni insanı (Xalq yazıçısı Elçinin əsərləri əsasında)”, Bakı, 2004; “İnsan - surət - ədəbiyyat (Xalq yazıçısı Elçinin yaradıcılığı əsasında)”, rus dilində, Bakı, 2004; Nərgiz Ladən Bayramova. “Elçin nəsrinin poetikası”, Bakı, 2003; Elmira Əlizadə. “Elçinin yaradıcılıq təkamülü”, Bakı, 2004; Sədat Adıgözəl. “Elçin romanlarının struktural-sosioloji təhlili”, Bakı, 2006; Seyfəddin Eyvazov. “Xalq yazıçısı Elçinin dramaturgiyası”, Bakı, 2008; Sona Xəyal. “Elçin”, Bakı, 2006; Zülfiyyə Şükürova. Elçinin dramaturgiyasında qəhrəman problemi”, Bakı, 2011; Yusif Seyidov. “Xalq yazıçısı Elçin”, Bakı, 2012; İxtiyar. Müstəqillik dövrü teatrımızın inkişafında Elçin dramaturgiyasının mövqeyi”, Bakı, 2013; Məryəm Əlizadə. “Elçinin teatr dünyası”, Bakı, 2014; Leyla Məmmədəliyeva. “Elçin publisistikasında “Tənha Adam” - Ulu öndər obrazı”, Bakı, 2016; Nizami Cəfərov. “Elçin. Yazıçının yaradıcılıq yolu”, Bakı, 2017.

Professor Tərlan NovruzovElçinin yaradıcılıq yolu kreativ təfəkkürün yeni formatında” adlı geniş analitik məqaləsində yazır: “Akademik Nizami Cəfərovun “Elçin. Yazıçının yaradıcılıq yolu” (elmi redaktoru K.Tahirov) monoqrafiyası elçinşünaslığa və eləcə də, çağdaş ədəbiyyatşünaslığa kreativ təfəkkürün yeni formada ən dəyərli ərmağanıdır. Bilirik ki, ədəbiyyatımızın təəssübkeşi, canlı klassiki olan yazıçı ilə bağlı hələ çox əsərlər yazılacaq, dissertasiyalar müdafiə olunubolunacaq. Lakin akademik Nizami Cəfərovun ustalıqla, elmi-nəzəri fəhmlə qələmə aldığı bu monoqrafiya yazılanlar içərisində həmişə qiymətli ədəbi-nəzəri mənbə kimi öndə olacaqdır” (“525-ci qəzet”, 4 aprel 2018).

2. Elçin yaradıcılığına tənqidçi münasibəti, elmi-populyar xarakterli araşdırmalar:

Vaqif Yusifli, Cavanşir Yusifli. “Busehrdir belə (Elçin haqqında əlli altı söz)”, Bakı, 1999; “Ürəklərə yol tapanda”. (Azərbaycan ədəbi tənqidi Elçin yaradıcılığı haqqında. Məqalələr toplusu), Bakı, 2003; “Elçin - zaman səddini keçmiş sənətkar” (Məqalələr toplusu), Bakı, 2004; Qəzənfər Paşayev.Elçin haqqında düşüncələrim”, Bakı, 2013; Nikpur Cabbarlı. “Elçin və Azərbaycan mühacirşünaslığının problemləri”, Bakı, 2014; Nizami Cəfərov. “Elçin”, Bakı, 2015; Elmira Axundova. “Elçinin əsas məqsədi”, rus dilində, Bakı, 2015; Əsəd Cahangir. “On üçüncü gecə (Xalq yazıçısı Elçin haqqında məqalələr)”, Bakı, 2016.

3. Biblioqrafiyametodik vəsaitlər:

B.A.Ələsgərov. “Elçin. Biblioqrafiya”, Bakı, 1997; Leyla Qafarova. “Elçin - 60. (Elçin yaradıcılığının mədəni-maarif müəssisələrində təbliği)”, Bakı, 2003; Bəybala Ələsgərov. “Elçin - 60”, Bakı, 2003; “Azərbaycanın görkəmli şəxsiyyətləri: Elçin”, Biblioqrafiya, Bakı, 2013; Bəybala Ələsgərov. Ömrün 75-ci baharı, Bakı, 2018.

Bundan başqa, Sədat Adıgözəlin yuxarıda adını çəkdiyimiz 300 səhifəlik geniş monoqrafiyası 2011-ci ildə Ankaranın “Bengü” nəşriyyatında, professor Qəzənfər Paşayevin kitabı isə 2014-cü ildə Tehranda nəşr olunmuşdur. Aqnessa Qinzburq tərəfindən İsraildə rus dilində tərtib edilmiş və 2009-cu ildə nəşr olunmuş  Elçin yaradıcılığı haqqında” adlı kitaba isə tənqidçi Mark Peyzelin müxtəlif vaxtlarda Elçinin əsərləri barədə yazdığı altı analitik məqalə daxil edilmişdir.

“Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından nəşr edilmiş 557 səhifəlik və 4000-ə yaxın göstəricisi olanBiblioqrafiya” həm Azərbaycanda, həm də xarici ölkələrdə Elçin yaradıcılığına ədəbi ictimaiyyətin də, oxucuların da necə maraq göstərdikləri barədə təsəvvür yaradır. Yeri düşmüşkən bu sanballı bioqrafiyada bir çatışmaz cəhəti qeyd etmək istərdik. 1970-80-90-cı illərdə Sovet İttifaqının “Literaturnaya qazeta”, “Voprosı literaturı”, “Drujba narodov”, “Teatr”, “Smena” və başqa məşhur mətbuat orqanlarında milli, sovetdünya ədəbiyyatı problemlərinə həsr olunmuş məqalələri ilə ən çox çıxış edən bizim müəllifimiz Elçin idi. Hələ 1972-ci ildə onun Azərbaycan tənqidinin problemlərinə həsr olunmuş məqaləsi “Drujba narodov” jurnalının “İlin ən yaxşı məqaləsi” mükafatını almışdır. Bundan sonra Elçinin bədii və tənqidi əsərləri “Literaturnaya qazeta”nın (iki dəfə), “Smena” (iki dəfə) jurnalının, “Nedelya” həftəliyinin, SSRİ Yazıçılar İttifaqının ən yaxşı əsərlər üçün mükafatlarını almışdır. Ədibin 1981-ci ildə Moskvanın “İzvestiya” nəşriyyatında 235000 tirajla nəşr olunmuş povest və hekayələrdən ibarət kitabı o dövrdə çox qiymətli olan SSRİ Komsomol Mükafatına layiq görülmüşdü. Bu, gənc müəllifin böyük yaradıcılıq uğuru idi.

Ədibin son romanı “Baş” isə Moskvanın “Xudojestvennaya literatura” nəşriyyatında nəşr edilmiş, “Yunost” jurnalında (2017-ci il ¹5 - 2018, ¹5) və  Roman-qazetada (2017, ¹ 11) dərc edilmişdir. Təsadüfi deyil ki, keçmiş sovet respublikalarının Çingiz Aytmatov, Boris Polevoy, Lev Anninski, Oljas Süleymenov, Alla Marçenko, Mustay Kərim, Pavel Ulyaşov, Albert Lixanovb. kimi məşhur ədəbi simaları Elçin yaradıcılığını yüksək qiymətləndirmişlər. Təəssüf ki, “Biblioqrafiyada Elçinin adını çəkdiyimiz mətbuat orqanlarında çap olunmuş əsərləri, xüsusi ilə məqalələri tam şəkildə əhatə olunmamışdır.

Akademik Nərgiz Paşayeva Elçin yaradıcılığından bəhs edərək yazır: “Bu bir həqiqətdir ki, ədəbiyyatın inkişafında ayrı-ayrı ədəbi şəxsiyyətlərin rolu, onların bu inkişaf və irəliləyişə verdikləri “payçox mühüm əhəmiyyət kəsb edir. Elçinin, Anarın, Əkrəm Əylislinin, İsi Məlikzadənin hər birinin bu mənada 60-90-cı illər ədbiyyatında və ümumilikdə XX əsr Azərbaycan ədəbiyyatınqda öz yeri var... 60-90-cı illər bir mərhələ olsa da, onun formalaqşdırdığı cizgilər ayrı-ayrılıqda kiminsə yaradıcılığında daha qabarıqdır. Məhz bu cizgilərin araşdırılması baxımından öz bədii nəsri, dramları, elmi-tənqidi fəaliyyəti ilə ədəbiyyatımıza möhürünü vurmuş Elçinin yaradıcılığı zəngin mənbələrdən biridir”. (Yeniləşən ədəbiyyatın yeni insanı. Səh. 6.)

Akademik Nərgiz Paşayeva Elçin yaradıcılığına həsr olunmuş digər monoqrafiyasında “sənət və sənətkarın şəxsiyyəti” probleminə toxunaraq yazır: “Ədəbi şəxsiyyət ədəbi prosesdə, ümumən ədəbiyyat tarixində çox böyük rol oynayır və onu yaradıcılığının başlıca mövzusu seçən xalq yazıçısı Elçin çağdaş Azərbaycan ədəbiyyatında məhz ədəbi şəxsiyyət kimi böyük hörmətə layiqdir. Elçin çoxsahəli və zəngin yaradıcılığa malikdir, bu yaradıcılığı səciyyələndirən ən mühüm amil İstedaddır” (İnsan bədii tədqiq obyekti kimi, səh.  241.)

Elçinin roman, povest və hekayələri dünyanın bir çox dillərinə çevrilərək nəşr edilmişdir. Yalnız qardaş Türkiyədə ədibin 26 (iyirmi altı) kitabı nəşr olunmuşdur. YaxudMahmud və Məryəm”, “ dəvə”, “Ölüm hökmü”, “Baş” romanları Almaniyada təkrar nəşrlərlə çap olunmuş, ümumilikdə bu ölkədə 6 kitabı işıq üzü görmüşdür. “Baş” romanı qısa müddət ərzində AlmaniyadanRusiyadan başqa, digər dillərə də tərcümə edilərək, artıq Türkiyədə, Misirdə, Moldovada çapdan çıxmışdır. Mətbuatın xəbərlərinə görə, roman LondondaRomada nəşrə hazırlanır. Xalq yazıçısının Özbəkistanda  iki cildlikSeçilmiş əsərləri” çapdan çıxmışdır. “Mahmud və Məryəm”, “ dəvə”, “Ölüm hökmü” romanları Serbiyada ayrıca bir cilddə nəşr edilmişdir. Kitabları Çində və Tunisdə, Qazaxıstanda və İranda, Macarıstanda və Rumıniyada, Moldova və İsveçrədə, TacikistanSlovakiyada və digər ölkələrdə çapdan çıxmışdır.

Elçin eyni zamanda, xarici ədəbiyyatı doğma dilimizə çevirir. O, klassik yapon poeziyası nümunələrini ilk dəfə Azərbaycan dilinə tərcümə etmişdir. Bu şeirlərdən ibarət “Nərgizin bircə ləçəyi” kitabı 1979-cu ildə nəşr olunmuşlur. 1982-ci ildə Elçinin tərcüməsində “Necə oldu Pyer Duş məşhurlaşdı” kitabı çapdan çıxmışdır. Kitaba XX əsr Qərb yazıçılarının hekayələri toplanmışdır. Bu yaxınlarda çapdan çıxmış 728 səhifəlik “Skapenin kələkləri” (Bakı, Tərcümə Mərkəzi, 2017) kitabına onun tərcüməsində dünya dramaturqlarının (J.B.Molyer, B.Şou, L.Pirandello, J.P.Sartr, E.İonesko, S.Bekket, K.Abe, K.Xoinski, M.Fermo, A.Malts) pyesləri toplanmışdır. Ədəbi tənqid Elçinin tərcüməçilik fəaliyyətində bir cəhəti xüsusi vurğulamışdır ki, o, bütün tərcümələrinə şərhlər verir, hər bir müəllif haqqında geniş esselər yazır.

Ədib “Poçt şöbəsində xəyal” adlı ilk pyesini 1968-ci ildə yazsa da, dramaturji yaradıcılıqla 1990-cı illərdən etibarən ardıcıl məşqul olmuşdur. Azərbaycan teatrlarında Elçinin 19 pyesi tamaşaya qoyulmuşdur. Onun pyesləri xarici ölkələrdə geniş yayılmışdır. Mətbuat bu pyeslərin Nyu-York, London, İstanbul, Ankara, Moskva, Sankt-Peterburq, Seul kimi böyük şəhərlərin teatrlarında tamaşaya qoyulmasını, İtaliya, Ukrayna, Gürcüstan kimi ölkə tamaşaçılarının öz teatrlarında, öz dillərində baxdıqları bu əsərləri hərarətlə alqışlamasını geniş işıqlandırmışdır..

Görkəmli teatrşünas Məryəm Əlizadə bu barədə yazır: “Elçinin pyesləri nəinki Azərbaycan teatrlarının repertuarını bəzəyir, həmçinin dünya teatrlarının repertuarını dolaşır. Onun dramaturgiyasını xarici ölkələrdə tanıyırlar, sevirlər və böyük maraqla səhnədə oynayırlar. Bu tendensiya gün-gündən artmaqda, şaxələnməkdədir. Elə bu səbəbdəndir ki, Elçin dramaturgiyası, “Elçin teatrı” çoxsaylı tədqiqatçıların diqqət mərkəzindədir”.

Elçinin ssenariləri və əsərləri əsasında 12 bədii film çəkilmişdir. Bu filmlər də ədəbi tənqidin diqqət mərkəzində olmuşdur.

Ədibin yaradıcılığı haqqında bir çox doktorluq və namizədlik dissertasiyaları yazılmış və müvəffəqiyyətlə müdafiə edilmuşdur. O cümlədən, akademik Nərgiz Paşayevanın doktorluq dissertasiyasını (“Müasir Azərbaycan ədəbiyyatında insanın bədii-estetik dərki (Xalq yazıçısı Elçinin yaradıcılığı əsasında)”, 2004), Elmira Əlizadənin (“Yeni nəsr” və fərdi yaradıcılığın bədii təkamülü problemi (Elçinin yaradıcılığı əsasında)”, 2005), Nərgiz Bayramovanın (“Müasir nəsrin janrpoetika axtarışları (Elçinin bədii nəsri əsasında), 2006”, Sevda İmanovanın (“Elçinin əsərlərinin ekran, təcəssümü”, 2007), Seyfəddin Eyvazovun (“Xalq yazıçısı Elçinin dramaturgiyası”, 2008), Esmira Məmmədovanın (“Elçinteatr”, 2008), Sara Vahabovanın (“Elçinin dramaturgiyasının diliüslubu”, 2010), Zülfiyyə Şükürovanın (“Elçinin dramaturgiyasında qəhrəman problemi”, 2011), Aynur Rzayevanın (“Xalq yazıçısı Elçinin nəsrində folklorizm”, 2011), Zemfira Abbasovanın (“Elçinin əsərlərində onomastik vahidlərin linqvistik xüsusiyyətləri”, 2016) və başqalarının namizədlik dissertasiyalarını (fəlsəfə doktoru) göstərə bilərik.

Qeyd etmək istərdik ki, bu dissertasiyalar Kamal Talıbzadə, İsa Həbəbbəyli, İnqilab Kərimov, Azad Nəbiyev, Şamil Salmanov, Nizaməddin Şəmsizadə, Buludxan Xəlilov, Himalay Qasımov, Həsən Quliyev, Sevindik Vəliyev və b. kimi akademik və professorların elmi rəhbərliyi ilə ərsəyə gəlmişdir.

Xalq yazıçısının yaradıcılığı xarici ölkələrdə də müdafiə olunmuş bir sıra dissertasiyaların mövzusu seçilmişdir. Nümunə kimi türk ədəbiyyatşünası Sedat Adıgüzelin “Elçin. Edebiyyat Sosyolojisi Açısından Romanları” mövzusunda yazdığı və Atatürk universitetində müdafiə etdiyi doktorluq dissertasiyasını göstərə bilərik.

Azərbaycan ədəbi tənqidinin və ədəbiyyatşünaslığının Elçin yaradıcılığına diqqəti daimi xarakter daşıyır. Akademik Nizami Cəfərov bu diqqətin səbəbini açıqlayaraq yazır: Elçin bir yazıçı kimi özünü altmışlardan yetmişlərə gedərək təsdiq etdi, səksənlərdən doxsanlara doğru Azərbaycan ədəbi-ictimai fikrinin klassiki olaraq böyük şöhrət qazandı… Keçən əsrin sonu, yeni əsrin əvvəllərindən isə onun yaradıcılıq fenomenologiyasını müəyyən edəcək ən uyğun ifadə budur: klassikin müasirliyi” (“Elçin. Yazıçının yaradıcılıq yolu”, səh. 277.).

 

Nəzakət ƏHMƏDOVA

Biblioqraf

 

525-ci qəzet.- 2018.- 24 noyabr.- S.14-15.