“Yazıçı”nın yeni
sayı Xətaidən söz
açır
Tariximizin ən ünlü simalarından olan şah babamız, şair babamız Xətai barəsində xüsusi buraxılışın
işıq üzü
görməsi təqdirəlayiq
hadisədir.
Buraxılışın baş redaktoru Azər Abdulla maraqlı axtarışların
bəhrəsi olan “Yazıçı”nın bu sayında Şah İsmayıl Xətai ilə bağlı müxtəlif
nəsillərin tanınmış
simalarının fikirləri
oxucu qarşısına
çıxarılıb.
Şəxsən mən Ziya Göyalpın və Həmid Araslının Şah İsmayılla bağlı önəmli fikirlərini ilk dəfə
xüsusi buraxılışda
oxuyub tanış
oldum. Eləcə də burada
Şah İsmayılla
bağlı Xalq yazıçısı Anarın
“Sizsiz” kitabından bir zamanlar mütaliə
etdiyim düşüncələrlə
yenidən qarşılaşdım
və bu da mənə yaddaşın təzələnməsi
baxımından çox
önəmli bir təsir oldu.
“Yazıçı”da şah
babamıza ünvanlanan
şeir nümunələri,
xüsusilə “Xətainin
qılıncını suvardım,
Məmməd Araz karandaşı göyərdi”
söyləyən Məmməd
Arazın, “Şeyxim mənim, şahım mənim, şairim mənim” söyləyən
Zəlimxan Yaqubun, “Şahım, Şeyxim, Savalanım” - deyə ulu əcdada üz tutan Sona
xanım Vəliyevanın,
“Qızılbaş fəsli”
poemasını yazan Balayar Sadiqin, Məmməd Aslanın, Ağacəfər Həsənlinin,
Şükür Şənolun
şeirlərini maraqla
oxudum.
Ümumiyyətlə, Şah İsmayıl Xətai ilə bağlı bir-birindən maraqlı bilgilər ortaya qoyan akademik
Teymur Kərimlinin, şair-publisist Xanəmirin
və digərlərinin
yazıları “Şah
İsmayıl Xətai”
adlanan bu buraxılışı daha
da önəmli edib.
Ə.MƏDƏTOĞLU
525-ci qəzet.- 2018.- 24 noyabr.- S.13.