Fizika ilə Lirikanın vəhdəti
Etibar ƏLİYEV
Təhsil eksperti, fəlsəfə
doktoru
1979-cu ildə pakistanlı fizik Əbdüs Salamla birgə fizika sahəsində Nobel mükafatına layiq görülmüş Stiven
Vaynberq "Müasir elmin mənbəyi" adlı sonuncu kitabında yazır: "Mənə belə gəlir ki, Qədim yunan mütəfəkkirlərinin əsərlərini
yaxşı qavramaq üçün onları
fizik-alim, filosof kimi yox, şair
kimi qəbul etmək lazımdır. Ksenofan, Parmenid, Empedokl müəyyən mənada şairdirlər.
Anaksimandr, Heraklit, Demokrit əsərlərini
şeir formasında yazıblar. Siseron Demokrit haqqında
deyirdi ki, o, başqalarından daha poetikdir. Yəni demək stəyirəm
ki, poeziyada söz geniş mənada daha çox estetik effekt verir".
İndi
diqqət edin: Dahi Nizami Gəncəvi
cisimlərin dövri hərəkətini və
ətalət qanununu obrazlı şəkildə
belə təsvir edir:
Başlanğıc hərəkət olmasa
əgər
Hərəkət edərmi bir cəhrə məgər?
Hərəkət verərsə ona
bir insan
O da hərlənəcək
yəqin bir zaman.
Kainat özü də belə dövr edir,
Gövhər tanıyana aydındır bu sirr.
Nizami kimyagərlərlə əl-kimya
ilə məşğul
olanlar arasmda kəskin sərhəd qoymasa da, hiss olunur ki, ikincilərə
şübhə ilə
yanaşır:
Kim əsil kimyaya verərsə ürək
O, saxta kimyaya uymasın
gərək.
Nizami Gəncəvi
fizik, yaxud kimyaçı deyildi. "Atom" anlayışını elmi
dövriyyəyə gətirən
qədim yunan filosofu Demokrit və Nizami Gəncəvi elmi ideyalarını poetik üslubda izhar edirdilər. Bizim gördüyümüz
obyektlər atomlardan ibarətdir. Hər bir
atom mərkəzində nüvələr
olmaqla elektronlardan təşkil olunub. Nüvə
proton və neytronlardan,
proton və neytronlar isə daha kiçik
hissəciklərdən ibarətdir.
Amerika fiziki, Nobel mükafatı laureatı Mürrey
Gel-Mann bunları "kvarklar"
adlandırdı. "Kvark" anlayışını
ilk dəfə böyük
İrlandiya yazıçısı
Ceyms Coys "Finneqansayağı dəfn"
romanında işlədib.
Rabindranat Taqora haqlı olaraq "təbiət şairi" deyirdilər.
Onun Eynşteynlə
"Rellığın təbiəti" adlanan
çox maraqlı bir dialoqu olub.
Göründüyü kimi, ta qədimdən indiyədək
fizika ilə lirika arasında ciddi demarkasiya xətti çəkilməyib.
Universitetdə oxuduğumuz dövrdə
- ötən əsrin
80-ci illərinin əvvəlində
Təbiət fakültələrinin
korpusu Humanitar fakültələrin korpusundan
ayrı idi. Bizə dərs
deyən tanınmış
fizik və riyaziyyatçılarla yanaşı,
filologiya, jurnalistika və tarix fakültələrində
də sanballı alimlər tanıyırdıq.
Onları eyniləşdirən xarizmaları idi. Fizik və riyaziyyatçılar
arasında poeziyaya və prozaya dərindən bələd
olanlar az
deyildi. Ancaq filoloqlar kvant
mexanikasından danışa
bilməzdilər. Elmin populyarlaşdırılması
işi çox zəif olduğundan onlar arasında uçurum aydın görünürdü. Bəs,
bu proses Qərbdə necə cərəyan edirdi? Bu sualın cavabını böyük ingilis fiziki və yazıçısı Çarlz
Persi Snounun 1959-cu ildə yazdığı
"İki mədəniyyət
və elmi inqilab əsərində"
tapa bilərik: "Mənə elə gəlir ki, Qərb ziyalılarının
mənəvi dünyası
bir-birinə əks iki hissədə qütbləşib. Mənəvi dünya dedikdə mən bura həm
də bizim praktiki fəaliyyətimizi
aid edirəm. İndi
bir-birinə əks olan qütblər barədə: bir qütbdə özlərini
ziyalı adlandıran,
sadəcə ədəbi
ziyalılar dururdu və belə çıxırdı ki,
başqa ziyalılar mövcud deyil. Bir dəfə 30-cu illərdə Xardi təəccüblə demişdi:
"Siz gördünüzmü,
indi "ziyalı adamlar" sözünü
necə işlədirlər?
Onun mənası elə dəyişib ki, Rezerford, Eddinqton, Dirak, Edrian və
mən artıq bu yeni təyinata
aid edilmirik. Bu mənə çox təəccüblü gəlir,
bəs, sizə necə? Beləliklə, qütbün birində
ədəbi ziyalılar,
o birində isə əsas təmsilçiləri
fiziklər olan alimlər dayanırlar.
Onları bir-birindən anlaşılmazlıq
divarı ayırır,
gənclər arasında
isə düşmənçilik
və nifrət kök salıb. Onlar hansısa bir məsələyə elə
fərqli yanaşırlar
ki, hətta emosional planda belə ümumi dil tapa bilmirlər".
Qeyd edim ki, Snounun
bu əsəri Qərbdə bestsellerə
çevrilmişdi.
Snounun
"anlaşılmazlıq divarı"nı necə götürmək
olar? Qərbdə bunu etmək
üçün elmin
populyarlaşdırılmasına üstünlük verilir.
Bu hərəkat bizdə də başlamalıdır. Ancaq bundan
öncə humanitar və təbiət elmlərini təmsil edən ziyalıları bir araya gətirən
möhtəşəm bir
layihə haqqında danışmaq istəyirəm.
Bir neçə ildir, AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun
direktoru, akademik İsa Həbibbəylinin təşəbbüsü ilə
xoş bir ənənəyə çevrilmiş
"Fizika və Lirika" konfransı təşkil olunur.
"Fizika və
lirika" konfransı
ilk dəfə 2014-cü ildə
Bakı Elm Festivalı
çərçivəsində keçirilib. İkinci konfrans AMEA Nəsrəddin
Tusi adına
Şamaxı Astrofizika
Rəsədxanasında "Novruz təqvimi: lirikada və astrofizikada" mövzusunda
gerçəkləşib. Konfrans iştirakçıları müasir
teleskoplar vasitəsiylə
səma cismlərini seyr ediblər. Üçüncü konfrans AMEA-nın
Dendrologiya İnstitutunda
təşkil olunub.
Dördüncü "Fizika və
lirika" konfransı
bu il iyulun
17-də AMEA-nın Botanika
İnstitutu və Mərkəzi Nəbatat Bağında "Qoşa
qanad: Elmi idrakla bədii yaradıcılığın sintezi"
mövzusunda olub.
Mövzuya uyğun olaraq hər il
müxtəlif məkanlarda
keçirilən konfransın
beşincisi - "Fizika
və lirika: dünya təcrübəsi
və MDB ölkələrinin
elm və ədəbiyyat
reallıqları" mövzusunda
təşkil olunan tədbir AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun
85 illik yubileyi münasibətilə müxtəlif
ölkələrdən gəlmiş
qonaqların iştirakı
ilə noyabrın
16-da AMEA-nın Mərkəzi
Elmi Kitabxanasında başlayıb. Konfransın seksiya iclası
noyabrın 18-də Şamaxı
Astrofizika Rəsədxanasında
keçirilib. Sonra konfrans
öz işini noyabrın 22-dən Rusiyanın
Dubna şəhərində
Birləşmiş Nüvə
Tədqiqatları İnstitutunda
beynəlxalq seminarla davam etdirib.
Azərbaycandan konfransa qatılan nümayəndə heyəti
akademik İsa Həbibbəylinin rəhbərliyi
ilə Rusiya Elmlər Akademiyasının
akademiki, Birləşmiş
Nüvə Tədqiqatları
İnstitutunun direktoru
Viktor Anatoliyeviç Matveyevlə
görüşüblər. Görüşdə ümumi şəkildə
Azərbaycan-Rusiya əlaqələrinin
hazırkı durumundan,
inkişafından, Azərbaycan
və Rusiya prezidentlərinin dostluğundan
danışılıb. Eyni zamanda, İ.Həbibbəyli
"Fizika və Lirika" konfransları haqqında məlumat verib.
Görüşdə iştirak edən nümayəndə heyətinin tərkibinə diqqət edək: AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, Fizika İnstitutunun direktoru, akademik Nazim Məmmədov, texnika elmləri doktoru, professor Ağacan Əbiyev, N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru, professor Namiq Cəlilov, Xəzər Universitetinin təsisçisi, fizika-riyaziyyat elmləri doktoru, professor, şair Hamlet İsaxanlı və "525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid. "Fizika və lirika" layihəsinin gerçəkləşməsində bilik və bacarıqlarını əsirgəməyən bu şəxslər, həm də ölkəmizi bu tanınmış Elm Mərkəzində lazımınca təbliğ edə biliblər.
Görüşdə V.Matveyev
diqqəti çəkən mühüm bir məsələyə toxunub:
"Vaxtilə məşhur şairlər - Andrey
Voznesenski, Vladimir
Vısotski və başqa şairlər də
Dubnanı çox sevirdilər, buraya tez-tez gəlirdilər.
Buradakı Mədəniyyət Evində indi
də yaddaqalan tədbirlər keçirilir". Fizika-lirika mübahisələrinin
keçmişdə də olduğunu
xatırladan V.Matveyev belə bir ideyanın AMEA-nın vitse-prezidenti
akademik İsa Həbibbəyli
tərəfindən qaldırılmasını olduqca xoş
qarşıladığını və məmnuniyyətlə
bu işə dəstək verdiklərini
söyləyib.
Fizika
və lirika sinerji layihə olmaqla yanaşı, həm də
ölkələrimiz arasındakı mədəni əlaqələrin
genişlənməsi üçün yeni üfüqlər
açır. Düşünürəm ki, bu layihə ilə
Ali məktəblərin tələbələri də
yaxından tanış olmalıdır. Bu, onlarda humanitar və
texniki təfəkkürün paralel inkişafına səbəb
ola bilər. İnanıram ki, "Fizika və Lirika" gələcəkdə
elm sahələrinin geniş spektrdə
populyarlaşdırılmasında öz sözünü deyəcək.
Buna görə də Azərbaycanda elmlər arasında
barışdırıcı missiyanı ləyaqətlə
yerinə yetirdiklərinə görə "Fizika və
Lirika" konfransının bütün təşkilatçılarına
öz minnətdarlığımı bildirirəm.
525-ci qəzet 2018.- 27 noyabr .- S.5.