Mikayıl Müşfiqin 110 illiyi silsilə tədbirlərlə qeyd edildi

Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksinin (BXA) tam orta məktəbində Mikayıl Müşfiqin anadan olmasının 110 illiyi münasibətilə ədəbi-bədii kompozisiya keçirilib.

BXA-nın professor-müəllim tələbə-şagird heyətinin qatıldığı tədbiri giriş sözü ilə məktəbin direktoru Bəşarət Hüseynova açaraq tədbirin Prezident İlham Əliyevin "Mikayıl Müşfiqin 110 illiyinin qeyd edilməsi haqqında" 2018-ci il 17 may tarixli sərəncamına əsasən keçirildiyini söyləyib, görkəmli şairin həyat yaradıcılığından danışıb.

Daha sonra BXA-nın Azərbaycan dili ədəbiyyatı kafedrasının müdiri, professor Vəfa Əliyev Mikayıl Müşfiq poeziyasından bəhs edərək Müşfiq şəxsiyyətini milli şüur vətənpərvərliyin mücəssəməsi, onun yaradıcılığını isə gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsində, vətənpərvərlik hisslərinin tərbiyəsində əvəzsiz xəzinə adlandırıb. BXA-nın tam orta məktəbinin Azərbaycan dili ədəbiyyatı fənninin müəllimi Aypara Məmmədova da tədbir iştirakçılarına Müşfiq yaradıcılığının ahəngliyindən şairin şəxsiyyətindən bəhs edib.

Tədbir çərçivəsində məktəblilər Müşfiq poeziyasından "Yenə o bağ olaydı”, “Oxu tar” şeirlərini onun yaradıcılığından digər nümunələri səsləndirib, rəqs ediblər.

Sonda məktəblilər M.MüşfiqinŞəngülüm, Şüngülüm, Məngülümnağılından səhnəcik nümayiş etdiriblər.

Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsində Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinin təşkilatçılığı ilə görkəmli şair Mikayıl Müşfiqin anadan olmasının 110 illiyi qeyd edilib.

Bölmənin qonaqları Göygöl rayon Texniki təmayüllü məktəb-liseyin müəllim şagird kollektivi olub. Tədbiri giriş sözü ilə bölmənin sədri Xəzangül Hüseynova açaraq Mikayıl Müşfiqin həyat yaradıcılığı barədə ətraflı məlumat verib. Qeyd edib ki, repressiya illərində Mikayıl Müşfiq digər ziyalılarımız dəhşətli işgəncələrə, faciələrə məruz qalıblar, lakin öz əqidələrindən, amallarından dönməyiblər. Onları bu gün bizə sevdirən əyilməz şəxsiyyətləri, tükənməz ilhamları, turançılıq yolunda özlərini fəda etmələri olub.

Mikayıl Müşfiqin yaradıcılığından danışan Ramiz Təmkin şairin tükənməz ilhama sahib olduğunu, qısa ömür yolunda böyük ədəbi külliyyat qoyub getdiyini, bu günün, sabahın, gələcəyin şairi olaraq mənsub olduğu millətin yaddaşında əbədi qalacağını söyləyib.

Sonra Göygöl rayon Texniki təmayüllü məktəb-liseyinin şagirdləri Müşfiqin şeirlərini iştirakçılarına ərməğan ediblər.

Şairlərdən Sahib İbrahimli, İnqilab İsaq, İmamverdi Məmmədov, Rəhim Qurbani, Pəhləvan Əfəndi, Oqtay Abdulla, Zülfiyyə, Gülnarə Sadiq, Cahandar Aybər Almaz Yusifqızı şairə həsr etdikləri şeirlərini oxuyublar.

Akademik Milli Dram Teatrında Mikayıl Müşfiqin 110 illiyinə həsr olunmuş "Ah, bu uzun sevda yolu" tamaşası oynanılıb.

Teatrdan verilən məlumata görə, dramaturq Əli Əmirlinin eyniadlı əsəri əsasında hazırlanan səhnə əsəri iki hissəli tale dramıdır.

Tamaşanın bədii rəhbəri və quruluşçu rejissoru Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, xalq artisti Azər Paşa Nemətov, rejissoru Anar Sadıqov, rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, bəstəkarı xalq artisti Siyavuş Kərimidir. Səhnə əsəri Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanıb.

Rolları əməkdar artistlər Anar Heybətov (Müşfiq), Münəvvər Əliyeva (Dilbər), Ayşad Məmmədov (Frençli kişi), xalq artisti Hacı İsmayılov (Müdrik şair), aktyor Elnar Qarayev (Dost şair), əməkdar artistlər Elşən Rüstəmov (Novator şair), Mehriban Xanlarova (Qadın şair), aktyorlar İlyas Əhmədov (Düşmən şair), Vüsal Mustafayev (Qorxaq şair), Xədicə Novruzlu (Gülər), Rada Nəsibova (Qadın) və əməkdar artist Elşən Cəbrayılov (aparıcı) ifa edir.

Uğurla nümayiş olunan tamaşanı Xanım Həsənova idarə edib.

ŞAHANƏ

525-ci qəzet  2018.- 27 noyabr.- S.7.