Sənətkar təbəssümünün işığı

XALQ ARTİSTİ RAMİZ ƏZİZBƏYLİ 70 YAŞINDA

Noyabrın 24-də Heydər Əliyev Sarayında Respublikanın Xalq artisti, kinorejissor Ramiz Əzizbəylinin 70 yaşı təntənə ilə qeyd edildi.

Enişli-yoxuşlu həyat yolları ilə irəliləyən Ramiz Əzizbəylinin səhhəti ilə əlaqədar səhnədən, ekrandan uzaq düşməsi onu sevənlərin qəlbində bir niskil hissi oyatmışdı. Artıq neçə illərdir ki, xalqımız onun yenidən səhnəyə qayıtmasını, yüksək sənətkarlıqla yaratdığı obrazları, çəkdiyi filmləri görməyə qəribsəyib.

"Adəm" Xeyriyyəçilər Assosiasiyası İctimai Birliyi tərəfindən təşkil edilmiş bu tədbirdə şəhər ictimaiyyəti, müəssisə təşkilatların nümayəndələri, mədəniyyət incəsənət ustaları, Ramiz Əzizbəyli üçün qəribsəmiş tamaşaçılar-hamı sənətkarın işığına toplaşmışdı.

Məşhur "Tello" mahnısının sədaları altında açılan pərdənin arxasındakı ekranda Ramiz Əzizbəylinin iri planda əks olunmuş gülümsər, xoş siması sanki bütün zal boyu tamaşaçıları izləyərək onlara  "Xoş gəlmisiniz" deyirdi.

Ramiz Əzizbəyli 70 yaşında... Yüzü haqlamağa qalıb ki. Gecəyə yığışanlar da ona bu ömrü arzuladılar. Yaşadığı illərin çoxu Azərbaycanın teatr kino incəsənəti ilə bağlı olub. İstər teatr səhnəsində, istərsə filmlərdə orijinal üslubda yaddaqalan obrazlar qalereyası yaratmaqla tamaşaçıların böyük məhəbbətini qazanıb, çəkdiyi filmlərlə cəmiyyətimizin mənəvi saflaşmasına xidmət göstərib, çoxşaxəli yaradıcılığı ilə müasir mədəniyyətimizə zənginlik gətirib.

Mərasimdə onu təbrik edənlər çox idi. Kimi sözlə, kimi mahnı şeirlə. Xalq artisti, kinorejissor Eldar Quliyev, Əməkdar incəsənət xadimi, Azərbaycan televiziyasının  rejissoru Məhərrəm Bədirzadə, şair Ramiz Rövşən bir çox başqa sənətkarlar çıxış edərək Ramiz Əzizbəylinin həyat yaradıcılığı ilə bağlı xatirələrini söylədilər, xoş arzularını bildirdilər.

Həmin gün tamaşaçılar Ramiz Əzizbəyli haqqında çox sözlər eşitdilər, çəkdiyi filmlərdən fraqmentlər nümayiş etdirildi. Onun yazdığı şeirlərdən biri Əməkdar artist Azad Şükürovun ifasında çox uğurla səsləndi. Opera Balet Teatrının aktyorları, Xalq artisti Gülyaz Məmmədova Əməkdar artist Ələkbər Əliyevin ifasında  "Arşın mal alan" tamaşasından Telli ilə Vəlinin dueti, Niyam Salaminin gözəl ifası, Samirə Yusifqızı Oqtay Kamilin duzlu meyxanaları, gənc muğam ifaçılarının çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılandı. Mədəniyyət İncəsənət Universitetinin Xoreoqrafiya məktəbinin hazırladığı musiqili təbriklər tamaşaçılar tərəfindən sevə-sevə baxıldı.

Öz məzəli söhbətlərilə məclisi idarə edən gənc aktyorlar İslam Mehrəliyev Kəmalə Piriyeva isə şirin məzəli zarafatları ilə tamaşaçıları darıxmağa qoymurdular.

Görüşün sonunda hər kəsə dərin minnətdarlığını təşəkkürünü bildirən yubilyar hər tərəfdən gül-çiçək dəstələri ilə əhatə olundu. Həmin gün yubilyarın siması da, qəlbi ona bağışlanan al qızıl güllər kimi şəfəq saçırdı.

Əminik ki, bu unudulmaz görüş uzun müddət onu sevənlərin xatirəsində qalacaq.

Ömrünüz uzun olsun, Ramiz Əzizbəyli! Xalqımızın, millətimizin sənətkara sevgisi Sizdən nurlu təbəssümünüz üzünüzdən heç vaxt əskik olmasın.

Xoşqədəm BAĞIROVA

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının mütəxəssisi

525-ci qəzet.-2018.-28 noyabr.-S.7.