"Sənət fədailəri"ndə
Gülxar Həsənova və Həsən
Məmmədov yad edildi
Noyabrın 26-da Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında görkəmli səhnə ustaları, Azərbaycanın Xalq artistləri Gülxar Həsənovanın 100, Həsən Məmmədovun 80 illiyinə həsr olunmuş "Sənət fədailəri" adlı ədəbi-bədii gecə keçirilib.
Tədbiri giriş sözü ilə kitabxananın elmi işlər üzrə direktor müavini Xalidə Musayeva açaraq bildirib ki, hər
iki sənətkarın
yubileyi Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin müvafiq sərəncamları
ilə qeyd edilir.
Gülxar Həsənova 1936-cı ildən
səhnə fəaliyyətinə
Azərbaycan Gənc Tamaşaçılar Teatrında
başlayıb, 1942-ci ildən
ömrünün sonuna
kimi Azərbaycan Dövlət Opera və Balet teatrında öz sənətini davam etdirib. Əsli, Leyli,
Şahsənəm, Ərəbzəngi,
Təravət, Anna və
başqa obrazları məharətlə yaradıb.
Həsən Məmmədov 1962-ci ildən 1972-ci ilin fevral ayınadək Akademik Milli Dram Teatrında, 1972-ci ildən
ömrünün sonunadək
isə "Azərbaycanfilm"
kinostudiyasında çalışıb, 50-dən çox filmdə çəkilib.
Kitabxananın əməkdaşlarından Fəridə Cəfərova
aktyor Həsən Məmmədovun həyatı,
teatr və kino sahəsində uğurları, dövlət
tərəfindən yüksək
mükafatları, səhnə
fəaliyyətinin qiymətləndirilməsi mövzusunda
çıxış edib.
Tamella Məmmədova isə Gülxar Həsənova və Həsən Məmmədovun səhnə
fəaliyyətlərinə həsr olunmuş kitabların tövsiyə
ədəbiyyat siyahısı
haqqında ətraflı
məlumat verib.
Azərbaycan Mədəniyyət və
İncəsənət Universitetinin
tələbəsi Lətafət
Rəhimzadə Azərbaycan
kino sənətinin inkişafında aktyor Həsən Məmmədovun
əvəzsiz xidmətlərindən,
yaratdığı obrazlardan
danışıb.
Universitetinin tələbəsi Aylin
Əzizli Gülxar Həsənovanın opera səhnəsində
Ərəbzəngi, Leyli,
Əsli, Şahsənəm kimi
qadın obrazlarını
məharətlə tamaşaçılara
sevdirməsi mövzusunda
çıxış edib.
Tədbirdə Həsən Məmmədovun
və Gülxar Həsənovanın səhnə
fəaliyyətlərini əks
etdirən iki qısametrajlı film nümayiş
olunub.
Tədbirin sonunda "Azərbaycanın
səhnə korifeyləri"
adlı foto-stendə baxış keçirilib.
Şahanə
MÜŞFİQ
525-ci qəzet.-2018.-28 noyabr.-S.7.