Ana dilimizə ali diqqət və böyük qayğı

"Ana dilini bilməmək, ana dilini qiymətləndirməmək, şübhəsiz ki, xalq qarşısında böyük qəbahətdir".

Heydər Əliyev

Hər bir xalqın taleyi, onun mənliyi, mədəniyyəti mənəviyyatı olan dil cəmiyyətin təşəkkülü inkişafı ilə birgə yaranır. Hər bir fərdin inkişafında böyük rol oynayan ana dili mənsub olduğu millətin öz taleyinə sahibliyinin sübutudur, milli özünəməxsusluğun təsdiqidir, mənəviyyatının güzgüsüdür.

Ana dilinin dövlət statusuna yüksəlməsi milli dövlətçilik tarixində qızıl hərflərlə yazılan şanlı səhifədir. Doğma dilə ülvi məhəbbət azərbaycançılıq ideologiyasının milliliyini açmaqla yanaşı, xalqımızın etnik fərdiliyini ifadə edir. Ana dilimizin saflığının qorunması hər bir Azərbaycan övladının vətəndaşlıq borcudur.

Azərbaycan dilinin müasir dövrdə hərtərəfli inkişafı, beynəlxalq arenaya çıxması dünyanın ən mötəbər tribunalarından eşidilməsi Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin bariz nümunəsi idi.

Ana dilinə həmişə xüsusi qayğı həssaslıqla yanaşan Ulu öndər Heydər Əliyev yeni inkişaf mərhələsində yaranmış vəziyyəti nəzərə alaraq 2001-ci il iyun ayının 18-də "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" fərman imzaladı. Fərmanda dilimizin tarixi inkişafı boyu əldə etdiyi uğurlarla yanaşı, qloballaşma dövrüdə dövlət dilinin inkişafı zənginləşməsi istiqamətində mövcud olan problemlər ətraflı təhlil edilmişdir.

Ölkəmizdə dövlət dilinin tətbiqi, qorunması inkişaf etdirilməsi üçün silsilə tədbirlər həyata keçirilmişdir. 30 sentyabr 2002-ci ildə qəbul olunmuş "Azərbaycan Respublikasında dövlət dili haqqında" Azərbaycan Respublikasının Qanunu bu istiqamətdə görülən vacib işlərdən biridir. Həmin  Qanunda dövlət dilinin işlənməsi, qorunması inkişafı sahəsində dövlətin əsas vəzifələri, dövlət dilinin rəsmi mərasimlərdə, təhsil sistemində, televiziya radio yayımlarında, xüsusi adlarda, xidmət sahələrində, coğrafi obyektlərin adlarında, beynəlxalq yarışmalarda işlənməsi qaydaları geniş şəkildə öz əksini tapmışdı.

Ulu öndərin xarici daxili siyasətini layiqincə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ana dilimizə, milli adət-ənənələrimizə, qədim mədəniyyətimizə böyük qayğı göstərir. Möhtərəm Prezidentimizin göstərişi ilə klassiklərimizin Azərbaycan dilçiliyini, ədəbiyyatını əks etdirən sanballı əsərlərinin latın qrafikasında yenidən nəşr edilməsi ana dilimizə əlifbamıza dərin hörmət ehtiramın ifadəsidir.

Prezident cənab İlham Əliyevin 2004-cü il yanvarın 12-də imzaladığı "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" Sərəncamı əlifba ilə bağlı problemləri bütünlükdə həll etdi. Kitab monoqrafiyalarımız uzun zamandır ana dilimizdə nəşr olunur, dövlət tədbirləri, konfranslar, simpoziumlar məhz bu dildə keçirilir.

Bununla yanaşı, qloballaşma dövründə müasir Azərbaycan ədəbi dilinin geniş imkanlarından düzgün istifadə edilməməsi hallarına rast gəlinir.

Belə ki, bir sıra kütləvi informasiya vasitələri, internet resursları, elektron mətbuat, reklam agentlikləri, radio verilişlərinin aparıcıları ana dilimizin fonetik, leksik-semantik qrammatik normalarına lazımincə riayət etmirlər. Bu da dilimizin inkişafına saflığına xələl gətirir.

Buna görə dilimizin tətbiq olunduğu bütün sahələrə daimi nəzarəti gücləndirməyə ehtiyac duyulur.

Ana dilimizin istifadəsi sahəsində yaranmış bəzi problemləri nəzərə alan Prezident İlham Əliyev 2012-ci il mayın 23-də "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nın hazırlanması barədə sərəncam imzaladı. Sərəncamda Azərbaycan dilinin tarixi təkamül inkişaf mərhələlərinə elmi-tarixi aspektdən nəzər salınmış, qloballaşma şəraitində bu sahədə mövcud problemlər, həyata keçirilməli olan tədbirlər dolğun əksini tapmışdır. Sərəncamda xüsusi vurğulanmışdır ki, ədəbi dilimizin özünəməxsus inkişaf qanunauyğunluqlarına xələl gətirə biləcək yad ünsürlərin üzə çıxarılması qarşısının alınması istiqamətində mütəxəssislər heç həmişə çeviklik nümayiş etdirə bilmirlər. Azərbaycan dilində internet resurslarının qıtlığı, elektron interaktiv dərsliklərin yoxluğu, Azərbaycan dilini öyrənən əcnəbi dilli insanlar üçün tədris vəsaitlərinin bir çox hallarda müasir tələblərə cavab verməməsi narahatlıq doğurur.

Ölkə başçısının 2013-cü il 9 aprel tarixli "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramının təsdiq edilməsi haqqında" Sərəncamı Azərbaycan dilinə göstərilən qayğının ifadəsi olmaqla yanaşı, həm ana dilimizin saflığının zənginliyinin qorunması yolunda mühüm tarixi hadisədir.

 

Dövlət Proqramında 2013-2020-ci illər ərzində Azərbaycan dili dilçiliyi ilə yanaşı, həm tərcümə fəaliyyətinin, terminologiyanın inkişafı, internet resurslarının, elektron interaktiv dərsliklərin yaradılması məsələləri öz əksini tapmış, televiziya radioda Azərbaycan dilinin norma qaydalarının qorunması məqsədilə bədii şuralar yaradılmışdır.

Xalqımızın Ümummilli lideri Heydər Əliyev Prezident İlham Əliyev tərəfindən imzalanmış fərman sərəncamlar dilimizin hüquqi statusunu, onun saflığının  qorunması inkişafı, dilçilik sahəsində fundamental tətbiqi araşdırmaların keyfiyyətinin yaxşılaşdırılması üçün olduqca əlverişli şərait yaradıb.

Prezident İlham Əliyevin "Azərbaycan dilinin saflığının qorunması dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" 2018-ci il 1 noyabr tarixli Fərmanı əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dil siyasətinin bu gün dilimizin saflığının qorunması inkişafı ilə bağlı dövlətimizin başçısının həyata keçirdiyi səmərəli genişmiqyaslı işlərin məntiqi davamıdır.

"Azərbaycan dilinin saflığının qorunması dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Prezident İlham Əliyevin imzaladığı Fərmanı ana dilimizin inkişafına yönəlmiş müdrik siyasətin parlaq təzahürləridir.

Qeyd etmək lazımdır ki, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi Publik Hüquqi Şəxsin yaradılması Azərbaycan dilinin saflığının qorunması, mövcud nöqsanların pozuntuların aradan qaldırılması, ədəbi dil normalarının qorunması istiqamətində həyata keçirilən ardıcıl sistemli islahatların yeni bir mərhələsidir.

Aynel MƏŞƏDİYEVA

Nəsimi adına Dilçilik İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent

525-ci qəzet.-2018.-28 noyabr.-S.7.