Soykökümüzün unudulmaz
araşdırıcısı
Nuru hələ də gözlərimizə qüvvət verən tənqidçi, ədəbiyyatşünas Mirəli Seyidov daim ulularımızın bədii təfəkkürünün, ürək çırpıntılarının, duyğu və düşüncələrinin nişanəsi olan folklor nümunələrinə müraciət edib.
Mirəli müəllim xalq ədəbiyyatına üz
tutmaqla sübuta yetirib ki, dünya
türklərinin mədəniyyətinin
mayasında milli özünüdərk durur.
Seyidov Mirəli Mir Ələkbər
oğlu 1918-ci il mayın 5-də İrəvanda bəy ailəsində dünyaya göz açıb. Yüksək
ailə tərbiyəsi
onun şəxsiyyət
kimi formalaşmasında
mühüm rol oynayıb. Atası mükəmməl təhsilli olduğundan oğlu ərəb-fars dillərini gözəl mənimsəmişdi. Doğma
ana dili - türkcəni
də sevə-sevə
öyrənirdi. O, İrəvanda
ibtidai təhsilini başa vurduqdan sonra 1938-ci ildə Bakıya gəlmiş, Meliorasiya texnikumunu bitirmişdi. 1938-1944-cü illərdə Irəvan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan
bölməsində və
Ermənistan Dövlət
Universitetinin şərq
şöbəsində təhsil
almışdı.
1968-ci ildən filologiya elmləri doktoru, 1978-ci ildən Azərbaycan Yazıçılar Birliyinin
üzvü, 1979-cu ildən
professor, 1972-ci ildən Azərbaycanın
Əməkdar elm xadimi,
Azərbaycan Milli Yaradıcılıq Akademiyasının
müxbir üzvü olmuşdu.
Milyonların qəlbində özünə
qərar tutan, adı dillər əzbəri olan, əsərləri sevilən
MirəliSeyidov xoşbəxt
alimlərdən biridir.
... 1981-ci
ildə 8-ci sinifdə
oxuyurdum, Gəncədə
Nizaminin 840 illik yubileyi keçirilirdi. O zamanlar Bağır müəllimin
yanında gördüyüm
ağsaçlı alim
məni çox maraqlandırdı. Anamdan öyrəndim
ki, siması Dədə Qorquda bənzəyən bu
professor Mirəli Seyidovdur.
Bu ağsaçlı alimi hamı tanıyır və sevirdi. Başqa cür
də ola
bilməzdi. Mirəli Seyidov sənəti
mayasını bulaq kimi çağlayan xalq çeşməsindən
götürmüşdü. Onun hər sözü, hər kəlməsi səmimiyyətdən yoğrulmuşdu.
Ümummilli liderimiz Heydər Əliyev də onu çox
gözəl dəyərləndirərək
demişdi: "Mirəli
Seyidov kimi şəxsiyyətlər daim
yaşayır. O, heç
vaxt unudulmayacaq, zaman keçdikcə onun Azərbaycan xalqı üçün gördüyü işlər
açıq görünəcək,
gələcək nəsillər
Azərbaycanın belə
şəxsiyyətləri ilə
fəxr edəcək".
Gələcəkdə, soy-kökə bağlılıq
bütöv bir xalqı şərtləndirəndə
özümüzə qayıtmalı,
"Azərbaycan xalqının
soy-kökünü düşünərkən"i
oxumalıyıq. Mirəli Seyidov türkçülük
amalları və idealları uğrunda mübarizə aparırdı.
Akademik Xudu Məmmədovun fikrincə:
"Mirəli Seyidov və Azərbaycan bir-birindən ayrılmazdır.
Azərbaycan və Mirəli
Seyidov eyni bir məfhumdur, çünki Mirəli Seyidov xalqın söy-kökünü, sadəliyini,
cəsarətini, dərin
zəkasını və
qüdrətli istedadını
təcəssüm etdirir".
Mirəli Seyidovun əsərlərində,
məqalə və çıxışlarında doğma
Azərbaycana bağlılıq
ana xətt təşkil edir. Doğma ocağa
məhəbbət və
ehtiram onun əsərlərinin qayəsidir.
Təpədən-dırnağa qədər milli
olan əsərləri
heç kəs Mirəli Seyidov qədər sadə, anlaşıqlı yaza bilməzdi.
Yurdumuzda
Mirəli Seyidovun elmi yaradıcılığına
böyük diqqət
və məhəbbət
var. Alimin soyumuzun, kökümüzün öyrənilməsinə
xidmət edən ilkin iş və
axtarışları hər
zaman tədqiq olunmalıdır.
Mirəli Seyidov sonu görünməyən
bir ümmandır. Onun dərinliyinə
nə qədər baş vursaq, o qədər yeni-yeni sirlərə vaqif oluruq.
Hər yeni nəsil gəldikcə, Mirəli Seyidovu öyrənmədən keçinə
bilməyəcək. Mirəli Seyidovun
elm xəzinəsi Azərbaycanşünaslıq
məktəbi adlanır.
Mirəli Seyidov erməni
dilini də bilirdi. O, İrəvanda
ermənilər tərəfindən
gizlədilmiş əski
türk mətnlərini
və əlyazmalarını
xilas edə bilmişdi. Alimin İrəvanda olan
arxivlərdəki işindən
xəbər tutan ermənilər təcili tədbirləri ilə onu İrəvandan çıxarırlar. Onun xidmətləri
sayəsində təkcə
tarixin sınağından
çıxmış əsərlər
deyil, müasiri olan, ətrafinda baş verən hadisələr də tarixi-fəlsəfi təhlilini
tam obyektivliklə tapa
bilmişdi.
..."Yaz bayramı"
şəhidlərə həsr
olunub. Qış yaza çevrilir. Yazın qışdan asılı
olmasına göz yummaq mümkün deyil. Qış mövcud olmasaydı,
yaz da olmazdı.
İstiqlalçı Mirəli Seyidov
bununla azadlıq uğrunda verdiyimiz şəhidləri nəzərdə
tuturdu.
1992-ci il aprelin
26-da gözlərini əbədi
yuman Mirəli Seyidov Bakıda dəfn olunub. Alimin 100 illiyini təntənəli bayram etdiyimiz günlərdə
hər bir azərbaycanlının qəlbində
nəcib bir hiss baş qaldırır: El qədrini canından əziz tutan alim ölməzdir! - mənsub olduğu
qədirbilən xalq kimi, üzərində yaşayıb-yaratdığı ana torpaq kimi!
Mirəli Seyidov xalqı, vətəni ürəklə
sevdiyi kimi, biz də onu həmişə
səmimi minnətdarlıqla
yad edir, qəlbimizdə yaşadırıq.
Gülbəniz
ABBASOVA
Bakı şəhəri,
Səbail rayon 162 saylı orta
məktəbin tarix müəllimi
525-ci qəzet.-2018.-28 noyabr.-S.8.