UNESCO-nun baş qərargahında
TÜRKSOY-un 25 iliyyi qeyd olunub
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) 25 illik yubileyini silsilə tədbirlərlə təntənəli şəkildə qeyd edir. ABŞ, Yaponiya, Türkiyədən sonra TÜRKSOY-un Gənclər Kamera Orkestri təşkilatın 25 illik yubileyi münasibətilə Avropa turnesinə çıxıb.
AZƏRTAC xəbər verir ki, Parisdə yerləşən UNESCO-nun baş qərargahında türk dünyasını təmsil edən 5 ölkədən 27 artistin iştirakı ilə təşkil edilən konsert proqramı tamaşaçıların rəğbəti və alqışları ilə qarşılanıb.
Əvvəlcə Nərminə Rəsulbəyova
TÜRKSOY-un tarixi və 25 illik yubileyi barədə məlumat
verib.
Sonra çıxış edən qurumun baş katibi Düsen Kaseinov TÜRKSOY-un üzv dövlətlərinin mədəniyyət nazirləri adından tamaşaçıları salamlayıb və kamera orkestri haqqında danışıb. O, UNESCO-nun rəhbərliyinə, Azərbaycanın, Türkiyənin və Qazaxıstanın bu təşkilat yanındakı daimi nümayəndəliklərinə təşəkkürünü bildirib. TÜRKSOY-un baş katibi dünyanın yaradıcı gənclərinin dostluğu sayəsində mədəniyyətlər və dinlər arasında dialoqu möhkəmlətmək məqsədi daşıyan belə tədbirlərin əhəmiyyətini vurğulayıb. Bildirib ki, türk mənşəli xalqların musiqiçilərindən ibarət orkestr ümumi mədəniyyətimizin, adət-ənənələrimizin bütün dünyada tanıdılması istiqamətində vacib rol oynayır.
Diqqətə çatdırıb ki, TÜRKSOY yarandığı gündən UNESCO ilə mədəniyyət, maddi və qeyri-maddi mədəni irsin mühafizəsi sahələrində daim sıx əməkdaşlıq edir.
UNESCO-nun üzv dövlətlər və tərəfdaşlar
bölməsinin direktoru Genc Seiti bildirib ki, mədəni irsin
qorunub saxlanması və gələcək nəsillərə
ötürülməsi təşkilatın əsas məqsədidir.
O, xalqların daha da yaxınlaşmasında mədəniyyətin
rolundan danışıb. TÜRKSOY-un Gənclərdən
Kamera Orkestrinin də milli ənənələrin gələcək
nəsillərə ötürülməsində böyük
rolu olduğunu diqqətə çatdırıb.
Sonra Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan,
Türkmənistan və Qırğızıstandan olan gənc
ifaçılardan ibarət Kamera Orkestrinin konserti olub. Azərbaycan
Simfonik Orkestrinin dirijoru, TÜRKSOY Gənclər Kamera
Orkestrinin qonaq-dirijoru Mustafa Mehmandarovun idarə etdiyi orkestrin
konsertində türk dünyası klassiklərinin əsərləri
səsləndirilib. Konsertdə azərbaycanlı
Hüsenalıyev Hüseynalı (skripka) və Üzeyir Mahmudbəyli
(viola) də iştirak ediblər. Nuriyyə Hüseynova “Yar bizə
qonaq gələcək” folklor mahnısını ifa edib.
Orkestr Fikrət Əmirovun “Nizaminin xatirəsinə” simli
simfoniyası səsləndirilib. Musiqilərimiz
tamaşaçılar tərəfindən alqışlarla
qarşılanıb.
Konsert çərçivəsində UNESCO-nun baş qərargahında TÜRKSOY-un fəaliyyətini əks etdirən fotolardan ibarət sərgi açılıb. Açılış mərasimində ölkəmizi UNESCO yanında daimi nümayəndəliyimizin müşaviri Ayaz Qocayev təmsil edib.
TÜRKSOY-un Gənclər Kamera Orkestrinin növbəti konsertləri müvafiq olaraq Avstriyada və Sloveniyada olacaqdır.
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı
(TÜRKSOY) 25 illik yubileyini silsilə tədbirlərlə təntənəli
şəkildə qeyd edir. ABŞ, Yaponiya, Türkiyədən
sonra TÜRKSOY-un Gənclər Kamera Orkestri təşkilatın
25 illik yubileyi münasibətilə Avropa turnesinə
çıxıb.
AZƏRTAC xəbər verir ki, Parisdə yerləşən UNESCO-nun baş qərargahında türk dünyasını təmsil edən 5 ölkədən 27 artistin iştirakı ilə təşkil edilən konsert proqramı tamaşaçıların rəğbəti və alqışları ilə qarşılanıb.
Əvvəlcə Nərminə Rəsulbəyova
TÜRKSOY-un tarixi və 25 illik yubileyi barədə məlumat
verib.
Sonra çıxış edən qurumun baş
katibi Düsen Kaseinov TÜRKSOY-un üzv dövlətlərinin
mədəniyyət nazirləri adından
tamaşaçıları salamlayıb və kamera orkestri
haqqında danışıb. O, UNESCO-nun rəhbərliyinə,
Azərbaycanın, Türkiyənin və Qazaxıstanın bu
təşkilat yanındakı daimi nümayəndəliklərinə
təşəkkürünü bildirib. TÜRKSOY-un baş
katibi dünyanın yaradıcı gənclərinin
dostluğu sayəsində mədəniyyətlər və
dinlər arasında dialoqu möhkəmlətmək məqsədi
daşıyan belə tədbirlərin əhəmiyyətini
vurğulayıb. Bildirib ki, türk mənşəli
xalqların musiqiçilərindən ibarət orkestr ümumi
mədəniyyətimizin, adət-ənənələrimizin
bütün dünyada tanıdılması istiqamətində
vacib rol oynayır.
Diqqətə çatdırıb ki, TÜRKSOY yarandığı gündən UNESCO ilə mədəniyyət, maddi və qeyri-maddi mədəni irsin mühafizəsi sahələrində daim sıx əməkdaşlıq edir.
UNESCO-nun üzv dövlətlər və tərəfdaşlar
bölməsinin direktoru Genc Seiti bildirib ki, mədəni irsin
qorunub saxlanması və gələcək nəsillərə
ötürülməsi təşkilatın əsas məqsədidir.
O, xalqların daha da yaxınlaşmasında mədəniyyətin
rolundan danışıb. TÜRKSOY-un Gənclərdən
Kamera Orkestrinin də milli ənənələrin gələcək
nəsillərə ötürülməsində böyük
rolu olduğunu diqqətə çatdırıb.
Sonra Azərbaycan, Türkiyə, Qazaxıstan,
Özbəkistan, Türkmənistan və
Qırğızıstandan olan gənc ifaçılardan ibarət
Kamera Orkestrinin konserti olub. Azərbaycan Simfonik Orkestrinin
dirijoru, TÜRKSOY Gənclər Kamera Orkestrinin qonaq-dirijoru
Mustafa Mehmandarovun idarə etdiyi orkestrin konsertində türk
dünyası klassiklərinin əsərləri səsləndirilib.
Konsertdə azərbaycanlı Hüsenalıyev Hüseynalı
(skripka) və Üzeyir Mahmudbəyli (viola) də iştirak
ediblər. Nuriyyə Hüseynova “Yar bizə qonaq gələcək”
folklor mahnısını ifa edib. Orkestr Fikrət Əmirovun
“Nizaminin xatirəsinə” simli simfoniyası səsləndirilib.
Musiqilərimiz tamaşaçılar tərəfindən
alqışlarla qarşılanıb.
Konsert çərçivəsində UNESCO-nun baş qərargahında TÜRKSOY-un fəaliyyətini əks etdirən fotolardan ibarət sərgi açılıb. Açılış mərasimində ölkəmizi UNESCO yanında daimi nümayəndəliyimizin müşaviri Ayaz Qocayev təmsil edib.
TÜRKSOY-un Gənclər Kamera Orkestrinin
növbəti konsertləri müvafiq olaraq Avstriyada və
Sloveniyada olacaqdır.
525-ci qəzet 2018.- 30 noyabr.- S. 7.