Yazıçı-tərcüməçi İmdad
Avşar ADPU-da ustad dərsi keçib
Ş.Müşfiq
Türk
dünyasının görkəmli ziyalısı,
yazıçı-tərcüməçi İmdad Avşar
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU)
tələbələri üçün “Mirzə
Fətəli Axundzadənin həyat və
yaradıcılığı” mövzusunda ustad dərsi
keçib.
ADPU-dan AZƏRTAC-a bildirilib
ki, İ.Avşar görkəmli yazıçı-dramaturqun
Şərq dünyasının böyük
ziyalılarından biri olduğunu deyib. Qeyd edilib ki,
Azərbaycan dramaturgiyasının banisi olan M.F.Axundzadə
həmişə cəmiyyətin yenilənməsi,
müasirləşməsi, insan hüquqlarının
qorunması, qadın azadlığı, sosial ədalət,
dövlət-din münasibətlərinin sağlam əsaslar
üzərində qurulması, xalqın maariflənməsi, mədəni
inkişafı, mənəvi təkamülü uğrunda
mübarizə aparıb. Böyük mütəfəkkir dini
nadanlığın, cəhalətin, xurafatın barışmaz
düşməni olub. Görkəmli şair Mirzə
Şəfi Vazehlə tanışlığı və Tbilisi
mühiti onun dünyagörüşünün
formalaşmasında mühüm rol oynayıb. Qərblə
Şərqi dərindən müqayisə edən
yazıçı-mütəfəkkir bu qənaətə
gəlib ki, Şərqin Qərbdən geri qalmasının əsas
səbəbi nadanlıq, cəhalət və
savadsızlıqdır. Yumor və satiranı ictimai bəla
və eyiblər əleyhinə mübarizədə ən
güclü vasitə hesab edən yazıçı altı
ölməz komediya yaradıb . Onun “Aldanmış kəvakib”
povesti, “Kəmalüddövlə məktubları”
bədii-fəlsəfi traktatı dini fanatizmin ifşası
baxımından böyük əhəmiyyət kəsb edir.
M.F.Axundzadənin xalqın maariflənməsi üçün
yeni əlifba uğrunda apardığı mübarizə də
çox təqdirəlayiqdir. Yazıçının
bütün əsərləri, eləcə də din
haqqında düşüncələri və fəlsəfi
baxışları müasir dövrümüz
üçün çox aktualdır.
Sonra
tələbələrin sualları cavablandırılıb.
İ.Avşar
M.F.Axundzadənin, həmçinin Azərbaycanın digər
klassik yazıçılarının əsərlərini
türk dilinə tərcümə edib. O, qardaş
Türkiyədə Azərbaycan ədəbiyyatını
geniş təbliğ edir.
525-ci qəzet 2018.- 2 oktyabr.- S.2.