"İlyas Əfəndiyev və üç Qarabağnamə" sənədli filmi təqdim edilib

 

Oktyabrın 2-də Nizami Kino Mərkəzində görkəmli nasir, dramaturq, Xalq yazıçısı İlyas Əfəndiyevə həsr edilmiş "İlyas Əfəndiyev üç Qarabağnamə" sənədli filminin təqdimatı olub.

Tədbirdə Milli Məclisin deputatları, tanınmış elm mədəniyyət xadimləri, sənətsevərlər media nümayəndələri iştirak ediblər. Öncə Vətən uğrunda şəhid olan oğul qızlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ekran əsəri haqqında məlumat verən ssenari müəllifi Vidadi Hüseynov bildirib ki, film görkəmli yazıçının üç əsəri əsasında hazırlanıb. Filmin ideya müəllifi Beynəlxalq Türk Mədəniyyəti İrsi Fondunun prezidenti Günay Əfəndiyevadır.

Diqqətə çatdırılıb ki, iyirmi iki ildir İlyas Əfəndiyev cismən aramızda olmasa da yazdığı əsərləri, səhnələşdirilən pyesləri ilə xalqımızın yaddaşında, dünənində bu günündə yaşayır. Zaman ötdükcə oxucu tamaşaçı onu daha yaxından tanıyır, yenidən kəşf edir. Həqiqətən , böyük yazıçıların doğum tarixi olsa da, ölüm tarixi olmur. Onlar əbədiyaşardır.

Vurğulanıb ki, Qarabağ mövzusu İlyas Əfəndiyevin yaradıcılığının ana xəttini təşkil edib. O, dünyaya göz açdığı doğma vətəninin ayrılmaz tərkib hissəsi olan Qarabağa sonsuz sevgisini əsərləri vasitəsilə bütün dünyaya çatdırıb.

İlyas Əfəndiyevin əsərlərinin hər zaman aktual olduğunu vurğulayan Vidadi Hüseynov deyib ki, qədər Azərbaycan ədəbiyyatı var, onun yaratdığı bənzərsiz nəsr nümunələri yaşayacaq.

Sonra film təqdim edilib.

Ekran əsərinin təqdimatından sonra çıxış edən teatrşünas, sənətşünaslıq doktoru Məryəm Əlizadə, Əməkdar incəsənət xadimi Cəmil Quliyev Milli Məclisin deputatı, akademik Nizami Cəfərov filmlə bağlı təəssüratlarını bölüşüb, görkəmli yazıçının yaradıcılığından söz açıblar.

Bildiriblər ki, filmdə zamanla ədibin mübarizəsi gedir ədib zamana qalib gəlir. Bu həm onu göstərir ki, ədibin əsərləri zamandan irəlidədir.

Sənədli filmin kinematoqrafiyanın ən çətin növlərindən olduğuna diqqət çəkən çıxışçılar yaradıcı heyətin işini yüksək qiymətləndiriblər.

Qeyd edilib ki, Azərbaycan teatrının ən şanlı tarixi bu ekran əsərində əksini tapıb. İlyas Əfəndiyev hər zaman Azərbaycan teatrının təəssübkeşi olub, teatrın inkişafı naminə yorulmadan çalışıb. Filmdə yazıçının çox dolğun obrazı yaradılıb. Azərbaycan dramaturgiyasında lirik-psixoloji dram janrının əsasını qoyan İlyas Əfəndiyev neçə-neçə aktyor nəslinin yetişməsinə, tanınmasına təkan verib.

Gənc nəslin vətənpərvərlik ruhunda böyüməsində belə filmlərin əhəmiyyətinə toxunan natiqlər Azərbaycan xalqının Qarabağ ağrısından yoğurulan bu ekran əsərinin bir daha əsl qələm adamının, yazıçının millətinə, yurduna tükənməz sevgisini göstərdiyini söyləyiblər.

Sonda ədibin ailəsi adından çıxış edən nəvəsi Günay Əfəndiyeva ekran əsərinin hazırlanmasında əməyi olan yaradıcı heyətə tədbirin təşkilatçılarına təşəkkür edib. Deyib ki, film üzərində bir neçə ay aparılıb.

Qarabağ mövzusunun ədibin yaradıcılığında xüsusi yer tutduğunu söyləyən G.Əfəndiyeva vurğulayıb ki, filmdə Azərbaycan mədəniyyətinin ən parlaq şəxsiyyətlərinin fikirləri yer alır.

"Bu ekran əsəri təkcə İlyas Əfəndiyevə həsr olunmayıb, eyni zamanda, Qarabağın böyük simalarını bizə yenidən xatırladır. Xurşidbanu Natəvanı, Süleyman Sani Axundovu, Yusif Vəzir Çəmənzəminlini, Əbdürrəhim bəy Haqverdiyevi, Üzeyir bəy Hacıbəylini, Fikrət Əmirovu, Niyazini, Xan Şuşinskini, Seyid Şuşinskini, Bülbülü, Rəşid Behbudovu digər adını çəkmədiyim görkəmli simaları yad edirik. Bunların hər biri Qarabağın simvollarıdır. Arzu edirəm ki, Şuşada, Cıdır düzündə Üzeyir Hacıbəylinin Koroğlu operasından "Uvertüra" səslənsin, Natəvanın şeirləri oxunsun", - deyə Günay Əfəndiyeva vurğulayıb.

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2018.- 4 oktyabr.- S. 7.