Bakıda "Simurq" uşaq
musiqi festivalı keçirilir
Bakı Media Mərkəzinin dəstəyi
ilə paytaxtda "Simurq" uşaq musiqi festivalı keçirilir.
Mərkəzdən bildirilib ki, festivalın başlıca
məqsədi Azərbaycanın
gənc, istedadlı musiqiçilərini önə
çıxarmaq və
dəstək olmaq, eləcə də onlara ifaçılıq sənətində peşəkar
bilik və bacarıqlar öyrətməkdir.
Layihənin müəllifi və rəhbəri tanınmış
pianoçu, nüfuzlu
beynəlxalq müsabiqələrin
laureatı Səidə
Tağızadədir.
Gələcəkdə festivalın bütün musiqi alətlərini əhatə etməsi nəzərdə tutulur. Hələlik isə layihədə yalnız 7-18 yaş arası pianoçular iştirak edir.
Festivalın hazırkı mərhələsində
10 nəfər iştirakçı
seçilib. Layihə çərçivəsində
iştirakçılar Azərbaycan,
Rusiya və başqa ölkələrdən
olan tanınmış
pedaqoqların, musiqiçilərin
ustad dərslərində
iştirak edəcək.
Bundan başqa, gənc ifaçılara səhnədə
düzgün və peşəkar davranışa
dair təlimlər keçiriləcək.
Qeyd edək ki, gənc
istedadlar artıq P.İ.Çaykovski adına Moskva Konservatoriyası nəzdində
olan Mərkəzi Musiqi Məktəbinin xüsusi fortepiano şöbəsinin
müdiri Mira Marçenkonun
ustad dərslərində
iştirak edib və onun verdiyi
tapşırıqları yerinə
yetiriblər.
Oktyabrın 19-da isə "Simurq" musiqi festivalı çərçivəsində Beynəlxalq Muğam Mərkəzində məşhur
rusiyalı pianoçu
Daniil Sayamovun solo konserti keçiriləcək. Digər tanınmış
pedaqoq və musiqiçilərin də
festival iştirakçıları üçün ustad dərsləri mərhələli
şəkildə təşkil
olunacaq.
Layihə haqqında daha ətraflı məlumatı
festivalın www.simurqfestival.com rəsmi internet saytından,
"Facebook", "Instagram"
və "Youtube"
sosial şəbəkələrindəki
səhifələrindən əldə etmək mümkündür.
525-ci qəzet.- 2018.- 4 oktyabr.- S. 8.