"Azərxalça" böyük sənətdə varisliyi davam etdirir

 

"Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin (ASC) mərkəzi aparatında, Füzuli, Ağdam, Şəmkir, Tovuz, Ağstafa, Qazax, Quba, Xaçmaz, İsmayıllı Qəbələ filiallarında, ümumilikdə, 964 nəfər çalışır.

Azərxalça" ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qurumun əməkdaşlarından 759 nəfəri toxucu, digərləri isə inzibati-təsərrüfat işçisidir. "Azərxalça"nın struktur bölmələrində 382 gənc əməkdaş çalışır ki, onların da 307 nəfəri toxucudur.

Toxucular cəmiyyətin təşkil etdiyi tədris-hazırlıq kurslarında bu sənətin sirlərinə yiyələniblər. Tədris-hazırlıq kursları təşkil edilərkən bu kurslara gənclərin cəlbi diqqət mərkəzində saxlanılır.

Gənclərin bu sənətə yönləndirilməsi olduqca vacib önəmli məsələdir. Çünki xalçaçılıq sənətinin yaşadılması gənclərin bu sənəti davam etdirməsindən asılıdır. Hamımıza məlumdur ki, XXI əsr yüksək texnologiyalar, sürətli innovasiyalar elm tutumlu istehsalatlar əsridir. Müasir dövrün gəncləri elmi-texniki yeniliklərə daha çox meyil edir. Bu isə ənənəvi sahələrin, milli dəyərlərin unudulmasına gətirib çıxarır. Millətlərin dövlətlərin öz milli dəyərlərini, ənənəvi sahələrini qoruyub saxlaya bilmələri üçün gənclər bu sahələrə istiqamətləndirilməli, onları yaşatmalı davam etdirməlidirlər. Bu mənada gənclərin "Azərxalça"nın filiallarında işlə təmin olunması, onların toxuculuq peşəsinə yiyələnməsi strateji məqsədlərə xidmət edir. Çünki xalçaçılıq bizim milli sənətimizdir. Prezident İlham Əliyevin dediyi kimi, xalça muğam, memarlıq abidələri kimi bizim milli dəyərimizdir, milli sərvətimizdir. Ona görə bu sərvətimizin yaşadılaraq gələcək nəsillərə çatdırılması qarşıya qoyulan mühüm vəzifələrdən biridir.

Yaxşı hal odur ki, xalça istehsalı emalatxanalarında işləyən gənclər ömrünü bu sənətə həsr edən, uzun illərdir xalçaçılıqla məşğul olan toxucularla bir yerdə çalışır, onlardan sənətin sirlərini daha dərindən öyrənirlər. Beləliklə, xalçaçılıqda varislik təmin olunur, qədim el sənətimiz yaşadılaraq gələcək nəsillərə ötürülür.

 

525-ci qəzet.- 2018.- 4 oktyabr.- S. 7.