“Literaturnıy
Azerbaydjan”ın yeni sayı
Bu günlərdə “Literaturnıy Azerbaydjan” jurnalının növbəti
sayı çap olunub.
Jurnaldakı yazılar “Nəsr”, “Poeziya” və “Publisitika” bölmələrində
toplanıb.
Bu dəfə jurnal
Xalq yazıçısı
Elçinin hekayələri
ilə başlayır. Ondan başqa
“Nəsr” bölməsində
Tahir Əlinin “Mirzə Xəli və torbadakı pişik”, Yelena Andreyevnanın
“Pitsa və Bethoven” hekayələri, Şirin Manafovun “Ağ” komediyası yer alıb.
“Poeziya” bölməsi
Rəşad Məcidin
şeirləri ilə
başlayır. Şeirləri rus dilinə
Səlim Babullaoğlu
tərcümə edib.
Bölmədə həmçinin, İnessa
Lovkova, Vitali İqolnikov və Elina Mahmudovanın şeirləri də çap olunub. Bölmənin
xüsusi “Tofiq
Ağayev-85” rubrikasında isə
oxucular Yelizaveta Qasımovanın yubilyarın
həyat və yaradıcılığına həsr
olunmuş məqaləsi,
eləcə də T.Ağayevin şeir və tərcümələrilə
tanış olacaqlar.
“Publisitika”da isə
üç məqalə
yer alıb. Bunlar Alina Talıbovanın “Və həyat...və göz yaşları...və sevgi”, İbrahim İmaməliyevin “Müəllif
mahnısının patriarxı”
və Tahir Cəfərovun “Köhnə
şəklin tapmacası”
məqalələridir.
ŞAHANƏ
525-ci qəzet.- 2018.- 6 oktyabr.- S.13.