Milli Kitabxanadan
Mikayıl Müşfiqin 110 illiyinə dəyərli
töhfə
Oktyabrın 5-də Mirzə Fətəli
Axundzadə adına
Milli Kitabxanada görkəmli şair Mikayıl Müşfiqin anadan olmasının 110 illiyinə həsr edilmiş “Mikayıl Müşfiq. Biblioqrafiya” kitabının və
“Mikayıl Müşfiq-110” elektron məlumat bazasının təqdimat
mərasimi keçirilib.
Tədbir
Prezident İlham Əliyevin Mikayıl Müşfiqin 110 illiyinin qeyd edilməsi haqqında 17 may tarixli Sərəncamına əsasən
Mədəniyyət Nazirliyi
ilə Milli Kitabxananın birgə təşkilatçılığı ilə reallaşıb.
Milli Kitabxananın direktoru, professor Kərim Tahirov XX əsr Azərbaycan ədəbiyyatının
görkəmli nümayəndəsi,
repressiya qurbanı Mikayıl Müşfiqin həyat və yaradıcılığından danışıb. Bildirib ki,
Müşfiqi bütün
nəsillərə sevdirən
və adını yaşarı edən onun ürəkdən gələn səmimiyyət
dolu poeziyasının
xalq ruhu ilə bağlılığı,
doğma Azərbaycanımızı
böyük məhəbbətlə
tərənnüm etməsi,
qəlbləri ehtizaza
gətirməsidir. Milli
Kitabxana tərəfindən
tərtib edilmiş “Azərbaycanın görkəmli
şəxsiyyətləri seriyasından”
hazırlanmış göstəricinin
görkəmli şair
haqqında ilk fundamental bioqrafiya
olduğunu söyləyən
professor, nəşrdə “Mikayıl
Müşfiqin həyat
və yaradıcılığının
əsas tarixləri”,
“Mikayıl Müşfiq
poeziyasından nümunələr”,
“Görkəmli şəxsiyyətlər
Mikayıl Müşfiq
haqqında” bölmələri,
şairin ədəbi
fəaliyyətini, həyat
və yaradıcılığını
əks etdirən
1926-2018-ci illərdə dərc
olunmuş materialların
əksini tapdığını
qeyd edib.
Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev kitabxana tərəfindən ənənə
halını almış
görkəmli şəxsiyyətlərin
bioqrafiyasının hazırlanmasının
gözəl təşəbbüs
olduğunu və bu işin böyük
zəhmət hesabına
başa gəldiyini qeyd edib. Bildirib ki,
bu seriyadan hazırlanmış növbəti
bu kitab müşfiqsevərlər üçün
gözəl bir töhfədir. Çox
qısa bir müddət – 12 il
yazıb-yaratsa da, onun əsərləri ədəbiyyat tariximizdə,
xalqımızın yaddaşında
və hamının qəlbində bir nəğmə kimi yaşayır.
Şairin yaradıcılığının dövlətimiz tərəfindən
həmişə yüksək
qiymətləndirildiyini deyən
V.Əliyev respublikamızda
bu münasibətlə
silsilə tədbirlərin
keçirildiyini qeyd edib.
Professor Qəzənfər Paşayev bildirib ki, Mikayıl Müşfiq XX əsrdə yaranan və inkişaf etməkdə olan poeziyanın qüdrətli nümayəndələrindən biri olub, ədəbiyyatımızın inkişafına sanballı töhfələr verib. “Cəmi 30 il yaşasa da, Mikayıl Müşfiq xoşbəxt taleli şairdir. Fitri istedadı, ilhamı onu yaşatdı. Onun haqqında çoxlu kitablar, tədqiqat əsərləri, monoqrafiyalar yazılıb, bu o deməkdir ki, xalq yaradıcı şəxsiyyətlərini unutmur. O şəxsiyyət ki, xalq üçün yaşayır, yaradır. M.Müşfiq heç zaman unudulmayacaq, o qəlbimizdə daim yaşayacaq”, - deyə professor qeyd edib.
Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Şirindil Alışanlı və digərləri unudulmaz şairin ədəbiyyatımızdakı xidmətlərindən danışıblar. Vurğulanıb ki, nakam şair Azərbaycan xalqı üçün əsl sənət xəzinəsini yadigar qoyub, eyni zamanda, böyük bir xəzinənin açarını da özü ilə əbədiyyətə aparıb. Dərin emosionallıq, ahəngdarlıq, yığcamlıq Mikayıl Müşfiq poeziyasının əsas bədii keyfiyyətləridir. O, lirik-epik lövhələrin, peyzajların ən mükəmməl nümunələrini yaradıb.
Tədbirdə Milli Kitabxana tərəfindən hazırlanmış “Mikayıl Müşfiq – 110” elektron məlumat bazası təqdim edilib, şair haqqında film nümayiş olunub.
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2018.- 6 oktyabr.- S.7.