"Multikulturalizm siyasəti cəmiyyətdə sabitliyin təminatı kimi"

 

GƏNCƏDƏ BU MÖVZUDA MÜZAKİRƏ TƏŞKİL EDİLİB

 

 

8 oktyabr 2018-ci il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin təşkilatçılığı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi AMEA Fəlsəfə İnstitutunun iştirakı ilə Gəncə Dövlət Universitetinin "Multikulturalizm siyasəti cəmiyyətdə sabitliyin təminatı kimi" adlı dəyirmi masa keçirilib.

 

Tədbir ölkədə multikultural ənənələrin qorunub saxlanılması, inkişaf etdirilməsi geniş şəkildə təbliğ olunması məqsədi daşıyır.

Tədbiri Gəncə Dövlət Universitetinin prorektoru, millət vəkili Pərvin Kərimzadə açaraq bu cür tədbirlərin keçirilməsinin vacibliyi əhəmiyyətindən danışıb.

Tədbirdə çıxış edən Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyev Mərkəzin gördüyü işlərdən, multikulturalizmə aid tədbirlərdən bəhs edib. Sonra Mərkəzin şöbə müdiri Nurəddin Babayev çıxış edərək, multikulturalizm siyasətinin əhəmiyyətindən, ənənələrindən bəhs edib, Gəncənin ən böyük multikultural şəhərlərdən biri olmasından danışıb.

AMEA Fəlsəfə İnstitutu tərəfindən böyük elmi işçi, fəlsəfə üzrə fəlsəfə doktoru Şölət Zeynalov "Multikulturalizm - sülh həmrəyliyin paradiqmasıdır" adlı məruzəsində multikulturalizm dialoq fəlsəfəsi haqqında çıxış edib.

Dəyirmi masada Gəncə Dövlət Universiteti tərəfindən Sosial fənlər kafedrasının müdiri, dosent Asim Məmmədov çıxış edərək tolerantlığın dövlət siyasəti olduğundan söz açıb, qeyd edib ki, tolerantlıq, çoxmədəniyyətçilik universitet tələbələrinin marağına səbəb olub.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Analitika şöbəsinin əməkdaşı, siyasi elmlər üzrə fəlsəfə doktoru Cahangir Cahangirli tələbələrə imtahanlarda bugünkü tədbirin tezislərindən istifadə edilməsini məsləhət görüb. Mərkəzin baş müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru Üzeyir Babakişiyev vurğulayıb ki, multikulturalizm sabitliyin əsasıdır. Həmçinin, dəyirmi masada Mərkəzin şöbə müdirləri Yadigar Məmmədli,  Məzahir Qarayev,  Sənan Talıbov iştirak edib.

Tədbir çərçivəsində Azərbaycan multikulturalizm ənənələrinə həsr olunmuş rəsm sərgisi klassik musiqi konserti təşkil olunub.

Sonda Elmi-Metodiki Mərkəzin elmi katibi Cavid Əliyev iştirakçılara təşəkkürünü bildirərək qeyd edib ki,  Mədəniyyət Nazirliyi tərəfindən dörd dəfə Mədəniyyətlərarası dialoq forumu, milli azlıqların folklor festivalı təşkil olunub.

Sonda Gəncə Dövlət Universiteti Mərkəz tərəfindən Fəxri diplomla təltif olunub.

 

ŞAHANƏ

 

525-ci qəzet.- 2018.- 10 oktyabr.- S.7.