Gənc tarzən Sankt-Peterburq
festivalında "Ən yaxşı ifaçı" seçildi
Oktyabrın 8-də Azərbaycan Milli Konservatoriyasının rektoru,
Xalq artisti Siyavuş Kərimi bu təhsil ocağının Sankt-Peterburqda
keçirilən "Salut
Talantov" VIII Beynəlxalq
musiqi festivalında
1-ci yerə layiq görülmüş ifaçılıq
(Xalq çalğı
alətləri-tar) fakültəsinin
III kurs tələbəsi
Bəxtiyar Məmmədovla
görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə
Siyavuş Kərimi Bəxtiyar Məmmədovu
təbrik edərək
bunun böyük uğur olduğunu bildirib. Qeyd edib ki, son illər bir çox ifaçımız
milli alətlərimizin
təbliğində və
iştirakçısı olduqları
müsabiqələrdə uğurla
çıxış edərək
ölkəmizi layiqincə
təmsil edirlər və bu, təqdirəlayiq
haldır.
Qeyd edək
ki, B.Məmmədov oktyabrın 2-5-də Rusiyanın
Sankt-Peterburq şəhərində
keçirilən festivalda
bəstəkar Antonin Dvorakın "Slavonic Dance" əsərini ifa edib. Ümumilikdə 40 ölkədən
800 iştirakçının qatıldığı festivalın
ilk günündə təmsilçimiz
birinci yerə layiq görülərək
qala konsertə dəvət alan
30 iştirakçı siyahısına
daxil ola bilib. Qala konsertdə
də uğurla çıxış edən
Bəxtiyar Məmmədov
festivalın "Ən
yaxşı ifaçısı"
adına layiq görülüb.
Festivala Gənclər və İdman Nazirliyi və konservatoriyanın birgə dəstəyi ilə qatılan Bəxtiyar Məmmədov bu təhsil ocağının müəllimi,
Əməkdar artist Şəhriyar
İmanovun tələbəsidir.
525-ci qəzet.- 2018.- 10
oktyabr.- S.7.