Əbülfəs Qarayev
İSESKO Baş Konfransının 13-cü sessiyasında
Oktyabrın 11-də Mərakeş
Krallığının Rabat şəhərində İSESKO
Baş Konfransının 13-cü sessiyası öz işinə
başlayıb.
Sessiyada iştirak məqsədilə mədəniyyət
naziri Əbülfəs Qarayev Mərakeşdə səfərdədir.
Qeyd edək ki, ölkəmiz sessiyada təşkilatın 12-ci
Baş Konfransının sədri qismində təmsil olunur.
İclasda Baş Konfransın prosedur
qaydaları, 12-ci sessiyada müxtəlif məsələlərə
dair qəbul edilmiş qərarların icrası, İSESKO-nun
2019-2021-ci illər üzrə üç illik fəaliyyət
planı və büdcəsi, 2019-2027-ci illər üzrə
orta müddətli strateji fəaliyyət planı və digər
məsələlərin müzakirə edilməsi nəzərdə
tutulur.
Nazir Əbülfəs Qarayev sessiyada
çıxışı zamanı Azərbaycanla İSESKO
arasında əməkdaşlığın yüksək səviyyədə
olduğunu bildirib, ölkəmizin mədəniyyət, təhsil
və elm sahələrində uğurlarını, cari ildə
"Bakı Prosesi"nin 10-cu ildönümünün qeyd
olunduğunu və 25-26 oktyabr 2018-ci il tarixində ölkəmizdə
VI Bakı Beynəlxalq Humanitar Forumunun keçiriləcəyini
qeyd edib. Nazir həmçinin ölkəmizin sədrliyi
dövründə görülən işlər, keçirilən
tədbirlər barədə məlumat verib. Azərbaycanın
sədrliyi çərçivəsində İSESKO ilə
TÜRKSOY arasında əməkdaşlıq sazişi
imzalanıb.
Qeyd edək ki, Azərbaycan 2015-ci ilin noyabr
ayından etibarən İSESKO Baş Konfransına sədrlik
edir və cari ildə ölkəmizin sədrliyi başa
çatır.
525-ci qəzet 2018.- 12 oktyabr.- S.7.