"Əsgərlər
unudulanda ölürlər" filminin çəkilişləri
yekunlaşdı
"Əsgərlər unudulanda ölürlər"
sənədli filminin dörd ay davam edən çəkilişləri
başa çatıb.
AZƏRTAC xəbər verir ki, ekran əsərində
1920-ci ildə Azərbaycana təcavüz etmiş XI
Qırmızı Ordunun qarşısına birinci
çıxan və son nəfəsinədək düşmən
qarşısından çəkilməyən Yalama qarnizonunun
350 igid əsgərinin taleyindən bəhs edilir.
Çəkilişlər Bakıda, Yalamada,
Xaçmazda, habelə Gürcüstanda, Türkiyədə,
Rusiyada aparılıb. ARB "Aranfilm" Kino Mərkəzində
hazırlanan filmin ssenari müəllifi Arif Əliyev, rejissoru
Rövşən Almuradlı, baş operatoru Rafiq Əliyev, bəstəkarı
Vaqif Gərayzadə, icraçı direktoru Nicat Məmmədov,
bədii rəhbəri Tahir Tahiroviç, prodüseri İqbal
Məmmədəliyevdir.
Tamaşaçılar filmdə bir əsrdən
artıq Azərbaycan xalqından gizlədilən tarixi həqiqətləri
öyrənməklə yanaşı, bir çox sənədli
materiallardan xəbərdar olacaqlar.
Film ilin sonunadək
ekranlara çıxacaq.
525-ci qəzet 2018.- 12 oktyabr.- S.7.