Biçmə-Tikmə dərnəkləri
müsabiqəsinin ilk mərhələsi başa
çatdı
Dərnəklərin populyarlaşdırılması, onların sosial imicinin artırılması və onlara qarşı ictimai diqqətin yüksəldilməsi məqsədilə Biçmə-tikmə dərnəklərinin müsabiqəsi keçirilir.
Azərbaycan Respublikası Mədəniyyət
Nazirliyinin Mədəniyyətşünaslıq üzrə
Elmi-Metodiki Mərkəzi və Bakı şəhər Mədəniyyət
Baş İdarəsi tərəfindən təşkil
edilmiş "Mədəniyyət mərkəzləri, mədəniyyət
evləri və klubların biçmə-tikmə dərnəkləri
üzrə müsabiqə" layihəsinin I mərhələsi
(1-10 oktyabr) artıq başa çatıb.
I mərhələdə dərnəyin təşkili
üzrə fəaliyyətinə (kargüzarlıq işləri,
təbliğat fəaliyyəti, dərnək rəhbərinin
təhsili və iş təcrübəsi, cəlb olunmuş
üzvlər haqqında məlumatlar)
müsabiqənin qiymətləndirmə komissiyası tərəfindən
baxılıb.
On gün ərzində M.A.Əliyev adına
Hövsan qəsəbə Mədəniyyət Evində,
Əmircan qəsəbə Səttar Bəhlulzadə adına
Mədəniyyət Evində, Kürdəxanı qəsəbə
Mədəniyyət Evində, H.Abbasov adına Maştağa qəsəbə
Mədəniyyət Evində, Binə qəsəbə Mədəniyyət
Evində, Mərdəkan Mədəniyyət Sarayında, Ş.Ələkbərova adına Mədəniyyət
Evində, A.M. Şərifzadə adına Mədəniyyət
Evində, Binəqədi Mərkəzi Mədəniyyət
Evində keçirilmiş baxışda dərnək və müəssisə rəhbəri
iştirak ediblər.
Komissiya tərəfindən müəssisələrdəki
biçmə-tikmə dərnəyinin yaradılmasına dair əmrin,
üzvlərin ərizələrinin, üzvlərə dair məlumatlarların,
şəxsi vərəqələrinin, üzvlərin dərnəyə
qəbul edilməsinə dair protokolun və əmrin, dərnək
rəhbərinin ərizəsinin, dərnəyə rəhbər
təyin edilməsinə dair əmrin, dərnəyin tədris
proqramının, dərs cədvəlinin, davamiyyət
jurnalının mövcudluğuna və qaydasında
olduqlarına, dərnək rəhbərinin təhsilinə,
iş təcrübəsinə, qrupların sayına, dərnəyin
fəaliyyətinin təbliğinə (afişa, elan, buklet,
internet informasiya resurslarından istifadə, şifahi təbliğat və s.) baxılmış, habelə
müsabiqənin şəffaflığını təmin etmək
məqsədi ilə prosesin foto çəkilişi
aparılıb.
Mərhələlər üzrə qaliblərin
adı müsabiqənin Nizami Kino Mərkəzində
keçiriləcək yekun tədbirində elan olunacaq.
525-ci qəzet 2018.- 12 oktyabr.- S.7.