İstiqlal Muzeyində
növbəti sərgi "Paralel" olacaq
Oktyabrın 17-də Azərbaycan İstiqlal
Muzeyində dövlət müstəqilliyimizin bərpasının
27-ci ildönümü münasibətilə "Paralel"
adlı tədbir-sərgi keçiriləcək.
Muzeydən AZƏRTAC-a bildirilib ki, sərgidə
Azərbaycan Xalq Cümhuriyyətinin və Müstəqil Azərbaycan
Respublikasının fəaliyyətini və
inkişafını özündə əks etdirən 40-dan
çox fotoşəkil nümayiş etdiriləcək.
Tədbirdə Təhsil Nazirliyi Gənclərin
Respublika bədii yaradıcılıq evinin tələbələrinin
hazırladığı maraqlı bədii proqram təqdim
olunacaq.
525-ci qəzet 2018.- 12 oktyabr.- S.7.