Kişilər də ağlayır   

 

 

 

Ağlama! Çalış hiss etdirmə! Hüznünü göstərmə! Duyğularını gizlə, axı sən kişisən! Ömür boyu bu ağırlıqlar yüklənib çiyinlərinə.

 

Ağrılarını sümüklərində, əzablarını iliklərində saxlayırlar. Gözlərindən yaş gələndə yumruqlarını sıxırlar, daşa-divara vururlar, əllərindən qan axır, amma gözlərindən yaşın çıxmasına imkan vermirlər! İçərilərində dərddən qalalar, minarələr, saraylar tikirlər. Kiminsə bundan xəbərdar olmasını istəmirlər!

Körpəlikdən ona aşılayırlar ki, ağlamaq kişi işi deyil. Dünyaya gələndən qəlibə salırlar. Doğulanda mavi rənglə tanış edirlər. Üst-başını maviyə bürüyərəkciddi oldeyirlər. Mavi soyuq rəngdir. Bu rəng kişiləri balacalıqdanbuzaçevirmək üçün istifadə edilir. Uşaq vaxtındankişi adam ağlamazdeyirlər. İllər sonra cəmiyyətdə ağlamağı unudan, ürəyi sərtləşmiş milyonlarla kişi formalaşır. Hərdən adama elə gəlir ki, ortalıqda minlərlə qara, soyuq daş hərəkət edir.

Kişilər ağlamaz deməyin! Elə ağlayar ki, gözündən düşən hər damlada min yol boğularsınız.  Bir kişi gözündən yaş axıdırsa, deməli, çarəsizdir, yarası dərindir, tunelin sonundakı zərrə qədər işığı da itirib.

Kişinin yanağından süzülən yaş vulkan partlamasından sonrakı lavaya bənzəyir. Yandıraraq, parçalayaraq axıb gedir, görənlər havalanır, vahiməyə düşürlər.

Sevgisini itirəndə, kürəyindən vurulanda, içində qopan fəryadın səsi göyə ucalanda gözlərinin dibindən şimşək çaxmağa başlayır, kirpiklərində fırtına qopur, sonra leysan yağdırırlar.

“Bu ərəfələr heç yaxşı deyiləmdeyərək, sizi qucaqlayıb ağlayan kişi görmüsünüz? Heç mən görməmişəm. Çünki ömürlərinin sonuna qədərKişisən axı!” məsuliyyətindən kənara çıxıb, göz yaşlarını gözlərindən azad edə bilmirlər.

Qadınlar qədər asan olmasa da, kişilərin kədərlərinə məğlub olduğu bir qırılma nöqtəsi var.

qədər bəlli etməsələr , zəiflikləri, tükəndiyi məğlub hiss etdiyi məqamları var.

Qarşılaşdığı haqsızlıqlar, edilən ədalətsizliklər onu qədər alt-üst etsə , büruzə vermir.

Həmişə qalib gəlmək üçün dəridən-qabıqdan çıxır.

Kişinin yükü dağdan ağırdır. Həmişə bacardıqlarını, hətta bacarmadıqlarını da yığıb çiyinlərinə yükləyirlər.

Kişilər ağlayır! Axıtdığı, hər damla içinə düşsə , dözür, dayanır!

Ömrü həyatla, cəmiyyətlə, üzərindəkiSən kişisən!” məsuliyyəti ilə keçir.

Kişinin ağlamağı qadınınkı kimi deyil. Qadının dırnağı qırılanda ağlayar, sevimli əşyasını itirəndə ağlayır, pulu qurtaranda ağlayır, inciyəndə ağlayır. Çox vaxt göz yaşını silah olaraq da istifadə edir, lakin kişi asanlıqla ağlaya bilmir, çünki həyatın ona biçdiyi rolda güclü olmağa məcburdur. Həmin güc heç bir halda pozulmamalıdır. Ta, doğulduğu gündən bəri, bu ona təlqin edilir. Sanki ömür boyu başının üstündə ağlamamağına nəzarət edən bir qüvvə onu təhdid edir.

Bəsit şeylər üçün əsla ağlamırlar. Bir kişinin gözündən süzülən damla, milyonlarla qadının göz yaşından daha səmimi axır. Ağlamaq istəyəndə ölümdən canını qurtarmaq istəyən insan kimi hamıdan qaçır. Utana-utana təklikdə hönkürür.

Kişinin göz yaşları, eşidilməyəcək qədər səssiz, görünməyəcək qədər uzaq, anlamağa macal tapa bilməyəcək qədər qısadır.

Əgər kişi kiminsə yanında ağlayırsa, göz yaşlarının süzülməyindən çəkinmirsə, həmin şəxs onun bütün varlığı ilə güvəndiyidir.

Dərindən sarsılanda, canından can gedəndə, dərd onu fırtınaya məruz qalmış qayıq kimi altını üstünə çevirəndə, ağlayar. Bütün bunların ardından, yenə gözlərini silib, heç olmamış kimi, kürəyi dik, başı yuxarı adam içinə çıxır.

Kişilər ağlamaz deməyin! Elə ağlayar ki, gözündən düşən hər damlada min yol boğularsınız.

 

Türkan TURAN

 

 

525-ci qəzet.- 2018.- 13 oktyabr.- S.32.