İspaniya - düşüncələr və
unudulmaz xatirələr
(Əvvəli ötən şənbə saylarımızda)
“Bütün böyük
səyahətçilər kimi, mən xatırladığımdan çox
şeyi görmüşəm
və gördüklərimdən
çox şeyi xatırlayıram”.
Bencamin Dizraeli
Böyük Britaniyanın 1868-1874-cü illərdəki baş naziri
1535-ci ildə Karl Tunisi
işğal etdi. Bu, olduqca sevinc bəxş edən zəfər idi, həmin əməlinə
görə özünün
“Allahın standart dayaqdı” tək seçilmiş hesab edilməli olduğunu bəyan etdi. O, bu vaxt şərqi
Aralıq dənizində
müharibə aparmaqla,
hətta İstanbulun özünü işğal
etməyi düşünürdü.
Lakin
1538-ci ildə türk
donanması ilə birlikdə Barbarossa Karlın
genuyalı admiralı
Andrea Durmanı Qərbi
Yunanıstandakı Prevezada
məğlub etdi.
1544-cü ildə isə Əlcəzairə
qarşı döyüşdə
imperatorun özü uduzdu. Lakin sonralar ispan
və türk donanmaları arasında Aralıq dənizində tarazlıq meydana gəldi.
Karlın ordusu İtaliyanın şimalında Milanı işğal etdi. Neapola iddiasına
görə isə Fransa kralları ilə münaqişəyə
girmişdi.
Karlın Avropadakı imperiyası tədricən ispan, daha çox isə Kastiliya imperiyasına çevrilirdi. Onun hökmranlığının
axırıncı hissəsi
ərzində imperiyanın
Alp dağlarından cənubdakı
ərazilərində bütün
yüksək vəzifələri
ispanlar və ispanlaşmış italyanlar
inhisara almışdılar.
Karl öz müxtəlif
torpaqlarından əl
çəkdikdə (1555-1556-cı illər) II Filipp
(1556-1598-ci illər) Almaniya
istisna olmaqla, atasının bütün
torpaqlarına varis oldu. Bu vaxt imperial titul olmadan onun
Avropadakı imperiyası
onu özünün başçısı kimi
tanıyan müstəqil
dövlətlərin ittifaqı
idi. Siciliya “vitse-krallar üçün
bədbəxtlik” hesab
olunurdu. Neapolun idarə edilməsi də vitse-krallardan ötəri ağır bir iş idi.
Bütün mühüm siyasi
hadisələr Madridə
xəbər verilirdi.
Kral II Filipp imperiyanın bütün işləri ilə məşğul olmağa vaxt tapırdı. Kral yalnız
ispanları “qanuni təbəələr” kimi
qiymətləndirirdi, Filippin
orduları xeyli qələbələr qazanmışdı.
Fransa ilə sülh bağlanmışdı. Lakin dövlətin
maliyyə vəziyyəti
yaxşı deyildi.
Yeni Dünyadan gələn gümüş əsasən
artırdı. Lakin xəzinələr
daha çox artan borcları ödəyə bilmirdi.
Ordular və donanma amerikan gümüş axınından çox olan pul məbləği
tələb edirdi.
İspaniyanın maliyyə yükü
daha çox Kastiliyanın üzərinə
düşürdü. II Filippin donanması
Tunisin şərq sahilində türklərlə
dəniz döyüşündə
alçaldıcı və
həm də ağır xərcə başa gələn məğlubiyyətə düçar
oldu. Lakin 1566-cı ildə Osmanlı sultanı Süleymanın ölməsi
ilə quruda türk təhlükəsi
bir müddət azaldı. Hersoq Albanın komandanlığı
altında ispan və italyan qoşunlarla Niderlanda gəldi ki, bu torpaqların problemləri birdəfəlik
həll olunsun. Alba yeretiklərin kökünü kəsməli,
qiyamçıları cəzalandırmalı,
Brüssel hökumətinə
daha ağır vergi qoymalı idi.
Kralın dəhşətli səhvinə
görə qiyam bu vaxt artıq
üsyana çevrilmişdi
və İspaniyanı
onun sərhədindən
kənarda müharibəyə
cəlb etmişdi. Bu, o məqsədi güdürdü
ki, Avropada hökmən ispan imperiyasının əsası
qoyulsun.
II Filippin və onun varislərinin strateji düşüncəsinin
açarı daim Fransa oldu. Çünki Fransa potensial olaraq Avropada güclü hərbi qüvvə idi. Lakin XVI əsrin sonuna kimi uzun illər
davam edən vətəndaş müharibələrindən
bu ölkə iflic vəziyyətinə düşmüşdü.
Türk rəqibindən təhlükə
də Niderlanddakı problemlər kimi mühüm əhəmiyyət
kəsb edirdi. 20 il ərzindəki ispan xarici siyasəti
müdafiə olunmaq relsi üzərində qurulmuşdu.
Ən böyük
problem isə bilavasitə
Qranadadakı moriskolara
(Qranada əmirliyi yıxıldıqdan sonra Pireney yarımadasında qalan müsəlman əhali) aid idi. Andalusiyada isə
otlaqlara sahib olmaq üstündə mübarizə
gedirdi. Madriddən göndərilən komissiya moisko torpaqlarını müsadirə
etdi. 1567-ci ildə moriskolar barədə öz mavr adlarını, dərəcələrini və
hətta özlərinin
ərəb dilindən
istifadə etmələrini
qadağan edən dekret verilmişdi. Bu vaxt artıq
heç kəs dinc morisko fermerlərini
qatil morisko banditlərindən himayə
etmirdi. Ona görə də Milad bayramı günü moriskolar nifrət bəslədikləri
xristianlara qarşı
qalxdılar və bu kampaniya iki
il davam
etdi. Hər iki tərəf
vəhşiliklərə yol
verirdi. Onlar Kastiliyaya deportasiya
edilməklə, tədricən
assimilyasiya edildilər.
Aralıq dənizində ispan donanması türklərininkindən
aşağı səviyyədə
idi. 1571-ci ildə birləşmiş ispan, Venetsiya və papa donanmaları Lepantoda Türk donanmasını darmadağın etdi.
Böyük ispan yazıçısı
Migel Servantes həmin vuruşda qolunu itirmişdi. Bu qələbənin mənəvi effekti olduqca böyük idi. Ona görə də Aralıq dənizindəki
pat vəziyyəti pozulmamış
qaldı. 1580-ci ildə İspaniya Porta (Osmanllı imperiyası hökuməti)
ilə sülh müqaviləsi imzaladı.
Elə həmin
illərdə ispan hökuməti Niderlanddakı
üsyançıların İngiltərədən və
Fransadan kömək aldıqlarına inanmışdı. Onların dəniz
quldurları Amerikalarda
ispan ticarətinə ziyan vurmaqla, ardıcıl olaraq dəniz yüklərini ələ keçirirdilər.
II Filipp 1586-cı ildə
İngiltərəyə müdaxilə
etməyə hazırlaşdı. 1588-ci ilin mayında Lissabondan üzməyə
başlayan Armadanın
180 gəmisi və 30
min nəfərə yaxın
adamı var idi. Ona elə bir qabiliyyəti ilə fərqlənməyən Medina-Sidoniya
hersoqu komandanlıq edirdi. Lakin Armada mümkün olmayan bir tapşırığı
yerinə yetirməyə
göndərilmişdi. Onlar Niderlanddan Parma hersoqunun komandanlığı altında
olan ordunu da götürməli idi. İngilis donanması daha
yaxşı silahlanmışdı,
həm də ispanlar heç La-Manş boğazındakı
limanda suyun dərinliyinə də sadəcə nəzarət
etməmişdilər. Məğlubedilməz Armadanın məğlubiyyəti
labüd idi.
II Filipp özünü
və İspaniyanı
yeretiklərə qarşı
mübarizədə mahiyyətcə
katolik kilsəsinin müdafiəçisi kimi
görürdü. İngiltərə üçün isə bu təcavüz, əsasən, hərbi xarakter daşıyırdı
və yəqin ki, hərbi qüvvə ilə də qarşılaşmalı
idi. Digər sahələrdə də ispanlar fəallıq göstərirdilər.
İspaniyanın Romadakı səfiri
papanın seçilməsi
üçün keçirilən
üç konklavın
işinə müdaxilə
etmiş, ispanlar üçün əlverişli
olan papaların seçilməsinə nail olmuşdu.
İspaniya hər iki düşmənini
və onların müttəfiqlərini inandırırdı
ki, onlar Avropa üzərində ispan ağalığının
şahidi olacaqlar.
1580-ci ildən sonra Yeni Dünyadan Sevilyaya gəmilər gümüş yükü gətirirdi. İspaniya yeni rekord səviyyəyə yüksəlmişdi və bu, II Filippi inandırmışdı ki, o, İngiltərəyə və Fransaya qarşı nəhəng hərbi layihələr cızmalıdır. Gümüşdən gələn gəlir illik mənfəətin dörddə birinə bərabər idi, qalan hissəsi isə vergilərdən və borc verilməsi faizindən gəlirdi. XVI və XVII əsrlərdə Vest-İndiyalardan gələn qiymətli metallar İspaniyanı “qızıl sərxoşluğuna” tutulmağa gətirib çıxarmışdı və bu “xəstəliyi” onun Avropa dövlətləri arasında sonralar iqtisadi cəhətdən geri qalmasına şərait yaratdı. İspaniya sənaye inqilabına da çox zəif qoşulmuşdu.
Məğlubedilməz Armadanın kampaniyası 10 milyon dukata başa gələcəkdi. İngiltərəyə qarşı dəniz müharibəsi, Niderlanddakı kampaniyalar Fransaya hərbi müdaxilə ilə birlikdə daha böyük xərc tələb edirdi. Ona görə də ölkədə vergilər artırıldı.
İspaniya, elə bil ki, öz gələcəyi ilə qumar oynayırdı. Onun amerikan xəzinəsi Qərbi Avropada yeretiklər üzərində qəti qələbə qazanmaq və qitədə ağalıq etmək məqsədinə xərclənirdi. Lakin bu vəzifələrin həyata keçirilməsi uğursuz oldu.
Məğlubedilməz Armada 1588-ci ildə İngiltərə sahillərində tufan nəticəsində və ingilis donanması tərəfindən darmadağın edildi. II Filipp donanmasının ağır zərbə almasından çox kədərlənmişdi, özünə təskinlik vermək üçün deyirdi ki, mən Armadanı Allahla deyil, ingilislərlə döyüşmək üçün göndərilmişdim və ah çəkərək əlavə etmişdi ki, Allah bizdən üz döndərmişdir.
(Ardı var)
Telman
ORUCOV
525-ci qəzet.- 2018.- 13 oktyabr.- S.30.