AZƏRBAYCAN
RESPUBLİKASININ PREZİDENTİ 2018-Cİ İLİ -
AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ İLİ ELAN
ETMİŞDİR
Müsəlman
Şərqində ilk demokratik respublikanın elan edilməsinin
100 ilinin 23 ayı müstəqillik, 71 ili
istila-fasilə dövrüdür. Vətəni
tərk edib mühacirət həyatı yaşayan mücahidlər
müstəqilliyin yenidən qələbəsi uğrunda
mübarizələrini qətiyyətlə davam etdirmişlər.
Mühacirət mətbuatı bu, istila-fasilə
dövrünün canlı salnaməsidir. Nəzərdən
keçirək.
(Əvvəli
ötən şənbə saylarımızda)
MÜSAVAT
FİRQƏSİ VƏ BOLŞEVİKLƏR
Azərbaycana ilk qədəm basdıqları gündən
etibarən rus bolşevikləri bütün büğz və
ədavətlərini Türk Xalq Firqəsi Müsavata
tövcih etdilər. İstila qüvvətinin nəzərində
“Müsavat”dan daha böyük bir düşmən, bu qüvvətə
yardaqçılıq zillətiylə gün qazanan
satılıq bolşevik ajanlarının mənfur
ağızlarında Müsavatçılıqdan daha ziyankar
bir məslək yoxmuş!
Müsavatçılıq
töhməti ilə yüzlərcə münəvər adam, onlarca gənc qəhrəman Sibiryanın
uzaq köşələrində nəfy (sürgün) və
hadsız (günahsız) şəxslər həbs və
işgəncələrə məruz qaldı. Moskvadan
surəti-məxsusədə ezam olunan “Çeka” heyətləri
Azərbaycan milliyyətçiliginin ələmdarı bulunan
bu firqə ilə amansız bir surətdə mücadilə
etdi. Azərbaycan, Müsavat sirayətindən
(nüfuzundan) dəfələrlə “təmizləndi”. Komisarların ağzı ilə bu firqənin “tamamilə
iflas etdigi” dəfələrlə elan edildi.
Böylə ikən Sovet mətbuatı, bir dəqiqə
olsa da Müsavat firqəsi ilə məşğul
olmağı unutmıyordu. Daha dün qoca
Çiçerin bu “müflis” firqənin propağandasına
qarşı fəryad ediyordu. Bu gün də bolşevik
mətbuatının yeni bir manevrasına şahid oluyoruz!
Qarşımızda 28 Nisan tarixi ilə və məşum
Nisan istilasını təsid məqsədilə nəşr
edilmiş bir bolşevik qəzetəsi duruyor (Bakıda
müntəşir “Komunist” qəzetəsi). Bu qəzetə
mütəəddid (çoxlu, geniş) məqalələrində
Müsavat firqəsi ilə möhtərəm lideri Məhəmməd
Əmin haqqında söyləmədiyi lətayifat (lətifələr)
buraxmamışdır. Kəndi-lərinə xas həyasız
bir üslub və namussuz böhtanlarla mali
olan bu məqalələrdə bolşevik mühərrirlərinin
bilxassə bir firqə üzərində israr etmələri
şayani-diqqətdir. “Komunist” qəzetəçiləri
bütün məharətlərini Müsavat firqəsinin Azərbaycan
istiqlalı elanındaki əhəmiyyətli rolunu inkara həsr
etmişlərdir. Onlar min türlü
saçma-larla Müsavat firqəsinin heç bir zaman
istiqlalçı olmadığını isbat etmək istərlər.
Bu, bir türlü isbat olunmayan iddiayə,
şimdi, rusların sadiq uşağı Davud Hüseynov yeni
bir iddia dəxi əlavə ediyor. Məgərsə (sən
demə) Müsavat firqəsi rus çarlarının da ajanı imiş. Çar Nikolay idarəsi ilə
mücadilə etmək istəməzmiş! Bu
gülünc iddianın isbatı üçün ortaya nə
kibi dəlil çıxarılırsa bəgənirsiniz?!
Müsavat firqəsinin Bakı komitəsi dəxi
Çarizm zamanında şöbələrinə göndərdigi
təlimatda firqə əzasına kəndilərini
jandarmalardan qorumaq üçün ehtiyatlı davranmaq,
beistilah bəqləyi (səbzəni) ağızdan
çıxartmamaq tövsiyə olunuyormuş. İştə bu tövsiyə Müsavat firqəsini
Çar tərəfdarı olmaqla ittihama tamamilə kafi gəliyor.
Məzkur nüsxədə Müsavata aid olmaq üzrə,
düşməncə bir karikatur dəxi nəşr
edilmişdir.
Bu karikatura görə Müsavat
ölmüş, çürümüş, yalnız quru kəmikləri
qalmışdır.
Vücudundan yalnız quru kəmikləri qalan bir qüvvətlə
bolşeviklər əcəba, nədən bu qədər məşğul
oluyorlar. Müsavat firqəsinin istiqlalçı və Azərbaycançı
olmadığını isbata nədən lüzum
görülüyor? Rəsulzadənin “Rusiya vətənpərvəri”
olduğunu kəşfə nədən ehtiyac hiss edildi? İştə anlaşılacaq əsl məsələ.
Bu məqalələrin 27 Nisan günündə nəşr
edilməsi irad olunan sualları tamamilə izah edər. Azərbaycanı
hürriyyət və istiqlalından isqat (məhrum etmək)
ilə Rusiyaya ilhaq edən bu məşum günü
hürriyyət və istiqlal günü deyə təsid edən
bu satılıq həriflər xalqın kəndilərinə
zərrə qədər etibarı olmadığını pək
əla biliyorlar və çox iyi təqdir ediyorlar ki, əfkari-ümumiyyə
istiqlaliyyət tərəfdarı və istila müxalifidir.
Bu şüarların mürəvvici, bu fikirlərin
mübarizi isə Müsavatdır. Bu səbəblə
Müsavat firqəsini ləkələmək, onu xalq nəzərindən
düşürmək üçün nə lazımsa
yapılıyor. Mətbuat inhisarına
malik olan bu həriflər “zənn etməyiniz ki, Müsavat
firqəsi istiqlalçıdır və rus imperyalizminə
düşməndir” deməklə Türk əfkari-ümumiyyəsini
şübhəyə düşürmək istərlər.
Fəqət bihudə milliyyət və istiqlal
şüarına ələm olan
müsavatçılığın pək zində bir fikir
olduğu kibi, Müsavat firqəsinin ölmüş,
çürümüş bir cəsəd degil, gündən-günə
qüvvət və miknət kəsb edən canlı bir təşəkkül
olduğu bizzat komunist nəşriyyatı ilə sabitdir. Bu firqənin
Azərbaycan təşəkkülündəki rolunu və bugünki
əhəmiyyətini öyrənmək istəyənlər
başqa şey degil, yalnız bolşevik nəşriyyatını
təqib və tədqiq edərlərsə kifayət edər.
Azərbaycan xalqı nəzərində Sovet idarəsi qəsb,
zalım və müstövlidir. Sovet nəşriyyatına
baxılarsa, bolşevikləri çəkməyən, onlara qarşı
mücadil vəziyyətdə bulunan yeganə qüvvət
Müsavatdır. Demək ki, qasiblər,
zalımlar və müstövlilər əleyhinə
çalışan qüvvət də budur.
Öylə
ya! “Yürafül-eşyau bi-ziddiha” (Hər şey ziddiylə
bilinir)
Azəri
(M.Ə.Rəsulzadə)
“Yeni
Qafqasiya”, 28 Mayıs 1924, ¹17
YENİ
TÜRKİSTAN CÜMHURİYYƏTLƏRİ HAQQINDA
(Komunizm
siyasətinin yeni bir cilvəsi)
Buxara və Xiyvə (Xarəzm) hökumətlərinin
inhilalı (ayrılması) ilə Türkistanda yeni türk
cümhuriyyərlərinin təşəkkül elədiyi
haqqında gündəliklərdə Avropa ajanlarından nəqlən,
müxtəsər bir həvadis dərc edilmişdi. Son posta ilə
gələn Sovet mətbuatı məzkur məsələnin
Sovetlər İttihadı (İttifaqı) konqresində
mövzui-bəhs edilməsi münasibətilə təfsilat
veriyorlar. Bu təfsilata nəzərən, əvvələn
Buxara ilə Xarəzm Xalq Sovet Cümhuriyyətləri kəndilərinin
artıq Sosialist Sovet Cümhuriyyətləri halına gəlmək
zamanının verdiyinə, sonra da Mərkəzi-Türkistan
heyəti-icraiyyəsi ilə bərabər müxtəlif
milliyyətlərdən təşəkkül edən və
bu günə qədər Sovet İttihadına daxil olmayan
Buxara ilə Xarəzm hökumətlərinin inhilali luzumuna
qane olmuşlardır. Bu “qənaətin nəticəsində”
Buxara hökumətinin ünsiri-əslisini təşkil edən
özbəklər, Xarəzm ilə Türkistanın digər
yerlərində məskun olan millətdaşları ilə
birləşərək, Özbək Sosialist Sovet Cümhuriyyəti
təşkil edəcəklər. Buxara ilə
Xivə və Türkistan Cümhuriyyəti daxilindəki
türkmənlər dəxi eyni surətlə vəhdətlərini
təmin edərək bir Türkmən Sosialist Sovyet
Cümhuriyyətini vücuda gətirəcəklərdir.
Buradakı Qırğızlar Rusiya Federasyonuna
daxil və əvvəlcə mövcud Qırğız
Cümhuriyyətinə və Qara Qırğızlar dəxi
muxtar bir Cümhuriyyət şəklində Rusiya Federasyonuna
iltihaq edəcəklərdir. Bütün
bunlar bittəbii “kəndi arzu və istidaları” ilə
Ümumsosyalist Sovet Cümhuriyyətləri ittihadına daxil
olub onunla sıxı bir vəhdət təşkil edəcəklərdir.
Bu vaxta qədər
Türkistan muxtariyyət və Buxara ilə Xarəzm müstəqil
birər cümhuriyyət şəklində, yenə Sovet
Rusiyasının idarə və istismarı təhtində
yaşayan bu türk əqvamı bundan sonra, aralarındakı
qövmi fərq üzərinə idarə olunub əsaslı
üç (Özbəkistan, Türkmənistan və
Qırğızıstan) məmləkət şəklində
(həm felən, həm də hüquqən) Rusiya vəhdəti
daxilində yaşayacaqlardır. Bu üç
“milliyyət”dən maəda (başqa) Türküstanda Özbək
Cümhuriyyəti daxilində muxtariyyəti-məxsusəyi
haizi olmaq üzrə bir də Tacik muxtariyyəti təsis
olunacaqdır.
Bizim
siğayi-müzariylə (keçmiş düşüncə
ilə) nəql etdigimiz bu təsəvvürlər artıq bir
əmri-vaqe kibi tələqqi olunmaq icab edər, çünki
bu, Buxara, Xarəzm və Türkistan konqrelərinin müttəhid
və müvafiq bir qərarı şəklində Sovetlər
Konqresinə ərz ilə təsdiq və qəbulu (Buxara naminə
Feyzulah Xoca, Türkmənlərin də naminə Axtabəyovlar
tərəfindən) müstəməndanə bir surətdə
rica olunmuş və konqre dəxi bu ricayı məmnunən və
təbəkkürən qəbul eyləmişdir.
Bu surətlə
təşəkkül eyləyən Özbək Cümhuriyyətinin
məsafeyi-səthiyyəsi ilə hüdud və nüfusu bər-vəchi
atidir: Özbək Cümhuriyyəti 350.000 mürəbbe verst
saheyi-səthiyyə ilə 6 milyona qərib nüfuzu ehtiva edər.Əhalisinin
yüzdə 60-65-ini özbək, 15-ni tacik, 8-ni
qırğızlarla qara qırğızlar, 10-nu da ruslarla
sair millətlər təşkil edər.
Özbək əhalisi əksəriyyət etibarilə
oturaqdır (köçəbə müqabili). Özbəkistan
ziraət və heyvan bəsləməklə keçinir və
məhsulati-ziraiyyəsi cümhuriyyət varidati-ümmumiyəsinin
sülsünü (üçdə birini) təşkil edər.
Feyzullah Xocanın məruzəsinə görə
halı-hazırda Sovet Asiyası Vustasından (Sovet Orta
Asiyasından) çıxan pambıq məhsulunun100-də
90-nını Özbəkistan veriyormuş. Türuq (yollar) məabir (keçidlər) cəhətincədə
Özbəkistan Asiyayi-Vüsta (Orta Asiya) Cümhuriyyətlərinin
ən zənginidir. Türkistan dəmir
yollarından 1850 versti bu cümhuriyyət hissəsinə gəliyor.
Türkmən Cümhuriyyəti isə Türkistan, Buxara
və Xarəzm ərazisindən və buradakı türkmənlərdən
təşəkkül edər. Türkmən
Cümhuriyyəti İran, Özbəkistan və
Qırğızıstan ilə məhduddur. Nüfusi-ümumiyyəsinin bir milyon 100 min
olduğunu söyləyən Axtabəyov, bir o qədər
türkmənin İran ilə Əfqanıstanda yaşamaqda
olduqlarını əlavə eyləmiş, demişdir ki,
“Bunun üçün Türkmən Cümhuriyyətinin şəklini
təyin edərkən coğrafi vəziyyətini, qövmi
irtibatını və proletariat ixtilalının mənafeyini
nəzəri-diqqətə almalıdır”. Bu dəlil ilə də natiqə “Türkmən
Sosialist Sovet Cümhuriyyətinin Sosialist Sovet Cümhuriyyətləri
İttihadına qəbulu” zəruri görünüyor. Sonra xatib Sovetlər İttihadının
böyük bir məmləkəti qəbulda faydamənd
olacağını isbat ilə demişdir ki, “Pək sıcaq
istəyən pamuq ziraətinə sənədə 150 hərarətli
gün lazım ikən burada bu hal 230 gün davam edir. Pamuğun yetişməsi üçün ən
azı 3200 dərcə hərarət lazım ikən burada
5000 dərəcəyi bulur. Fəzlə hərarət
qiymətdar ziraət istehsalı ilə birinci növdən
pamuq yetişdirməsini dəxi təmin edər. Amu Dərya
nəhri vasitəsilə suvarılan bu torpaqlar desyatin
başına 1400 put məhsul veriyor. Halbuki tarixi
şöhrətilə məruf olan Nil vadisinin
hasil-hızlığı desyatin başına 600 putu
keçməz. “Bundan başqa natiq Moskvaya
götürdüyü hədiyyənin qara kürü, Bəhri-Xəzər
sahilindəki saydi-mahi (qızıl balıq) və sairə
kibi cahana məruf digər qiymətdar məhsulati dəxi
mövcud olduğunu saya-saya bitirəməmişdir.
Təbiidir
ki, Sovetlər Konqresi bu qədər yağlı bir loxmayı
kəmali-məmnuniyyətlə qəbul eyləmiş və
onu kapitalist cahangirlərin “əsarətindən” və
“avropalıların istismarından” qurtarmışdır.
Şübhəsizdir ki, şimdi Buxara ilə Tükistandan gəlir
kibi göstərilən bu istida (ərizə) əvvəlcə
Moskvadan Komunist Firqəsinin bir təqrir və əmri şəklində
Buxara, Xiyvə və Daşkəndə getmiş, məhəllində
bir çox təyziqat və “müzakirat”dan sonra xalqın
istidası şəklində təkrar Moskvaya
dönmüşdür. Daha doğrusu xalqın xəbəri olmadan oradan
Kommunist ajanlarının tasarladığı məhəlli
konqrelər namina göndərilmişdir. Yoxsa
daha dün əlində silah olaraq Moskvadan ayrılmaq istəyən
və bu yoldakı mücadilatını hala davam etdirən bir
xalqın bu gün Moskvaya iltihaq arzusunda olduğunu qəbul etmək
qədər budalalıq olmaz.
III İnternasional bir
daşla iki quş vuruyor. Həm Buxara ilə
Xiyvə hökumətlərinin hökmən olsa da, əskidən
bəri mövcud olan istiqlallarını məhv ediyor, həm
də Türkistanı daha qolay bir surətdə istismar etmək
yollarını təmin ediyor. Bu yol Sovet
Konqresində söylənən rəsmi mülahizələrdən
maəda bir də Türkistan əqvamının harsı və
mədəni inkişafına ayrı-ayrı vəchələr
verməklə təmin olunuyor. Türk millətinin
müxtəlif qövmlərini təşkil edən
türkistanlılar mədəniyyətcə mübtədi bir
haldadırlar. Onların bu hallarından bil istifadə kəndilərini
lisanlarındakı şiyvə fərqlərinə nəzərən
kömələyən komunizm imperylizmi, harsı
inkişaflarında, onlara ayrı-ayrı istiqamət vermək
istiyor ki, bu surətlə şimdi artıq komunizm mədəniyyəti
hökmünə girən Rus harsın “müqəddəs
Oktyabr lisanına” daha çabuq təməssül edəcəkləri
təmin edilmiş olsun.
Kəndilərini harsən yüksəltmək bəhanəsilə
Türkistandakı Türk milli vəhdətinə əsl hars
cəbhəsində şiddətli bir iftiraq zərbəsi
endiriliyor. Məlum a, Qızıl imperyalizm pamuq məmləkətini
idarə etmək istiyor.
Qəribədir
ki, Mavərayi-Qafqasiyada ayrı-ayrı milliyyət, din, mədəniyyət
və hars zümrəsinə malik olduqları halda Azərbaycan
ilə Gürcüstan və Ermənistan cümhuriyyətlərini
Rusiya İttihadına müstəqil birər cümhuriyyət
şəklində degil, müttəhid bir federasyon şəklində
qəbul üçün israr edən Moskva, eyni irq, eyni din,
eyni hars və mədəniyyət zümrəsinə mənsub
olan Türkistanlıları 3 yerə bölmüş və kəndilərini
müstəqil birər mövcudiyyət halında Sovet
İttihadı daxilinə almışdır.
Buradakı hikməti idarə kəndiligindən aşikardır. O qədər
aşikardır ki, artıq təfsir və izaha belə
möhtac degildir.
Azəri
(M.Ə.Rəsulzadə)
“Yeni
Qafqasiya” noyabr 1924, ¹4
DÖRDÜNCÜ
İL
“Yeni Qafqasiya” dördüncü yaşına giriyor. Əsir Türk ellərinin
böyük ələmlərinə tərcüman olan; Azərbaycan
istiqlalı uğrundakı şanlı cihadın böyük
məqsədlərini tərvic və müdafiə edən;
Qafqasiyalıların rus istilasına, qızıl vəhşətə
qarşı müttəhid bir cəbhə təşkil etmələrini
istəyən; başda qəhrəman Türkiyə olduğu
halda, Şərq millətlərindəki böyük inqilab hərəkatını
alqışlayan; İslam və Türk dünyasında
qızıl Rusiya istila və məzaliminə qarşı
bayraq açmış ilk və yeganə qəzetə olmaq
şərəfilə müftəxir bulunan məcmuəmizin
proğramını burada təfsil edəcək degiliz. Bu proğramın nədən ibarət olduğunu və
nə surətlə tətbiq edildigini 3 sənədən bəri
müntəzəmən davam edən nəşriyyatımızla
aşina olan qarelərimiz bilirlər.
Məcmuəmizin bundan sonra da eyni istiqamət üzərində
yürüyəcəgi təbiidir. Yalnız şu qədərini qarelərimizə
(oxucularımıza) söyləmək istəriz ki,
mümkün olduğu qədər, “Yeni Qafqasiya” mündərəcatının
tənvvönə (müxtəlifliginə)
çalışacaq, Rusiya istilasından canı yanan
bütün Türk ellərinin istiqlal uğrundakı
mücadilələrinə daha ziyadə yer verəcək, bu
xüsusda məzkur ellərin ən səlahiyyətdar müməssilləri
tərəfindən yazılacaq məqalələrin müttərid
(müntəzəm) surətdə nəşrini, vüsat və
imkanı daxilində təmin edəcəkdir.
Nəşriyyatımızı
diqqətlə təqib edənlər, şübhəsiz,
görmüşlərdir ki, biz nə ilk sırada
tutduğumuz Azərbaycan, nə də ünvanımızla məşrut
Qafqasya çərçivəsində qalmamış, səhiyfələrimizdə
bütün Türk ellərinin halından bəhs eyləmiş
və yalnız Türk elləri ilə də iktifa etməmiş,
Şərq məmləkətlərindəki bəlli
başlı məsələləri dəxi ehmal (əhəmiyyət
verməmə) etməmişizdir.
Məəmafih bu xüsuslarda vəzifəmizin kamilən
ifa edildigini iddia edəcək qədər də əsəri-qəflət
göstərmək istəməyiz. Heç şübhəsiz
ki bu xüsusda qüsurumuz vardır; fəqət bu qüsur
istəgimizin yoxluğundan degil, imkanımızın
azlığından iləri gəlmişdir. Bütün səmimiyyətimizlə ikmalını
istədigimiz bu nöqsanın izaləsi üçün biz əlimizdə
mövcud bütün imkanı sərf edəcəgiz. Fəqət siz də təqdir edərsiniz ki,
yalnız bu qədəri, işin gönül istədigi dərəcədə
təkəmmülü üçün kafi və vafi (kifayət
edən) degildir. Lazımdır ki başda Rusiya istilası altında
inləyən Türk elləri ilə qafqasyalı qonşu
cümhuriyyətlərin müməssilləri olduğu halda,
rus imperyalizminin çökməsində həyati surətdə
əlaqədar olanlar yardımlarını əsirgəməsinlər,
bizi meydanda yalnız buraxmasınlar.
Keçən 3 sənə əsnasında
gördügümüz ümumi təvəccöh bizi
ümid etdigimiz bu müavinət və əlaqəyi
bulacağımızdan ümidvar edəcək bir mahiyyətdədir.
Əminiz
ki mənhus qızıl qüvvətin keçirdigi böhran
anları sıxlaşdıqca “Yeni Qafqasiya” nəşriyyatının
lüzumu daha ziyadə hiss ediləcək və bu hissin
vücudu ilə yardımına müraciət etdigimiz
mühitin daha hərarətli əlaqəsinə məzhər
olacağız, başladığımız işi müvəffəqiyyətlə
nəticələndirəcəgiz!
Xatimə olaraq, burada bir xüsusu izah etmək zərurətini
hiss ediyoruz. Görüyorsunuz ki, 3-cü kolleksiyonumuz 24 nüsxəyə
müqabil, 21 nüsxə ilə qapanıyor. Bu, nəşriyyatımızda vüqu bulan zəruri
bir təvəqqüfün (dayanmanın) nəticəsidir.
Oxucular bizə aid olmayan texniki bir səbəblə
nəşriyyatımızın bir buçuq ay qədər təvəqqüfə
uğradığını əlbəttə bilirlər.
Bu ələladə hadisə, fövqəladə
mühüm bir hadisəyi doğurmasaydı, biz burada ondan qətiyyən
bəhs etməzdik. Fəqət
düşmənlərin nəşriyyatımızdakı bu
müvəqqəti seqtəyə verdigi mənayı
xatırlatmaq üçün bu vaqeənin təzəkkürünü
müfid görüyoruz.
Əvət, düşmənlər, “Yeni Qafqasiya”
qapandı deyə sevinmiş və yalanla idarə olunan
yardaqçılarını sevindirmişlərdi. Biz də ey dostlar
Türklügün rusluğa, Azərbaycanın Moskvaya,
Qafqasyanın Rusiyaya, milliyyətin komunizmə, hürriyyətin
əsarətə, demokratizmin diktatorluğa və istiqlalın
istilaya qarşı açdığı böyük
cidalın müqəddəs ümdələrini tərviç
və müdafiə edən bu səyfələri
yaşadalım!
-
Yaşasın şanlı cidal, yaşasın istiqlal!!
“Yeni
Qafqasiya”, 1 təşrini əvvəl (oktyabr) 1926, ¹1
AZƏRBAYCAN
MƏKTUBLARI
I
Latın
hərfləri - Çarşab məsələsi - Sovet
seçkiləri
Türkiyədə
latın hərflərinin qəbul
olunması burada 2 cür təsir icra etdi. Sovet və
bolşevik məhafilinin Türkiyədəki bu inqilabdan nə
qədər mütəəssir olduqlarını “Bakinski
raboçi” ilə “Komunist” və digər qəzetələrdə
oxuyacaqsınız. Xalq və türk
münəvvərləri isə bu inqilabdan son dərəcə
sevinmişlərdir. Azərbaycanda
Türkiyə əlifbasını qəbul lehində bir cərəyan
başlamışdır. Eşitdigimizə
görə “Müsavat” firqəsi Heyəti Mərkəziyyəsi”
bütün üzvlərinə Türkiyədə qəbul
olunmuş əlifbayı öyrənməyi əmr
etmişdir. Ona görədir ki, bən də
bu məktubumu yeni türk hərfləri ilə yazıram.
Fəqət əlimdə əlifbadan başqa
bir qramer və lüğət olmadığından
İstanbul şiyvəsində yaza bilmirəm. Ona görə öz dilimizdə və Azəri
qrameri ilə yazdığım məktublarımın eynən
dərcini rica edirəm.
lll
Azərbaycan
Mərkəzi İcra Komitəsi və Xalq Komisarlar
Şurası, Azərbaycanda latın əlifbasının 6
illiyi münasibətilə 21 temmuz (iyul) 1928-də bir dekret nəşr
etmişdi. Bu dekret mövcibincə 1929 sənəsi kanuni-sani
(yanvar) ibtidasında deyilirdi ki:
“Xalqın
mədəni səviyyəsini yüksəltmək yolunda
görülən sayir tədbirlər cümləsindən
olaraq, işçi-kəndli hökuməti 1922-ci ildən
yavaş-yavaş köhnə əlifbadan latın
sistemi üzərinə qurulmuş asan və geniş xalqa əlverişli
olan yeni əlifbaya keçməyi lazım gördü.
O zamandan
bəri yeni əlifbanın həyatə keçirilməsi
mümkün olduğu görüldü. Yeni əlifba Azərbaycanda
geniş surətdə intişar tapdı”.
Sovet hökuməti 6 il içərisində görülən müvəffəqiyyəti (daha doğrusu Türkiyədəki inqilabı) nəzəri-etibarə alaraq: kənd, şəhər, qəza və dairə sovetlərini, icra heyətlərini, məhkəmələri, elmi təşkilatları, iqtisadi müəssisələri, məktəbləri, mətbuat və nəşriyat idarələrini 1929 kanuni-sani (yanvar) ayının 1-nə qədər yeni əlifbaya keçməyə məcbur etmişdir. 5 ay müddətində Azərbaycanda bütün münəv-vərlər, müəllimlər, firqə üzvləri, maarif, kooperativ sovet əzası səfərbər hala alınaraq çalışdırıldı. Kurslar, məktəblər açıldı. Müəssisələrdə işlərin yeni əlifbaya keçirilməsi təcrübə edildi. Və nəhayət yanvarın 1-dən Azərbaycanda ərəb hərfləri meydandan qaldırıldı.
Hürufatdan sonra bu gün Azərbaycan sovet mətbuatilə sovet və bolşevik məhavilini məşğul edən çarşaf məsələsidir.
Ümumi Azərbaycan Sovet qurultayına qədər, qanun flan vermədən xalqın öz təşəbbüsü ilə bu məsələni həll etmək, Azəri qadınlarını çarşabdan çıxarmaq istəyən bolşeviklər bu gün bilxassə bu məsələlərlə, hürufat və çarşab məsələlərilə ehtikar etməkdədirlər.
3-cü məsələ Azərbaycan Sovet qurultayına hazırlıq hərəkatıdır. Bu hazırlıq 2 sənədən ziyadədir ki, davam edir. Daha keçən sənə çağrılması icab edən bu qurultay bir türlü çağrılmırdı. Nədən əcaba?
Azərbaycanın Komisarlar Şurasını seçən mərkəzi icra heyətini bu qurultay təyin edər və Komunist firqəsi bütün siyasətini bu müəssisə vasitəsilə həyata keçirər. Ona görə mərkəzi icra komitəsini intixab edən qurultayın kimlər tərəfindən seçiləcəgi və kimlər əlində olacağı çox mühümdür. Trotskiçilərin aktiv fəaliyyət və mübarizələri, onların stalinçilər tərəfindən tənqid edilməsi, Stalinin “Nep” dövrünün yetişdirdigi və köylərə hakim olan ziraət burjuazisinə qarşı hücumu, köylülərin müqaviməti, Rıkov başda olmaq üzrə sağ mülkiyyətçi bir cərəyanın meydana gəlməsi, Azərbaycan şəraitində bu cərəyanlara intisab edənlərin Komunist firqəsi içərisində Stalin diktatorluğu əleyhinə qüvvətli bir müxalifətə başlamaları, bu müxalifətin bütün Azərbaycana sirayət etməsi, ufaq mülk sahibi olan “Nep” zamanının köy burjuazisinin qəza və köy sovetlərində pozğunçuluğa başlayaraq sovetləri işğala çalışması, maarif, məhkəmə v.s. idarələri istila edərək “kolxoz” və “sovxoz”lara qarşı və köy komunistləri əleyhinə hərəkətə keçmələri, bolşeviklərin təyinincə müsavatçıların bu yeni köy və şəhər ufaq burjuazisindən istifadə edərək komunizm və sosyalizm əleyhinə mülkiyyət və milliyyət şüarlarını meydana atmaları, müəllim, tələbə, münəvvər siniflərin komunistlər də daxil olmaq üzrə rus mühacirətinə, rus istila və istismarına qarşı çıxışları, Komunist firqəsinin sovetlərdəki vəziyyətini heçə endirmişdi. Keçən il mərkəzi icra komitəsi xüsusi bir heyət seçərək qəzalara göndərmişdi. Məzkur heyət qəza sovetlərini tədqiq edərək sovetlərdə oturanların bolşevik firqəsi düşmənlərindən ibarət olduqlarını meydana çıxarmış və həpsini qapıdışarı etmişdi. Fəqət bununla məsələ həll olunmayırdı. Komunist firqəsi keçən il sovetlərə intixabat yapacaq olsaydı Sovet müəssisələrini bütün bütünə komunizmə zidd zümrələrə tərk etmiş olacaqdı. Onunçün Komunist firqəsi aşağıdakı tədbirləri görməyə qədər Sovet seçkilərini bir il təxir etmişdi.
1 - Trotskiçilərin və trotskiçi ünvanı altında Stalin diktatorluğuna müxalifət edənlərin məmləkətdən sürülməsi.
2 - “Nep” dövrünün mülkiyyətçi ufaq burjua sinfini meydandan çıxarmaq və tərəfdarlarını məmləkətdən sürmək.
3 - Komunist firqəsini milliyyətçi və yeni iqtisadi şəraitin yetişdirdigi ufaq burjua ruhlu ünsürlərdən təmizləmək.
4 - Məktəbləri, müəssisələri, sovetləri milliyyətçi elementlərdən təmizləmək.
5 - Müsavatçıların gözə görünən adamlarını məmləkətdən çıxarmaq.
6 - “Müsavat” firqəsinin nüfuzunu əmələ, köylü və xalq içərisində qırmaq üçün geniş surətdə propağanda yapmaq.
7 - Sabiq aristokrasi, burjuazi, ruhani və siyasi firqələr əzalarını Azərbaycandan çıxarmaq v.s. Bütün bunları yapdıqdan sonra Azərbaycan komunistləri yenə böyük bir təhlükə qarşısında bulunduqlarını etiraf etməkdədirlər. Bu təhlükə köylü təhlükəsidir.
Məlum olduğu kibi seçki haqqına malik 3 cür köylü vardır.
1 - Qolçomaq adlanan və 6 desyatinə qədər toprağı olan köylülər.
2 - Ortabab
adlanan 1-3 desyatin topraqlı köylülər.
3 -
Yoxsullar...
Sovet hökumətinin istinad etdigi iştə miqdarı
300 min olan bu topraqsız yoxsullardır ki, 1-ci və 2-ci dərəcəli
mülkiyyətçi və ufaq burjuaya qarşı kollektiv və
komunizm ziraəti ətrafında birləşdirilməkdədirlər. Qolçomaqlar
kollektiv ziraətə əleyhdardırlar. Ortabablar
zəngin olmaq istəyən komunistlərin sosyalizm ziraətindən
ürkən bir zümrədir.
Şəhərlərin sərbəst məslək ərbabı
münəvvərlərilə ufaq burjuazisini də nəzərdən
uzaq tutmamalıdır.
Bu intixabat mücadiləsində sağ bolşeviklər
mülkiyyətçi burjua köylüləri, stalinçilər
ortabablarla yoxsulları, trotskiçilər isə yalnız
yoxsulları.
Müsavatçılar yoxsullara topraq
şüarı ilə hər 3 zümrənin vəhdət və
hakimiyyətini müdafiə edirlər.
3 köylü zümrəsinin aktif fəaliyyəti və
komunist listəsinə qarşı mübarizəsi getdikcə
qüvvətlənməkdədir. Vəziyyətə
hakim olan bolşeviklər bir çox yerlərdə terror
metoduna belə keçməyə məcbur olmuşlardır.
Daş-Dəmir
Bakı,
1928 birinci qanun (dekabr) 29
“Odlu-Yurd”, 1 mart 1929, ¹1
(Ardı var)
Şirməmməd
HÜSEYNOV
525-ci qəzet.-
2018.- 13 oktyabr.- S.28-29.