Uzaqdakı qəm ağacı
VAQİF
ƏLİXANLININ 75 YAŞINA TƏBRİK ƏVƏZİ
Onu daha yaxşı tanımaq üçün
mütləq Yerfini də görmək lazımdır: bütün
həyətlərindən zirvəsi
görünən “qarrı
Babaya” - Həzrət Babaya baxmaq, kəndin arxasındakı
sal-şıldırım qayanın
vahiməsini öz canında duymaq gərək.
Onu daha yaxşı tanımaq üçün mütləq
və mütləq “Bulaq” dədəni dinləməlisən; ana radiomuzun 70-ci illərdəki
ən məşhur verilişini deyirəm. Hələ o illərin AzTV-sinin “Palitra”sı... bilənlər
bilir ki, o illərin “Qızıl qələm” mükafatı
nə deməkdir.
Onu daha yaxşı tanımaq üçün Mədəniyyət
Nazirliyində çalışdığı
dövrlərin teatr repertuarlarına baxmaq gərək.
Onu daha yaxşı tanımaq üçün “Azərbaycanfilm”in
baş redaktoru olduğu zamanlarda təsdiq edilən ssenarilərin siyahısını
bilmək gərək.
Elə bəri
başdan deyim ki, O, çağdaş jurnalistikamızın canlı
klassikidir. Milli təfəkkürün oyanışında
onun da rolu
böyükdür: 70-ci illərdə
Azərbaycanda milli ruha “Bulaq” qədər
təsir edən az sayda
hadisə var. 90-cı illərdə
xalqımızı azadlıq
savaşına aparan yollar həm də “Bulaq”dan başlanan cığırlardan
yarandı: bu, danılmaz həqiqətdir.
Onun ədəbıyatımızdakı
xidmətləri də
böyükdür. Fikir verin,
bədii tərcümələrində
əsərlərin ruhunu
da ruhumuzun dilinə çevirə bilib. Razılaşaq ki, bu, nadir keyfiyyətlərdən sayılır.
Onu daha yaxşı tanımaq üçün
pyesləri ilə tanış olmaq, bədii publisistikasını oxumaq
gərək. Onun yaradıcılığının
bu sahələri də olduqca bənzərsiz, milli, bəşəri və dəyərlidir.
Bu yazarın yaradıcılığının
aparıcı özəlliklərindən
biri də dil-üslub bənzərsizliyidir. Və bir də, mövzunun
birbaşa nüvəsinə
daxil olmaq: bu da çox
nadir keyfiyyətdir. O, ustaddır.
Məktəbdir.
“Qobustan” jurnalına da öz üslubunu gətirib. Burada onun orijinal naşirlik
qabiliyyəti açılıb.
Vaqif Əlixanlı böyük yaradıcıdır; bu yaradıcılıq ayrı-ayrı sahələr üzrə ciddi elmi araşdırma obyekti olmalıdır. Ondan öyrənməli çox şey var.
Vaqif Əlixanlı getdikcə
tükənməkdə və təklənməkdə olan, lakin hamımızın hər zaman
ehtiyac duyduğumuz böyük ziyalılar pleyadasına mənsubdur.
Mən onları, elə Vaqif müəllimi
də, qızılın narın və bir
az da solğun
parıltısına bənzədirəm - lap
uzaqlardakı qəm ağacı kimi...
Tofiq
NURƏLİ
525-ci qəzet.- 2018.- 13 oktyabr.- S.21.