Əbülfəs Qarayev:
"Bakı mədəniyyətlərarası dialoq
siyasətini dəstəkləyir"
Azərbaycan mədəniyyətlərarası dialoq siyasətini hərtərəfli dəstəkləyir
və həyata keçirir.
Trend-in məlumatına görə,
bunu Mərakeşin paytaxtı Rabatda Təhsil, Elm və Mədəniyyət Məsələləri
üzrə İslam Təşkilatının (ISESCO) 13-cü konfransında iştirak edən Azərbaycanən mədəniyyət naziri Əbülfəs Qarayev
TASS agentliyinə müsahibəsində
bildirib.
Ə.Qarayev qeyd edib ki, ölkəmizin siyasəti tolerantlığa,
müxtəlif milli və dini icmaların
mədəni dəyərlərini
anlamağa və onlara hörmət bəsləməyə yönəlib:
“Azərbaycan beynəlxalq
təşkilatlarla, o cümlədən
ISESCO ilə əməkdaşlığa
çox ciddi yanaşır və bu təşkilatın fəal iştirakçısıdır.
Biz çoxlu konfranslar,
“dəyirmi masa”lar keçirir, təhsil proqramlarını
reallaşdırırıq. ISESCO-nun bundan əvvəlki,
12-ci Baş Konfransı
2015-ci ildə Bakıda
keçirilib. Bugünkü hesabat məruzəsində
və nümayəndələrin
çıxışlarında qeyd edildiyi kimi,
həmin konfrans uğurlu olub”.
Nazir vurğulayıb: “Bu gün
Azərbaycan ISESCO-nun Baş
Konfransının sədri
səlahiyyətlərini təhvil
verir, lakin fəal əməkdaşlığımız,
əlbəttə, davam
edəcək. Biz istəyirik ki, səsimiz eşidilsin, uğurlarımız hamıya
məlum olsun. Təbii ki, biz sivilizasiyaların dialoqunun, mədəniyyətlərin
dialoqunun inkişafına,
ümumbəşəri dəyərlər
naminə İslam aləmi ilə Qərb dünyasının
bir-birini daha yaxşı anlamasına yönəlmiş siyasətimizi
davam etdirəcəyik”.
Onun sözlərinə
görə, son üç
ildə ISESCO-nun Baş
Konfransına rəhbərlik
edən Azərbaycan bir sıra iri
tədbirlər keçirib. Nazir sözünə davam edərək deyib: “Məsələn, 2017-ci ildə
Bakıda çoxsaylı
iştirakçıları olan IV İslam Həmrəylik Oyunları
keçirilib. Mənim fikrimcə,
bu Oyunlar çox uğurlu olub”.
Ə.Qarayev qeyd edib ki, Azərbaycan mədəniyyətlərarası dialoq siyasətini də hərtərəfli
dəstəkləyir və
həyata keçirir:
"Azərbaycan Prezidenti
İlham Əliyev
2008-ci ildə mədəniyyətlərarası
dialoq çərçivəsində
Qərb və Şərq dünyası arasında əlaqələrin
həyata keçirilməsi
təşəbbüsünü irəli sürüb. Biz mədəniyyətin müxtəlif
sahələrini təmsil
edən təşkilatları
mədəniyyətlərarası dialoq üzrə ümumdünya forumunun həmtəsisçiləri kimi
birləşdirməyə nail olduq. Tədbirin tərəfdaşları qismində ISESCO, Avropa Şurası, UNESCO, BMT Sivilizasiyalar
Alyansı, Dünya Turizm Təşkilatı çıxış edirdi.
Keçən ildən BMT-nin
Ərzaq və Kənd Təsərrüfatı
Təşkilatı da
tərəfdaşlara qoşulub.
Bu o deməkdir ki,
Azərbaycanın tolerantlığa,
müxtəlif milli və dini icmaların
mədəni dəyərlərini
anlamağa və onlara hörmət bəsləməyə yönəlmiş
siyasəti sülh işinə və qarşılıqlı anlaşmanın
möhkəmlənməsinə xidmət edir”.
Nazir deyib: “2009-cu ildə
ISESCO-nun qərarı ilə
Bakı İslam Mədəniyyəti Paytaxtı
elan edildi. 2018-ci ildə isə
bu fəxri ada Azərbaycanın Naxçıvan şəhəri
layiq görüldü.
Bu, bizim üçün
böyük hadisədir
və Azərbaycan mədəniyyətinin səviyyəsini,
onun müxtəlifliyini
bütün dünyaya
göstərmək imkanı
verir.
İslam aləminin və Avropanın mədəni paytaxtları arasında mədəni dialoq təşəbbüsünü məhz Azərbaycan irəli sürüb. Bu, ölkələr arasında
dostluq körpüləri
qurmağa şərait
yaradıb. Düşünürəm ki, bu, ən
düzgün yoldur – mədəniyyət birləşdirməli
və qovuşdurmalıdır”.
Nazir Azərbaycan
mədəniyyətini fəal
təbliğ edən,
mədəniyyətlərarası proseslərin və mübadilələrin hərəkətverici
qüvvəsi olan Birinci vitse-prezident, birinci xanım Mehriban Əliyevanın rolunu xüsusi qeyd edib.
Ə.Qarayev əlavə edib ki, Azərbaycan əhalisinə tarixən xas olan dözümlülük və tolerantlıq keyfiyyətləri çoxəsrlik inkişaf dövrünü yaşayıb: "Hazırda respublikada müsəlmanlar, yəhudi və xristian icmaları dinc yanaşı yaşayır, bir-birinə hörmət bəsləyir. Biz insanlar arasında ünsiyyət məkanı olan mədəniyyətlərarası dialoq forumları, sivilizasiyalararası dialoq forumlar keçiririk. Buna görə də bu gün Azərbaycan ümumbəşəri dəyərlərin birləşdiricisi rolunu öz üzərinə götürə bilər”.
Nazir
çıxışının sonunda deyib ki, Avropa
ilə Asiyanın, Qərb və Şərq
dünyasının qovuşuğunda yerləşən
Azərbaycan özünün sülhyaratma, vasitəçilik və sivilizasiya imkanlarını təklif edən platforma ola bilər.
525-ci qəzet.- 2018.- 13 oktyabr.- S.20.