104 kadrlıq tarix

 

Göz açdığım, bu günə qədərki ömrümün tamamını qoynunda yaşadığım Bakım... Səni nə qədər sevsək də, bir o qədər nabələdik. Sən çox, lap çox böyüksən, qədimsən, əzəmətlisən... Bu qədimliyi, gözəlliyi süsləyən məkanlarından birindən - Dənizkənarı Milli Parkdan, daha doğrusu,  burada açılmış “Bakı bulvarının tarixi fotoşəkillərdə” adlı sərgidən söz açacam bu yazıda; sərginin izinə düşüb sənin - doğma şəhərimin keçmişinə səyahətə çıxacam. Bu səyahətdə mənə vətənimizə həsr olunmuş bir-birindən gözəl mahnılar, klassikretro musiqilər, dəyərli sənətkarlarımızın səsi bizə yol yoldaşlığı edəcək...

lll

Əvvəllər Bələdiyyə idarəsində dönə-dönə müzakirəyə çıxarılsa da, Dənizkənarı bulvarın əsaslı şəkildə abadlaşdırılması işinə 1909-cu ildə mühəndis Məhəmmədhəsən Hacınskinin rəhbərliyi altında başlanır. Layihə işlərində və təşkilati məsələlərdə şəhərdəki bir neçə əzəmətli binanın və iki Kirxin müəllifi olan alman memar Adolf Eyxler canla-başla iştirak edir. Müsabiqə elan edilir, dövrün tanınmış, adlı-sanlı memarinşaat mühəndisləri işə qoşulurlar. 30 memar-mühəndis müsabiqədə iştirak etməyə dəvət olunur. İlk mərhələdə bulvarın “Qafqaz-Merkuriy” körpüsündən (Kukla teatrının binasından) Seyid Mirbabayevin (Azneft) binasınadək uzadılması nəzərdə tutulur.

lll

Səyahətimizin ilk dayanacağı 1861-ci ildir. Burada dənizdən çəkilmiş ilk foto ilə tanış, amma çox uzaq Bakı salamlayır bizi. Əsrlərin o tayında, hələ Qız qalası bütün əzəməti, vüqarı, şax duruşu ilə doğrudan da bir qala kimi bu qədim şəhərin keşiyində durarkən Bakı necə sakit, hüzurlu, qorxusuz, hürküsüzdür. İlk dəfə idi ki, sükutu seyr edirdim. Ölməz sənətkar Rəşid Behbudovun səsi bu sükuta laylay çalırdı elə bil. Beş metr kənardakı 120 yaş böyük - 1980-ci illərin Bakısının səs-küyü, sərgiləndiyi 2018-ci ilin modern şəhərinin çılğınlığı da bu sakitliyi, sükutu poza bilmir.

1876, 1885, 1898-ci illərin Bakısından keçib 1905-ci ilin Dənizkənarı sahildəQafqaz  Merkuriparoxod cəmiyyətinin limanında dayanıram. Həsrəti vüsalı birləşdirən, duyğuların tüğyan etdiyi limanlar! Bir əsrdən uzun səyahətimin insanla dolu tək məkanı bəlkə məhz bu limandır. Gediş var, dönüş , tənhalıq da var, qələbəlik , ayrılıq da var, vüsal da. Foto bu qarışıq, bir-birinə zidd duyğularla elə doludur ki, hərəsi bir yerdə, hərəsi bir hərəkətdəheykəlləşəninsanların hissləri 113 il sonradan belə ağ-qara çərçivənin içərisindən qəlbinə doğru süzülür.

Bu səyahət doğma Bakının heç görmədiyimiz, bilmədiyimiz üzünü açıb göstərir. Xəzər, Qız qalası eynidir, dəyişən isə bu qədim, ecazkar, sirli-sehrli şəhərdir! O, hər şəkildə bir obraza, hər fotoda bir cildə düşür. Gah balaca uşaq kimi kövrək, müdafiəsiz, gah yeniyetmə kimi çılğın, gah ana kimi mühafizəkar, gah da ağsaqqal kimi müdrikdir.

Müslüm MaqomayevinAzərbaycanhayqırışı Rəşid BehbudovunƏziz dost” pıçıltıları ilə əvəzlənərkən yenə özümü köhnə Bakının qoynunda tapıram. Bu dəfə illərdən keçərkən hər dövrdə dəyişən Bakının obrazlarını özümçün ümumiləşdirməyə çalışıram. Budur, 1909-1910-cu illərin sakit, huzurlu, sükut dolu Bakısı! Cəmi iki il sonra bizi yaradıcı Bakı gözləyir - 1912-1918-ci illərin yaradıcı Bakısı... 1930-1960-cı illərin qaynar, coşğun, ehtiraslı Bakısı ilə üz-üzəyik. 1950-1960-cı illərdə burada yaradılanMirvarikafesi, “Bahar S.Vurğun adına yay kinosalonları, “Venesiyasu şəhərciyi başqa istirahət obyektləri bu coşğunluğun əsas hərəkətverici qüvvəsi kimi fotolardan qürurla gülümsəyir. FotodakıVenesiyasu şəhərciyinə baxarkən bir neçə metr aralıdakı uzunmüddətli təmirdən sonra 2012-ci ildə yenidən istifadəyə verilənYeni Venesiyasu şəhərciyini xatırlayıram. Köhnə yeni Venesiya bir-birindən vizual görüntüsünə görə fərqlənir, mahiyyət verdiyi zövq isə, demək olar, eynidir. Biri rəsmdən, o biri canlı...

1969-cu ildə birdən-birə işgüzarlaşan Bakı sayəsində 1970-ci illərdə qarşımızda tamamilə yeni, abad bir Bakı var. Xəzərin qoynuna sığınmış bulvar həm şərq, həm qərb istiqamətində xeyli genişləndirilib. Mənbələr deyir ki, həmin illərdə onun uzunluğu 3,7 kilometrə çatdırılıb. Burada dəniz sahilində 50-70 metr enində yeni terras salınıb. Şəhər sakinlərinin istirahəti üçün mədəniyyət ocaqları təşkil olunub; Əl oyunları sarayı, “Sahilkafesi, Azadlıq  meydanı Mərkəzi muzey binasının qarşısında quraşdırılan fəvvarələr, yeni salınan xiyabanlar paytaxtın o dövrünə aid fotolarda sərgilənir.

Bu, hələ son deyil. 1980-ci illərin sonlarında məlum səbəblərdən ölkənin bütün sahələrində baş verən çətinliklərə, ağrılara, dağıntılara, maddi çətinliklərə baxmayaraq, Bakımız getdikcə müasirləşəcək illər sonra yeni simasını qazanacaqdı. Sərginin son tablolarından müasir Bakı əl eyləyir.

Şəxsi kolleksiyalardan, xariciyerli arxivlərdən toplanmış, yüksək keyfiyyətlə bərpa edilmiş 104 fotoşəkildən ibarət sərgi 2019-cu ilin mart ayının sonuna kimi davam edəcək. Siztarixin əzəmətli səhifələrində səyahət etmək istəyirsinizsə, yolunuzu bu sərgidən salın!

 

Şahanə MÜŞFİQ

 

 

 

525-ci qəzet.- 2018.- 13 oktyabr.- S.18.