"Abdulla Şaiqin nəsr
yaradıcılığı" təqdim edildi
Abdulla Şaiqin mənzil-muzeyində filologiya üzrə elmlər doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü, qabaqcıl maarif xadimi, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya elmləri doktoru Baba Babayevin "Abdulla Şaiqin nəsr yaradıcılığı" monoqrafiyasının təqdimatı keçirilib.
Monoqrafiyada müəllif görkəmli ədib
Abdulla Şaiqin nəsr yaradıcılığını,
onun ədəbi irsini konseptual şəkildə
araşdırıb.
Kitabda nəsr əsərlərinin müxtəlif
nəşrləri arasındakı fərqlər üzə
çıxarılıb, janr, metod və digər sənətkarlıq
məsələlərinə aydınlıq gətirilib.
Bildirilib ki, "Abdulla Şaiqin nəsr
yaradıcılığı" monoqrafiyası müəyyən
əlavələrlə, 1999-cu il nəşri əsasında
hazırlanaraq çap olunaraq elmi ictimaiyyətə təqdim
edilib.
Tədbirdə AMEA-nın Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutunun alimləri, Azərbaycan
Menecment və Turizm Universitetinin, Azərbaycan Dövlət
Pedaqoji Universitetinin müəllim və tələbələri
iştirak ediblər.
Mənzil-muzeyin direktoru Ülkər Talıbzadə,
Abdulla Şaiq irsinin tədqiqatçıları, professorlar Təyyar
Salamoğlu, Əlizadə Əsgərli, Alxan Bayramoğlu,
İslam Qəribli, filologiya üzrə fəlsəfə
doktoru Arzu Hacıyeva və başqaları Abdulla Şaiqin epik
yaradıcılığını milli nəsr tariximizdə
özünəməxsus mərhələ adlandıraraq,
yazıçının epik irsini XX əsrin əvvəllərindən
altmışıncı illərədək nəsrin bədii
yaradıcılıq axtarışlarının inkişaf səciyyələri
və istiqamətlərinin müəyyənləşməsi
baxımından etibarlı məxəz kimi dəyərləndiriblər.
Tədbir bədii hissə ilə davam edib.
Muzeyin könüllüsü Pərvin Niftəliyeva tədbir
iştirakçıları üçün Abdulla Şaiqin
"Köç" hekayəsindən "Məşğələlərim"
parçasını səsləndirib.
Sonda Baba Babayev tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.
Şahanə MÜŞFİQ
525-ci qəzet 2018.- 18 oktyabr.- S. 7.