"Dekorativ sənət və
interyer" mövzulu beynəlxalq konfrans keçirildi
Oktyabrın 10-12-də
Beynəlxalq Muzeylər Şurasının (ICOM) iki beynəlxalq
komitəsi ICDAD və DEMHIST - Dekorativ sənət, dizayn muzeyləri
və kolleksiyaları, Tarixi ev muzeyləri üzrə beynəlxalq
komitələri konfrans keçirib. "Dekorativ sənət və
interyer" adlı konfransda 14 ölkədən - Azərbaycan,
Türkiyə, Avstriya, Misir, Yaponiya, ABŞ, Hindistan,
İtaliya, Portuqaliya, Çexiya, Almaniya, Gürcüstan, Livan,
Niderlanddan 42 nümayəndə iştirak edib.
Konfrans Azərbaycan Xalça Muzeyi, Azərbaycan
Milli Muzeylər komitəsi, Beynəlxalq Muzeylər
Şurası (ICOM), Dekorativ sənət, dizayn muzeyləri və
kolleksiyaları (ICDAD), Tarixi ev muzeyləri üzrə beynəlxalq
komitələrinin (DEMHIST) təşkilatçılığı,
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi,
Azərbaycan Milli İncəsənət Muzeyi,
"İçərişəhər" Dövlət
Tarix-Memarlıq Qoruğu, Bülbülün Memorial Muzeyi və
"Az-Granata"nın dəstəyi ilə
keçirilib.
Konfransın açılış tədbiri 10
oktyabrda Azərbaycan Xalça Muzeyində baş tutub. Tədbirdə
Mədəniyyət Nazirinin müavini Sevda Məmmədəliyeva,
Xalça Muzeyinin direktoru, Azərbaycan Milli Muzeylər komitəsi
prezidenti Şirin Məlikova, Beynəlxalq Muzeylər
Şurası - ICOM prezidenti Suay Aksoy, Dekorativ sənət,
dizayn muzeyləri və kolleksiyaları-ICDAD beynəlxalq komitəsinin
prezidenti Helena Koenigsmarkova, tarixi ev muzeyləri üzrə beynəlxalq
komitələri - DEMHIST prezidenti Elsa Rodrigues, Beynəlxalq
Muzeylər Şurasının "Avropa Regional
İttifaqı"nın prezidenti Dr.Luis Raposo, Azərbaycan
Dövlət Rəssamlıq Akademiyasının "İncəsənət
tarixi" kafedrasının müdiri Sevil Sadıqova,
ICOMOS-Baxımlı Yerlər və Abidələr Beynəlxalq
Şurasının Livan İdarə heyəti Üzvü və
Livan Universitetinin Dosenti tərəfindən nitqlər dinlənilib.
Tədbirdə iştirak edən "Mədəni İrsin və Tarixi Abidələrin Qoruyaq" İctimai Birliyin İdarə Heyyətinin Üzvü, sədrin birinci müavini, tarix üzrə fəlsəfə doktoru, bayraqşünas və heraldika üzrə mütəxəssis Pərvin Gözəlov "Mədəni irsin tədqiqində və təbliğində muzeylərin rolu" adlı məruzəsində qeyd edib ki, Ümummilli Lider tərəfindən muzey işinin inkişafı üzrə müəyyən edilmiş prioritetlər bu gün Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə, həmçinin, Heydər Əliyev Fondu tərəfindən davam etdirilir.
Konfransda ev-muzeylərinin yeni iş metodları,
yeni yanaşmalar ilə tanış olmasına, yerli mütəxəssislərin
xarici muzey işçiləri ilə sıx əlaqələr
qurmasına, beynəlxalq əməkdaşlığın
güclənməsinə yeni imkanlar yaradacağına şərait
yaradır. Azərbaycanda fəaliyyət göstərən
görkəmli şairlərin, yazıçıların, rəssamların,
bəstəkarların ev muzeyləri barədə ətraflı
məlumat verilib. Həmçinin, konfrans çərçivəsində
bir sıra tanınmış yerli və xarici alimlərin
iştirakı ilə akademik iclaslar keçirilib. Məruzəçilər
Azərbaycan xalqının həyatında və mədəniyyətində
xalça çox önəmli yer tutduğunu
vurğulayıblar.
Tədbir iştirakçılarına zəngin
mədəni proqram təqdim edilib, Azərbaycan
Xalçası Muzeyi, o cümlədən, İçərişəhər
Dövlət Tarix-Memarlıq Qoruğu ərazisindəki abidələri,
Bakı Marionet Teatrı, Azərbaycan Milli İncəsənət
Muzeyi, Heydər Əliyev Mərkəzi, CHELEBI sərgi salonu və
həmçinin, Bülbül, gara Qarayev və Nobel
qardaşlarının ev muzeyləri ilə geniş şəkildə
tanış olublar.
Şahanə
MÜŞFİQ
525-ci qəzet 2018.- 18 oktyabr.- S. 7.