Musiqili Teatr xarici
qonaqların maraq dairəsində
Türkiyənin Kocaeli Universitetinin professoru Sema
Göktaş və həyat yoldaşı - "Yeni
Tiyatro" jurnalının təsisçisi və baş
redaktoru Erbil Göktaş Azərbaycan Dövlət Musiqili
Teatrında qonaq olublar.
Teatrın mətbuat xidmətindən bildirilib
ki, səmimi və işgüzar şəraitdə keçən
görüşdə iki qardaş ölkə arasındakı
mədəni əlaqələrdən söhbət
açılıb, bir sıra yaradıcı təkliflər səsləndirilib.
Türkiyəli qonaqlara teatrın yaranma tarixi,
109 illik yaradıcılıq yolu, inzibati binası, ölkə
Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə
burada aparılan mükəmməl təmir işləri barədə
məlumat verilib, onlar sənət ocağındakı
mövcud şəraitlə yaxından tanış olublar.
Teatrın repertuarında olan tamaşalarla
maraqlanan Sema və Erbil Göktaşlar Musiqili Teatrın
möhtəşəm səhnəsində milyonların sevimli
gülüş ustası, Xalq artisti Afaq Bəşirqızının
iştirakı ilə "Toya bir gün qalmış"
tamaşasına baxıblar. Bu səhnə əsərinin
quruluşunu çox bəyənən hər iki
tanınmış qonaq heyranlıqlarını gizlətməyiblər,
növbəti səfərlərində də Musiqili Teatra gəlmək,
tamaşaları seyr etmək niyyətlərinin olduğunu
bildiriblər.
ŞAHANƏ
525-ci qəzet 2018.- 19 oktyabr.- S.7.