Sözün və maarifin fəal
təəssübkeşi
PROFESSOR
AĞARƏHİM RƏHİMOVUN 70 YAŞINA
Həyatda
elə insanlar var ki, Ulu Tanrının verdiyi ömür
payını yalnız özü üçün deyil,
cəmiyyətə fayda vermək üçün
yaşayır. Onlar yaşadıqları bir ömür boyu
faydalı işlər görürlər.
Həqiqətdir
ki, ictimaiyyət arasında tanınmaq, nüfuz qazanmaq,
hörmət sahibi olmaq, xalqın maariflənməsinə nail
olmaq hər adama nəsib deyil. Bunun üçün
gərək böyük zəhmətə qatlaşasan.
Belə insanlardan biri də professor Ağarəhim
Rəhimovdur.
Taleyin
böyük lütfləri var. Bu lütflərdən biri
də budur ki, sən öz müəllimin haqqında yazasan.
Mən Ağarəhim Rəhimovu ilk dəfə Bakı
Qızlar Universitetində görmüşəm.
Həqiqət və ədalətin
daşıyıcısı olduğunu universitetdə
müəllim olduğum illərdə şahid olmuşam.
Həmişə düşünmüşəm ki, bu
universitetdə nə yaxşı ki, Ağarəhim Rəhimov
var. Bütün həyatını öyrənməyə,
öyrətməyə həsr edən Ağarəhim
müəllimin bu kimi nəcib əməlləri onun
ömür səhifəsini rövnəqləşdirir.
A.Rəhimov
təhsilə yüksək qiymət verməyi bacaran
şəxsiyyətdir. O, Hacı Zeynalabdin Tağıyev
ənənəsini davam etdirərək Bakı Qızlar
Universitetini açdırıb. Ağarəhim
müəllim inanırdı ki, təhsilli qız
təhsilli ana olacaq, övladlarına daha geniş imkanlar
yaradacaq və onları gələcək həyata daha
yaxşı hazırlaya biləcək. Hesab edirəm ki,
Bakı Qızlar Universitetini yaratmaq, onu yaşatmaq
Ağarəhim Rəhimovun bacarığıdır.
Ağarəhim
Rəhimov elm adamıdır. O, bir pedaqoq alim olaraq
fəaliyyət göstərdiyi tədqiqat sahəsinin əsl
bilicisidir. Alimin əsas tədqiqat obyekti “Ana dili tədrisinin
aktual problemləri”nə həsr olunub. Ali pedaqoji
məktəblərin pedaqoji fakültələri
üçün "Ana dilinin tədrisi metodikası"
dərslikləri, "Azərbaycan dilindən sintaksisin
tədrisinin nəzəri və praktiki əsasları"
və "İbtidai siniflərdə oxu təlimi",
“Azərbaycan dili dərslərində şagirdlərdə
monoloji nitqin inkişafı”, “Şagirdlərin obrazlı
nitqinin inkişafı” monoqrafiyaları çap olunub.
A.Rəhimovun
elm və təhsil təşkilatçısı olaraq
xidmətləri böyükdür. O, tək
yaradıcılığı ilə yox, bütün
tərcümeyi-halı ilə 70 yaşa yaxındır. Onun
qələmində ədəbiyyat heç vaxt donuq deyil.
“Əsgər anası”, “Məhəbbət və cinayət”,
“Uçurum və qəzab”, “Qızıl əllər” və s
əsərlərində yazıçı kimi öz
sözünü deyib. O, sözə dəyər verən
insandır.
Bu
əsərlərin oxucusu dərk edir ki, insanın
həyatında baş verən ən təsadüfi epizod
belə əslində təsadüf deyil; yuxu da, xəyal da,
mif də bəzən yaşananların, bəzən isə
yaşanmaq arzusunun əksi, aynasıdır.
Ağarəhim
müəllimin 70 yaşı tamam olur. O bir
yazıçı, alim kimi xalqımız üçün
dəyərlidir.
Bu
yaşın elmə, sənətə, ədəbiyyata
faydası böyükdür. Arzu edirəm ki, bundan sonra
da Azərbaycan oxucusu Ağarəhim
Rəhimovla üzbəsurət təmasda olsun.
Ağarəhim
müəllimi təbrik edir, ona cansağlığı,
yeni-yeni uğurlar arzulayıram! Həyat və
yaradıcılığı həmişə
səliqəli-sahmanlı, məhsuldar və xoşovqatlı
olsun
Təranə
ŞÜKÜRLÜ
Filologiya
üzrə fəlsəfə doktoru, dosent
525-ci qəzet.-2018.-19 oktyabr.-S.8.