Misir Mərdanova həsr olunan “Zirvə yolu” kitabı işıq üzü gördü

 

 

Bu günlərdə pedaqogika üzrə elmlər doktoru, professor Vidadi Xəlilovun AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor  Misir Mərdanovun uşaqlıq və gənclik illərinə, həyat və yaradıcılığına, elmi-pedaqoji fəaliyyətinə həsr olunanZirvə yolukitabı işıq üzü görüb.

Kitabın ön sözündə müəllif qeyd edib ki, professor Misir Mərdanov keçən əsrin 90-cı illərindən - Azərbaycan Respublikası Xalq Təhsili Nazirliyində Ali Təhsil İdarəsinin rəisi təhsil nazirinin müavini vəzifəsində işlədiyi vaxtdan tanıyır: “Bu ya digər tədbirlərlə əlaqədar 1968-ci ildən elmi fəaliyyət göstərdiyim Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda da olurdu. Ayrı-ayrı əməkdaşlarla fikir mübadiləsi aparırdı. Heç şübhəsiz, mən onların sırasında idim. Sadəliyini, səmimiliyini, qarşısındakı həmsöhbətini diqqətlə dinləyib anlamaq xüsusiyyətlərini elə o vaxtlar hiss etmişdim. Ancaq 1998-ci ilin martında ulu öndər Heydər Əliyevin sərəncamı ilə təhsil naziri vəzifəsinə təyin edildikdən sonra bu ya digər tədbirlərdə vaxtaşırı görüşür, fikir - rəy mübadiləsi aparırdıq. Misir müəllim Təhsil Nazirliyinə rəhbərlik etdiyi 15 il (1998-2013) ərzində elm-təhsil sahəsində çalışanların, sayılıb-seçilənlərin ömür yolları ilə yaxından tanış olur, ənənənin müasirliyin vəhdətinə çalışırdı. Müstəqil əmək fəaliyyətinin ayrı-ayrı sahələrindəki, habelə çox çətin məqamlara baxmayaraq, 15 il fasiləsiz olaraq təhsil naziri vəzifəsində çalışdığı illərdə daha yaxından görmüş, sadiqlik, vətənpərvərlik dəyanətinin şahidi olmuşuq”.

Müəllif qeyd edib ki, professor Misir Mərdanov təhsil naziri kimi fəaliyyətə başladığı ilk günlərdən keçən əsrin əvvəlində Azərbaycan Demokratik Respublikasının yarandığı vaxtdan ta əsrin sonunadək təhsil quruculuğu prosesində müəyyən xidmətləri olan nazirlərin, komitə sədrlərinin həyat və yaradıcılıq yollarını öyrənməyə xüsusi diqqət yetirib. Təqdirəlayiq cəhətlərdən biribudur ki, təkcə arxiv sənədləri, tərcümeyi-hal sənədləri, tərcümeyi-hal məlumatları ilə kifayətlənməyib, onların hazırda yaşayan övladları, yaxın qohumları ilə əlaqə saxlayıb, bir sıra məsələləri dəqiqliklə aşkara çıxarıb. Məhz belə bir mövqeyin nəticəsində də “Azərbaycanın təhsil nazirləri” adlı sahə ensiklopediyası kimi kara gələn kitab hazırlanaraq 2010-cu ildə “Bakınəşr”də nəfis şəkildə çap olunub. Layihənin rəhbəri fizika-riyaziyyat elmləri doktoru, professor, əməkdar elm xadimi Misir Mərdanov redaktor, siyasi elmlər üzrə fəlsəfə doktoru Bayram Hüseynzadə, tərtib edənlər Bəşarət Məmmədov, Şamxəlil Məmmədov, Ədalət Daşdəmirov, Elman Əbdülov olmuşlar. Nəfis şəkildə çap edilən bu dəyərli kitabın annotasiya hissəsində deyilir: “Azərbaycanda təhsil sahəsində mərkəzləşmiş rəhbərliyi həyata keçirən ilk dövlət qurumu ötən əsrin əvvəllərində, Azərbaycan Demokratik Respublikası dövründə yaradılıb. Kitabda həmin dövrdən indiyədək Azərbaycanın təhsil sisteminə rəhbərlik etmiş şəxslər və onların fəaliyyəti haqqında məlumatlar əksini tapıb. Bu sahədə ilk təşəbbüs olan toplu təhsil işçiləri və geniş oxucu auditoriyası üçün nəzərdə tutulub. Diqqətəlayiq haldır ki, bu mötəbər nəşrdə 36 nəfər nazir və komitə sədrlərinin portretləri, onların həyat və yaradıcılığı haqqında zəruri məlumatlar, fotoşəkillər diqqətə çatdırılıb”.

Kitabda yer alan Elm aləminə gələn yol, Ziyalı sözü-ziyalı ünsiyyəti və sair başlıqlı yazılarda professor Misir Mərdanovun həyat, elmi-pedaqoji fəaliyyəti haqqında geniş məlumatlar yer alıb.

 

S.QARAYEVA

 

525-ci qəzet.- 2018.- 20 oktybar.- S.24.