Görkəmli dilçi alim, əziz dost

 

 

Bu il ölkəmizdə nüfuzlu söz sahibi, görkəmli alim, pedaqoq, ictimai-xadim, filologiya üzrə elmlər doktoru, professor Vilayət Əliyevin 80 yaşı tamam olur.

 

Bu yuvarlaq rəqəmlər əslində, bir fürsətdir, həm yubilyarın özü üçün, həm biz dostları üçün keçmişə boylanmaq, olanları-keçənləri yada salmaq imkanıdır. Bu mənada zəngin həyat karyera yolu keçmiş əziz dostumuz Vilayət Əliyevin , elə biz dostlarının da yada salası, qürur duyası çox işlərimiz var.

Vilayət Əliyev 1938-ci ildə Şəki rayonunun Daşbulaq kəndində anadan olmuşdur. Əslən Qərbi azərbaycanlı olan Vilayət müəllimin ailəsi dəfələrlə repressiyaya məruz qalmışdır. Amma bütün çətinliklər onu böyük şərəfli yoldan çəkindirə bilməmişdir. O, 1962-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirmiş, elə həmin ildə Azərbaycan EA-nın Nəsimi adına Dilçilik İnstitutunun türkologiya ixtisası üzrə aspiranturasına daxil olmuşdur.

Hələ Sovet dövründə türkçülüyün yasaq olduğu, damğalandığı bir dönəmdə Vilayət Əliyev çəkinmədən bu sahəyə olan marağını gizlətməmişdir. Elmi axtarışları  onu Daşkənd şəhərinə gətirmiş, türk dünyası ilə yaxından tanış olmağa, özbək dilini öyrənməyə imkan yaratmışdır. Şübhəsiz ki, Özbəkistandakı türk mühiti onun bir şəxsiyyət kimi yetişməsinə səbəb olmuş gənc tədqiqatçının sonrakı yaradıcılığında da bu türkçülük, azərbaycançılıq məfkurəsi özünü göstərmişdir. Dövrün bütün keşməkeşli çağlarının çətinliklərinə baxmayaraq, Vilayət Əliyev 1965-ci ildə Daşkənd şəhərindəÖzbək Azərbaycan dillərində feli sifətmövzusunda namizədlik dissertasiyasını özbək dilində çox böyük uğurla müdafiə etmişdir. Çağdaş gənc nəsil bütün bu sadalanan faktların arxasındakı zəhməti bəlkə tam dərk etməz, amma bizlər o illərin yüksək tələblərini sərt qanunlarını görən alimlər bunların qədər ciddi məsələlər olduğunun fərqindəyik. Bu mənada əziz dostumuz Vilayət müəllimin uzun keşməkeşli elm yolunda  ilk addımları xoş ki, bəs qədər uğurlu olub.

Hələ 90-cı illərdə BakıdaAzərbaycan dilində felin təsriflənməyən formalarımövzusunda doktorluq dissertasiyasını müdafiə etməsi onun prinsipiallığının, iradəsinin göstəricisi idi. Çünki o illərdə ölkənin ağır durumunda bir çoxlarının elmdən uzaqlaşdığı bir zamanda Vilayət müəllimin elmi tədqiqat işi dilçilik elmimizə töhfə idi.  Bu mənada onun  Azərbaycan dilçiliyi türkologiya ilə bağlı olan digər əsərlərinin adlarını çəkmək yerinə düşər. O, 200-dən çox elmi məqalənin, “Azərbaycan dilində felin təsriflənməyən formaları”, “Məsdər”, “Azərbaycan dilində feli sifət”, “Azərbaycan dilində feli bağlama”, “Azərbaycan dilində felin perifrastik formaları”, “Toponimika”, “Azərbaycan toponimiyası”, “H.Əliyevin dil siyasəti”, “Zəngəzurda qalan izimizkimi kitabların müəllifidir. Azərbaycan EA-nın nəşr etdirdiyi 3 cildlikMüasir Azərbaycan diliəsərinin müəlliflərindən biridir.Deportasiya”, “Kitabi-Dədə Qorqud - 1300”, “Qədim Naxçıvan - 75”, “Urud”, “Filologiya məsələləri”, “Pedaqoji Universitetin xəbərləri digər elmi-publisistik əsərlərin elmi redaktorudur.

Bütün bu sərgilənən faktlar, dəyərli elmi əsərlər professor Vilayət Əliyevin zəngin həyat yaradıcılıq yolu haqqında aydın təsəvvür yaradır. Amma mənə görə onun “91-lər” hərəkatına qoşulması, 1992-ci ildə Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi  Azərbaycanda hakimiyyət uğrunda açıq fəal mübarizəyə səsləyən, onun hakimiyyətə qayıdışı üçün müraciətə imza ataraq, Yeni Azərbaycan Partiyasınınqızıl fonduelan olunmuş 91 nəfər tanınmış ziyalı ilə birgə müraciəti xüsusi qeyd edilməlidir. Çünki vətənimiz üçün çətin, çıxılmaz bir dönəmdə həmin təşəbbüsə qoşulmaq həm ziyalılığın, həm milli-mənəvi dəyərləri uca tutmağın parlaq nümunəsi idi. Ümumummilli liderimiz, Ulu Öndər Heydər Əliyev dəfələrlə çıxışlarında 91-lər haqqında fikirlərini dilə gətirərək könül xoşluğu ilə deyirdi:

Mən bu 91 şəxsi çox yüksək qiymətləndirirəm, onların hamısına öz hörmət ehtiramımı, xüsusi minnətdarlığımı təşəkkürümü bildirirəm. 91-lərdən həyatını dəyişənlər var - Ziya Bünyadov, Xəlil Rza Ulutürk, Xəlil Xəlilov. Onların gördükləri işlər, xidmətlər bizim partiyanın hər bir şəxsin, o cümlədən, mənim qəlbimdə əbədi yaşayacaqdır. Allah onlara rəhmət eləsin. Mən bilirəm ki, onlar bəlkə o vaxt bunu mənə deməmişdilər, amma bunu mən sonralar bildim. Bu 91-lər həqiqətən çox cəsarətli adamlar olmuşlar”. Möhtərəm prezidentimiz cənab İlham Əliyev Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illiyi münasibətilə keçirilən təntənəli iclasdakı hər kəsi qəlbən məmnun edən parlaq nitqində “91”ləri əməlpərvər şəxsiyyət kimi dəyərləndirmişdir.

Ulu Öndərimizin söylədiyi bu fikirləri hər bir azərbaycanlı, hər bir vətənpərvər şəxs  içində yaşadaraq qürurlanmalıdır. Bu da bir həqiqətdir ki, vətənpərvərlik öz işiylə vicdanla, şərəflə məşğul olmaqdır ki, baxımdan qürurla etiraf etməliyik ki, professor Vilayət Əliyev  həqiqətən də  dövlətçiliyi və azərbaycançılığı uca tutan dəyərli bir təəssübkeş ziyalımızdır.

Uzun illər ADPU-nun elmi işlər üzrə prorektoru kimi də Vilayət müəllim  neçə-neçə gəncə dəyərli tövsiyələr verməsinin və  elmimizin inkişafı üçün var qüvvəsi ilə çalışdığının şahidi olmuşuq.  Filologiya elmləri doktoru alimlik dərəcəsi almaq üçün AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun nəzdində fəaliyyət göstərən müdafiə şurasının həmsədri olaraq da son dərəcə obyektiv fəaliyyəti ilə gənc alimlərə dəstək olması da göz önündədir. Vilayət müəllim həyatının gedişindən bir mənada həm də ona görə məmnundur ki, son vaxtlar Azərbaycan Dövlət Pedaqoji Universitetində reallaşdırılan və ölkə ictimaiyyəti tərəfindən təqdir olunan və hədəflərə doğru yönəldilən dinamik inkişaf proseslərin həm şahidi, həm də fəal iştirakçısıdır. 

Əziz dostumuz Vilayət Əliyevin yubileyinə çox söz demək, çox faktları yada salmaq olardı. Amma zənnimcə, bütün sözlərin ən böyüyü onun özünün özünə verdiyi hesabatıdır. Və mən əminəm ki, keçmişə nəzər salanda, yazdığı əsərləri vərəqləyəndə və fədakarlığının nəticələrini göz önündən keçirəndə Azərbaycan ziyalılarının böyük ehtiram bəslədiyi  əziz dostumuz və qardaşımız professor Vilayət Əliyev xoş duyğular keçirməli olur. Elə bizlər də 80 yaşlı dostumuzun bu gün də şövqlə, həvəslə çalışmasından məmnunuq və ona uzun ömür, can sağlığı, elm yolunda fədakarlıq diləyirik. 

 

Himalay QASIMOV

ADPU-nun kafedra müdiri, filologiya üzrə elmlər doktoru, professor

 

 

525-ci qəzet.- 2018.- 20 oktybar.- S.24.