Pakistanlı müəllif
Milli Kitabxananın qonağı oldu
Oktyabr ayının 23-də pakistanlı müəllif
Münəvvər Əhməd Azərbaycan Milli Kitabxanada olub.
Qonağı Milli Kitabxananın direktoru Kərim Tahirov
qarşılayıb.
Ölkəmizə daha əvvəl də bir
neçə dəfə gəldiyini qeyd edən Münəvvər
Əhməd Bakını çox sevdiyini vurğulayıb, Azərbaycan
xalqının qonaqpərvərliyini xüsusi qeyd edib.
Münəvvər Əhməd daha əvvəlki
gəlişi zamanı müəllifi olduğu uşaq
şeirlərindən ibarət kitabı Milli Kitabxanaya hədiyyə
etdiyini bildirib. Budəfəki gəlişində isə Azərbaycan
və Urdu dillərində ortaq işlənən sözlərdən
ibarət "Urdu-Azerbaijani common heritage" adlı yeni
kitabını Milli Kitabxananın fonduna hədiyyə etmək
istədiyini söyləyib.
Kitabın Pakistanda çox sevildiyini və hər iki ölkə üzrə bu mövzuda kitab yazan ilk şəxs olduğunu bildirən müəllif kitabın bir nüsxəsini Milli Kitabxananın direktoruna hədiyyə edib.
K.Tahirov qonağa öz təşəkkürünü
bildirib və bu kitabın Milli kitabxananın fondunda öz
layiqli yerini tutacağını vurğulayıb.
Direktor həmçinin, Milli Kitabxana haqqında
3 dildə çap olunmuş "Azərbaycan Milli
Kitabxanası. Fotoalbom" kitabını və Bakının
simvolu olan Qız Qalası suvenirini qonağa hədiyyə
edib.
Sonda müəllif yaxın zamanda ingilis dilində
çap olunması nəzərdə tutulan yeni kitabını
da Milli Kitabxanaya hədiyyə edəcəyini bildirib.
525-ci qəzet 2018.- 24 oktyabr.- S.7.