"Türkologiya"
jurnalının daha bir sayı işıq üzü
gördü
Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət
Heyətinin təsisçisi olduğu "Türkologiya"
jurnalının 2018-ci il üçün 3-cü sayı
işıq üzü görüb.
Jurnalın məsul katibi, filologiya üzrə fəlsəfə
doktoru Elçin İbrahimovun verdiyi məlumata görə, bu
sayda Azərbaycan, rus, ingilis və türk dillərində Azərbaycan,
Türkiyə, Rusiya, Almaniya, Özbəkistan, İraq,
qazaxıstanlı alimlərinin məqalələri yer
alıb.
AMEA-nın Rəyasət Heyətinin qərarı
ilə artıq daha geniş istiqamətləri ehtiva edən
Beynəlxalq elmi jurnalın bu sayında "Türkoloji
irs", "Dilçilik", "Ədəbiyyat və
Folklor", "Yazılı Abidələr",
"Müzakirə və Diskussiya" rubrikalarında yer alan
elmi-nəzəri məqalələr, eləcə də,
"Türkoloji mərkəzlər", "Redaksiyaya məktub",
"Resenziya", "Elmi həyat", "Personalia"
rubrikalarında, toplanan yazılar oxucular tərəfindən
maraqla qarşılanacaq.
Qeyd edək ki, "Türkologiya" jurnalı
ildə dörd dəfə, üç aydan bir nəşr
olunur. Jurnalın növbəti sayları üçün məqalə
qəbulu davam edir.
ŞAHANƏ
525-ci qəzet 2018.- 24 oktyabr.- S.7.