"Azərbaycan
xalçaları"nın yeni sayı
"Azər-İlmə"
Xalçaçılıq Mərkəzinin və Azərbaycan
Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin
birgə təsisçiliyi ilə nəşr olunan "Azərbaycan
xalçaları elmi-publisistik jurnalının 27-ci sayı
işıq üzü görüb.
"Azər-İlmə"
Xalçaçılıq Mərkəzindən bildirilib ki, sənətşünaslıq
və tarix ixtisasları üzrə Azərbaycan Respublikası
Prezidenti yanında Ali Attestasiya Komissiyasının elmi nəşrləri
sırasında olan jurnalda rəsmi xronika, sənətşünaslıq,
tarixşünaslıq, ayrı-ayrı xalq tətbiqi sahələrini
əhatə edən müəllif yazıları, reportajlar,
elmi məqalələr yer alıb.
Jurnalın bu nömrəsində akademik İsa
Həbibbəylinin "Naxçıvan-İslam mədəniyyətinin
paytaxtı", tarix elmləri doktoru, professor Vidadi Muradovun
"Qobustan gündəliyi", sənətşünaslıq
doktoru, professor Kübra Əliyevanın "Qafqaz
Albaniyasında zoomorf keramika" (AMEA-nın Memarlıq və
İncəsənət İnstitutu), iqtisadiyyat üzrə fəlsəfə
doktoru Yunus Sadıqovun "Azərbaycanda yunçuluq və
xalçaçılıq" (AMEA İqtisadiyyat
İnstitutu), tarix üzrə fəlsəfə doktoru Cavid
Bağırzadənin "Gəncə Xalça-Çahud
Kombinatı" (Gəncə Dövlət Universiteti),
Gülzadə Abdulovanın "Keçənin milli geyim mədəniyyətinin
inkişafında yeri" (AMEA-nın Milli Azərbaycan Tarixi
Muzeyi), texnika elmləri üzrə fəlsəfə doktoru
Validə Paşayevanın "Bərdə"
xalçasının kompozisiyası və
transformasiyası" (Atatürk Universiteti, Türkiyə
Respublikası), Sevda Məmmədovanın "Tikmə sənəti
və onun özəllikləri" (Şirvanşahlar
Sarayı Kompleksi), tarix üzrə fəlsəfə doktoru
Ramil Ağayevin "Ərəb xilafəti dövründə
Azərbaycanın hüdudları və əhalisi ibn Xəldunun
təsvirində" (AMEA-nın Tarix İnstitutu), tarix üzrə
fəlsəfə doktoru Yaşar Rəhimovun
"Duzdağın 1901-1907-ci illər tarixinə dair"
(AMEA-nın Naxçıvan Bölməsi Tarix, Arxeologiya və
Etnoqrafiya İnstitutu), Emiliya Əliyevanın "Xanlıqlar
dövründə Azərbaycanın Xəzərsahili bölgələrində
əkinçiliyin vəziyyəti" (AMEA-nın Tarix
İnstitutu), Şöhrət İbadovun "Lənkəran
şəhəri əhalisinin təsərrüfat həyatına
dair (XIX-XX əsrin əvvəlləri)" (AMEA-nın
Arxeologiya və Etnoqrafiya İnstitutu), Toğrul Xəlilovun
"Naxçıvanda qalaların yayılma arealı"
(AMEA-nın Naxçıvan Bölməsi Tarix, Arxeologiya və
Etnoqrafiya İnstitutu) və s. kimi məqalələr yer
alıb.
Jurnalın baş redaktoru Əməkdar incəsənət
xadimi, tarix elmləri doktoru, professor Vidadi Muradovdur.
ŞAHANƏ
525-ci qəzet 2018.- 24 oktyabr.- S.7.