"Son iclas" Ankarada maraqla
qarşılandı
Türkiyənin paytaxtı Ankarada
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi şərəfinə "Son iclas" filminin nümayişi keçirilib. Gecəyə rəsmi
şəxslər, səfirlər, Türkiyə Böyük Millət Məclisinin üzvləri,
Ankarada fəaliyyət göstərən
beynəlxalq təşkilatların rəhbərləri və əməkdaşları,
paytaxt ictimaiyyətinin nümayəndələri,
elm və mədəniyyət xadimləri,
QHT və KİV təmsilçiləri qatılıblar.
AZƏRTAC
xəbər verir ki, filmin nümayişindən əvvəl Azərbaycanın
Türkiyədəki səfiri Xəzər İbrahim
Cümhuriyyətin qurulması, inkişafı və
süqutunun səbəbləri barədə
danışıb. Ötən əsrin sonunda müstəqilliyini
bərpa edən xalqımızın Ümummilli lider Heydər
Əliyevin ətrafında sıx birləşərək
tarixin ağır sınaqlarından alnıaçıq
çıxdığını diqqətə
çatdıran səfir deyib ki, bütün sahələr
üzrə sürətlə inkişaf edən Azərbaycanın
Türkiyə dövləti ilə səmimi qardaşlıq
münasibətləri sayəsində böyük uğurlar əldə
olunmaqdadır.
"BP-Türkiyə"
şirkətinin rəhbəri Mick Stup Azərbaycan Xalq
Cümhuriyyətinin keçdiyi şərəfli və
çətin yoldan bəhs edib. Habelə "BP" şirkətinin
reallaşdırdığı mədəniyyət layihələrinin
əhəmiyyətindən danışıb, təqdim olunan
filmin tarixi əhəmiyyətini vurğulayıb.
Türkiyə
Prezidentinin baş müşaviri Yalçın Topçu
Osmanlı dövləti ilə Cümhuriyyətin münasibətlərinə,
eləcə də Qafqaz İslam Ordusunun xilaskarlıq
missiyasına toxunub. O, 2018-ci ilin "Azərbaycan Xalq
Cümhuriyyət İli" elan edilməsini müsəlman
Şərqində ilk parlament respublikasının
qurucularına böyük ehtiram kimi dəyərləndirib.
"Son
iclas" filminin ərsəyə gəlməsində
görülən işlərdən və kinonun məqsədlərindən
danışan ssenarist Müsəllim Həsənov diqqətə
çatdırıb ki, hərbi işğal nəticəsində
süqut edən Cümhuriyyətə düşmən
münasibət sovet dövründə də davam edib.
Bolşevik təbliğatı nəticəsində
Cümhuriyyət hakimiyyəti, onun ideyaları barədə
yanlış məlumatlar yayılıb. Azərbaycan dövlət
müstəqilliyini bərpa edəndən sonra bütün bu ədalətsizliklərə
son qoyulub.
Çıxışçılar
filimin ərsəyə gətirilməsində göstərdiyi
dəstəyə görə Heydər Əliyev Fonduna dərin
minnətdarlıqlarını ifadə ediblər.
Rəsmi hissədən sonra filmin nümayişi olub.
Cümhuriyyətin
fəaliyyətini, qarşılaşdığı problemləri,
süqutunun səbəblərini, eləcə də müstəqilliyimizin
bərpasının ilk illərində mühüm tarixi məqamları
əks etdirən film tamaşaçılar tərəfindən
böyük maraqla qarşılanıb.
Qeyd
edək ki, Arzu Əliyevanın baş prodüseri olduğu
"Son iclas" bədii-sənədli filmi Bakı Media Mərkəzi
tərəfindən Azərbaycanın bu şanlı tarixinə
töhfə vermək üçün çəkilib. Film Azərbaycan
Xalq Cümhuriyyətinin keşməkeşli tarixinin son
günlərinə işıq salır və hökumətin
son qərarını hansı çətin şəraitdə
verdiyini əks etdirir.
Filmdə
Məhəmməd Əmin Rəsulzadənin Cümhuriyyət
dövründəki obrazını aktyor Elnur Hüseynov,
yaşlı dövrünü isə onun nəvəsi Rəis
Rəsulzadə canlandırıb. Filmin ssenarisi indiyədək
araşdırılmamış və ya gizli
saxlanılmış arxiv sənədləri əsasında qələmə
alınıb. Ekran əsərində Cümhuriyyət
qurucularının müstəqilliyimizin düşmənlərinə
- istər işğalçı ordu, istərsə də bu
ordunun daxili havadarlarına qarşı son anadək
apardıqları qeyri-bərabər və ümidsiz, lakin
dönməz və qətiyyətli mübarizəsi əks
olunur. Bu mübarizə faciə ilə başa çatsa da,
onun Azərbaycanın istiqlal tarixinin şərəfli bir səhifəsi
olduğu vurğulanır.
Sovet
dövrünün amansız qadağalarına baxmayaraq, 1980-ci
illərin sonlarında Azərbaycan Xalq Cümhuriyyəti
hökumətinin bayrağı milli-azadlıq hərəkatının
kütləvi tədbirlərində istifadə olunmağa
başlanıb. Üçrəngli bayrağımız 1990-cı
il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
sədri Heydər Əliyevin təşəbbüsü və
rəhbərliyi ilə keçirilən sessiyada
Naxçıvan Muxtar Respublikasının dövlət
bayrağı kimi təsdiq olunub və belə bir
addımın atılması Azərbaycan hakimiyyətinə də
tövsiyə edilib. Bütün bu tarixi məqamlar barədə
filmin sonunda maraqlı və orijinal kadrlar canlanır.
525-ci qəzet 2018.- 25 oktyabr.- S.7.