İspaniya - düşüncələr
və unudulmaz xatirələr: İstiqlaliyyət müharibəsi
Telman ORUCOV
(Əvvəli
ötən şənbə saylarımızda)
“Bütün böyük səyahətçilər
kimi, mən xatırladığımdan çox şeyi
görmüşəm və gördüklərimdən
çox şeyi xatırlayıram”.
Bencamin Dizraeli
Böyük Britaniyanın 1868-1874-cü illərdəki
baş naziri
İstiqlaliyyət müharibəsi
Kral Ferdinand devrildikdən sonra fransız
ordularının nəzarətindən kənarda olan “vətənpərvər
İspaniya” bir sıra muxtar əyalətlərə
parçalandı. İspaniyanın nizami qoşunları
fransız ordusunu məğlub etdi. Fransızlar Madriddən
geri çəkildilər, bu dəfə Napoleon özu
İspaniyaya müdaxil etdi və 1809-cü ildən
yarımadanın əksər ərazisi artıq onun nəzarəti
altında idi.
İstiqlaliyyət müharibəsi və ya
ingilislərin adlandırdığı kimi “Yarımada
müharibəsi” Napoleon üçün “İspan mədə
xorasına” çevrildi. Avropadakı adamlar həmçinin,
onun pul tələb etməsinə görə Napoleonun məğlubiyyətinə
kömək etdilər. O, təkcə ispan nizami ordusu tərəfindən
deyil, həm də ispan partizanlarının köməyi ilə
Portuqaliyadan irəliləyən Velminqtonun
komandanlığı altında olan Britaniya qoşunları tərəfindən
məğlub olurdu. Partizanlar xalq müqavimətini təmsil
edirdilər. 1809-cu və 1813-cü illərdəki
başlıca Talavera və Viktoriya döyüşlərində
əsasən Vellinqton vuruşurdu, partizanlar isə fransız
qarnizonlarına soxulub, onlara zərbə vururdular. Ferdinand
1812-ci ildə sürgündən qayıtdıqdan sonra
1814-cü ildə yenidən İspaniyada mütləq monarx
oldu. 1820-ci il inqilabı isə VII Ferdinandın təqib etdiyi
“dustaqxana quşlarını” hakimiyyətə gətirdi.
1931-ci ildə qurulan ikinci respublikanın (I
respublika Kortsenn İspaniyanı respublika elan etməsi ilə
1873-cü ildə meydana gəlmişdi) tarixi dörd müxtəlif
fazaya bölünür. Axırda 1936-cı ilin fevralında
Xalq Cəbhəsi seçkidə qalib gəlib, öz hökumətini
qurdu və “zorakılığa yuvarlanma” isə hərbi
qiyamla nəticələndi. 1934-cü ildə ikinci respublika
artıq parçalanmışdı. Sosialistlər Avstriya və
alman qardaşlarının taleyindən qorxaraq, qanuni hökumətə
qarşı üsyan qaldırdılar. Xalq Cəbhəsi
“faşizmə” qarşı çıxış edirdi və
1936-cı ildə Xalq Cəbhəsi azacıq
üstünlüklə seçkiləri uddu. İspaniya qutbləşmişdi
və siyasi parçalanma intensivləşirdi.
Xalq Cəbhəsi hökuməti müstəsna
olaraq Respublikaçılardan ibarət idi, baxmayaraq ki, Kortesdə
sosialistlər ona dəstək verirdi.
“Faşizmdən” qorxan sosialistlər iddia edirdilər
ki, respublkaçı hökumət inqilabçı
solların dustağıdır. Onlar kommunist təsirinin
sürətlə böyüməsini əsas
götürürdülər.
1923-1930-cu illərdə ölkədə
diktatorluq etmiş Prima de Riveranın oğlu Xose de Riveranın
əsasını qoyduğu Falanqa, millətçi antimarksist
qruplaşması ilə birlikdə gənclərə
müraciət edirdi. Mühafizəkarlar Milli Cəbhənin
sol qanadı arxasında çalışmaqla,
İspaniyanı marksizmdən xilas etmək üçün
açıqca hərbi qüvvəyə arxalanırdılar.
Vətəndaş müharibəsi
Hərbçilərin üsyanı 1936-cı
ilin 17 iyulunda Mərakeşdə başladı və
sonrakı dövrdə metropoliya İspaniyasının
qarnizonlarına yayıldı. Vətəndaş müharibəsi
ona görə başladı ki, üsyan yalnız Köhnə
Kastiliyada və Nevarrada uğurlu olmuşdu. Kataloniya və Bask
ölkəsi hökumətə loyal idi, çünki
respublika onların müxtariyyətinə qarantiya verirdi.
Madriddə və Barselonada təhlükəsizlik qüvvələrinə
hökumət tərəfindən
silahlandırılmış fəhlələr kömək
göstərirdilər, onlar zabitləri məğlubiyyətə
uğratdılar.
Respublika Mərkəzi Levanti, Kastiliya və Bask
sənaye zonalarını əlində saxlayırdı. Millətçilər
ərzaq istehsal edən ərazilərə nəzarət
edirdilər. Respublika zonasında hiyləgərlik hesabına
çətinləşən ərzaq qıtlığı
millətçilərin niyyətlərindən biri idi.
Respublika zonasında fəhlələri gücə çevirən respublikaçıların təşkilatları meydana gəldi. Qanuni hökumət yerli komitələr və həmkarlar ittifaqları tərəfindən sıxışdırılırdı, fəhlə milisi pozulmuş ordunun yerini tuturdu. İspaniyanın xeyli hissəsində sosial inqilab baş verdi, fabriklər və zavodlar kollektivləşdirilmişdi. İngilis Romançısı Corc Oruell fəhlələrin çox güclü olduğu Barselona barədə yazırdı: “Şəhərdə fəhlə sinfi yəhər üstündədir”. Fəhlə sinfinin nəzarətini uğurlu orta istehsal şərtlərində qiymətləndirmək çətin idi.
Bu inqilab solçu respublikaçılar və
üzvlərinin sayı sürətlə artan Kommunist
partiyası üçün məhvedici idi, onları Sovet
İttifaqı silahla təchiz edirdi. Kommunistlər Xalq ordusunu
yaratmağı təkid edirdilər, mübahisə edirdilər
ki, komitə-milis sistemi hərbi cəhətdən səmərəli
deyildir. General Fransisko Frankonun ordusu bərə ilə Mərakeşdən
gəlib, milisə zərbə vuraraq, onu parçaladı və
1936-cı ilin noyabrında Madridin qarşısına gəlib
çıxdı. Buraya internasional briqadaların gəlməsi
ilə, həmçinin, sovet silahları ilə güclənən
şəhərin müqaviməti uğurlu oldu. Bu, Vətəndaş
müharibəsinin iki illiyə uzanması mənasını
verirdi.
Qələbə, yəqin ki, birləşmiş
siyasi nəzarətdə olan və adekvat silahla təchiz edilən,
daha yaxşı təlim görmüş ordunun tərəfində
olmalı idi. Millətçi ordunun özəyini general
Frankonun komandanlıq etdiyi Afrikan ordusu təşkil edirdi.
Generallarla bol təmin edilən qoşunlar və millətçi
orduların gənc zabitləri yaxşı təlim
keçmişdilər. 1936-cı ilin oktyabrından Frankonun təhlükəsizlik
hərbçiləri və siyasi nəzarəti həlledici əhəmiyyət
daşıyırdı. 1937-ci ilin aprelində Falanqanı o,
öz liderliyi altında olan birləşmiş hərəkata
daxil etdi.
Hər iki tərəf xaricdən kömək
göstərilməsinə göz dikmişdi.
Respublikaçılar ümid edirdilər ki, Fransa və
Böyük Britaniya onlardan silah istəməyə icazə verəcək.
General Franko tezliklə Almaniyada Hitlerə və İtaliyada
Mussoliniyə müraciət etdi və onlar müharibənin əvvəlində
təyyarələrlə Frankonu silah-sursatla təmin etdilər.
Almanlar mineral filizlər üzrə konsessiyalar əvəzində
millətçi tərəfi Kondor legionu ilə (100
döyüş təyyarəsi) təchiz etdi. İtalyanlar isə
öz piyada qoşunlarını göndərdilər. Hər
ikisi hələ də Frankonu tanklarla və artilleriya ilə təmin
edirdi. Sovet İttifaqı isə respublikaçılar tərəfini
silahla təchiz edirdi. Kommunist İnternasionalı həmçinin,
internasional briqadalar təşkil edirdi. 1938-ci ildə Sovet təchizatı
kəsildi, silahlanma balansı millətçilərin xeyrinə
həlledici qaydada dəyişdi.
Nəhayət, Xalq ordusunu milis əvəz etdi,
respublikaçılar 1937-ci ildə Madridi əldə
saxlayırdılar, interbriqada motorlu italyan korpusunu məğlubiyyətə
uğratdı. General Franko Madrid uğursuzluğundan sonra
öz cəhdini şimala keçirdi. Burada 1937-ci ilin aprelində
alman təyyarələri Gernikanı bombalayıb yerlə
yeksan etmişdilər. Böyük ispan rəssamı Pablo
Pikasso öz məşhur tablosunda bu vəhşiliyi ifşa
etdi. Franko sənaye zonasını işğal etməklə həlledici
irəliləyiş qazandı. Döyüşlərdə
respublikaçıların Xalq Ordusunun xeyli zəifliyi
aşkar oldu.
Franko yenidən Madridə hücum etməyə
hazırlaşdı. Onun silahdaşı general Emilio Mola
demişdi ki, paytaxtda bizə “beşinci kolonna” kömək edəcəkdir,
başqa sözlə, şəhərin müdafiəçiləri
içərisində bizə xidmət göstərən xainlər
qrupu vardır. Onun bu sözü satqınlıq, xəyanət
rəmzini ifadə etməklə, dillərə
düşdü.
Valensiyadan sonra Franko Kataloniyaya tərəf
çevrildi, qanlı döyüşdə Xalq Ordusu taqətdən
düşdü.
Millətçilərin Kataloniyadakı son
kampaniyası nisbətən asan keçdi.
Respublikaçılar tərəfində parçalanma
getmişdi. 7 mart 1939-cu ildə Madriddə kommunistlərlə
antikommunistlər arasında vətəndaş müharibəsi
başlandı. 28 martda millətçi qüvvələr
aclıq keçirən paytaxta daxil oldu.
General Franko hökumətinin birinci on ili kobud və
olduqca sərt idi. Vətəndaş müharibəsində təqribən
1 milyon ispan ölmüş və ya mühacirət
etmişdi. Qızğın siyasi təqiblər iqtisadi çətinlik
hesabına da güclənirdi.
Kommunist partiyasının rəhbərləri təqibdən
xilas olmaq üçün SSRİ-də sığınacaq
tapdılar. Partiyanın lideri, məşhur “No pasaran!” -
“(Faşizm) keçməyəcəkdir!”
şüarının müəllifi Dolores İbarruri də
Moskvada yaşamağa başladı. Onun təyyarəçi
oğlu Ruben İbarruri Böyük Vətən müharibəsinin
ilk illərində döyüşdü və Stalinqradın
müdafiəsində həlak oldu.
İspaniyada vətəndaş müharibəsi
gedəndə minlərlə ispan uşağına da Sovet
İttifaqı sığınacaq vermişdi, onlar
böyük partiyalarla gəmilərlə
daşınırdı. Bu qaçqınlar uşaq evlərində
böyüyür, təhsil alır, müstəqil həyata
atılırdılar. Onlardan biri olan İqor Netto uzun illər
futbol üzrə SSRİ yığma komandasının
kapitanı, olimpiya çempionu olmuşdu. Netto komanda ilə
birlikdə 1950-ci illərin sonunda Braziliyada olanda prezidentin
xanımı Sara Rubiçek onları qəbul edərkən
ispanın yad ölkədə belə şərəfə
nail olmasına təəccüb etmişdi.
(Ardı var)
525-ci qəzet 2018.- 27 oktyabr.- S.22.