İran və bolşeviklər
- Şirməmməd Hüseynov
AZƏRBAYCAN
RESPUBLİKASININ PREZİDENTİ 2018-Cİ İLİ -
AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ İLİ ELAN
ETMİŞDİR
Şirməmməd
HÜSEYNOV
Müsəlman Şərqində ilk demokratik
respublikanın elan edilməsinin 100 ilinin 23 ayı müstəqillik,
71 ili istila-fasilə dövrüdür. Vətəni tərk
edib mühacirət həyatı yaşayan mücahidlər
müstəqilliyin yenidən qələbəsi uğrunda
mübarizələrini qətiyyətlə davam etdirmişlər.
Mühacirət mətbuatı bu, istila-fasilə
dövrünün canlı salnaməsidir. Nəzərdən
keçirək.
AZƏRBAYCANDAN MƏKTUB
Sovet idarəsində köylülərin halı
Köylərdə hökumətə qarşı
olan müxalifət olduqca şiddətlidir. Çünki
köylü kəndi zəhmətilə vücuda gətirdigi
hasilatını kəndisi istədigi kibi satıb
ehtiyacatına sərf edə bilmiyor. Və bir də nə qədər
artıq zəhmət çəkib hasilat götürürsə
nəticədə vergilərini ancaq qapamaqla kəndisini qurtara
bilir. Binaənileyh köylərdə çalışıb
işləmək enerjisi qeyb olmuşdur. Onlar keçirdikləri
inqilab sənələrində dəfəatla
aldandıqlarını görmüşlərdir. Və bu 10
il içində hər sənə verilən vədlərin
yalan olduğunu təcrübə ilə anlayıb və bu
üsuli-idarədə çalışıb zənginləşmənin
mümkün olmiyacağına qənaət kəsb etmişlərdir.
Onlar bunu anlamışlardır ki, nə qədər zəhmət
çəkib əkib döyərlərsə və artıq
hasilat olursa kəndilərinə mənfəət
olmayacaqdır. Ancaq sənəlik ruzisi əlində
qalacaqdır. İştə bu gün taxılda gördügümüz
qıtlığın səbəbi həmən
köylünün kəndi zəhmətindən kəndisinin
istifadə edəmiyəcəginə qənaət kəsb etməsidir.
Və bu üzdən də köylü taxıl əkmək
istəmiyor və məmləkətin bu gün qıtlıq
içində yuvarlanmasının səbəbi yeganəsi də
bu məsələdir. Rusiya vaxtilə Avropanın və
Asiyanın böyük bir qismini kəndi taxılı ilə
bəsliyordu. Fəqət iş o yerə gəlmişdir ki, 6
ay bundan əvvəl Bakı neft dairəsi üçün
Amerika unu alıb gətirmişlərdir. Baxınız
köylü buğdayı əkib biçiyor, şimdi kəndi
hasilatını satıb ehtiyacatını qapamaq istiyor. Fəqət
köylünün buğdasını alan kimsə yoxdur. Təbiidir
müştərisi olmayan mal bazarda əksik fiyata satılmaq məcburiyyətində
qalacaqdır. Müştəri yoxdur dedikdə başqa
türlü anlaşılmasın, müştəri
vardır, fəqət müştərinin aldığı
taxılı istədigi yerə götürmək
üçün nə dəmir yolu və nə də vapur qəbul
edər. Bir qəzadan alınan taxılı at və ya manda
arabasilə başqa bir qəzaya götürmək
yasaqdır. Ancaq hər qəzanın köylüləri arpa və
buğdayı bulunduqları qəzanın şəhərinə
gətirib satarlar. Məsələn, Səlyan qəzasında
olan taxıl ancaq Səlyan şəhərinə gətirilə
bilər. Lənkəran köylüləri də Lənkəran
şəhərinə taxıl gətirib satarlar. Halbuki, bu qəzaların
hasilatı kəndi əhalisinin ehtiyacatını qapamaqdan
çox artıqdır. Və əhalinin əksər qismi də
əkinçi olduğu üçün yerlilərin o qədər
taxıla ehtiyacı yoxdur.
Bu hasilatı Bakı kibi ehtiyac içində
bulunan yerə götürüb satmaq lazımdır ki,
köylü zəhmətinin səmərəsini
görmüş olsun. Lakin hökumətin əmrilə buradan
taxıl çıxarmaq məmnu olmuşdur. Ona görə də
müştəri gəlib taxılı almıyor.
“Köybirligi” və “Azər İttifaq” adında hökumətin
təşkil etdigi idarələr Azərbaycanın hər bir
yerində şöbəsini açıb köylülərdən
arpa, buğda, noxud, fasulya və ələlümum
köylü hasilatını almaqdadır. Arpanın putunu 1
rublə 20 qəp., buğdanın putunu 180-200-ə qədər,
noxud, fasulya 2 rubldan alınıyor. Buğda vapurlarla Bakıya
gediyor. Bakı köylərində kooperativlər vasitəsilə
hər köylü əzalarına müəyyən bir
miqdarda: hər adama ayda 20 girvənkə buğda
buraxılır, buğdanın putunu 5 rublə 12 qəpik təyin
etmişlər. Demək Lənkəranda 2 rubleyə alınan
taxıl Bakıda 5 rublə 12 qəpikdən
satılmaqdadır. Lakin Bakının köylərində
hasil olan taxılı köylünün Bakıya gətirməyə
haqqı olduğu üçün Bakı bazarında
buğdanın putu 7-8 rubliyə satılmaqdadır. Bakı
yeri susuz və toprağı qüvvətli olmadığı
üçün pək az hasilat verməkdədir. Şimdi
köylülər buğdalarını götürüb qəza
şəhərlərində hökumət kooperativinə 2
rublədən verməgə məcbur olmuşdur və istər-istəməz
oraya verməlidir. Başqa alıcı yoxdur. Sonra
aldığı paraya müqabil çay, çit və
başqa şeylər almaq istərlər. Köylülərin
həpsində kooperativ yoxdur. Kooperativlər varsa da ancaq əzalarına
əşya buraxıyor. Köylü buradakı kooperativə əza
olursa, o zaman 50-60 verst məsafədən gəlib buradan əşya
alması lazım gəliyor. Halbuki, çox zaman kooperativdə
bir çox şey bulunmaz. Zavallı köylü nə
yapsın? Sonra maliyyə komisarlığı köyün
icraiyyə komitəsinin verdigi listeyə görə
köylüyə mədaxil vergisi qoyar. Bəzən köylərdə
ədavətçilik ilə köy şurası rəisi
biçarə köylünün mədaxilini öylə
artıq göstərir ki, onun satdığı taxıldan
hasil olan para vergiyə yetişmiyor. Nəticədə
köylünün mal-qarası vergi üçün hökumət
tərəfindən satılıyor. Burada nümunə
üçün Lənkəran qəzasını göstərə
bilərəm. Lənkəranda hökumət, istiqraz cəmiyyəti
adında bir bank açmışdır. Bu banka görə möhtac
köylülərə yardım edəcəkdir. Daha əvvəldən
köylərdə təbliğat yaparaq hər kəs bankdan
para istiqraz edərsə, hasilatını götürüb
hökumətə satarsa o adam mədaxil vergisindən azad
tutulacaqdır. Zavallı avam köylülər Germətürk,
Şeyxagiran, Sutamardu və sair kibi bir çox köylər
gedib bankdan para alıb pirinç məzrələrinə (əkin
yerlərinə) tökmüşlərdir. Aralarında paraya
ehtiyacları olmayan bir çox kimsələr də gedib para
götürmüşlərdir. Guya hökumət bunları
parasız köylü hesab edib bunlardan mədaxil vergisi almasın.
İştə bu təriq ilə “İstiqraz Cəmiyyəti”
köylülərə 300 min rublə para
buraxmışdır. Fəqət məzkur parayı
buraxdıqda köylülər ilə bir müqavilə
yapmışdır ki, istiqraz bankası verdigi paranın hər
bir rubləsinə köylüdən bir pud pirinç
almalıdır.
Pirinçi banka qiymət edəcəkdir,
verdigi parayı çıxıb üstəligini də
köylüyə verməlidir. Məsəla: bir köylü
bankdan 100 rublə istiqraz etmişdir; bu köylü bankaya 100
put pirinç verəcəkdir. Pirincin qiyməti 7 rublə 75 qəpikdir.
Bu hesabdan köylüyə veriləcək 775 rublədən 100
rublə çıxılıb mütəbaqi 675 rubləyi
köylü almalıdır. Pirinç bankaya verildigi zaman
banka tərəfindən pirincə 4 dürlü qiymət
qoyulur. 1- akülə 7 rublə 75 qəpik, 2- sədri 4 rublə
60 qəpik, 3- ənbərbu pirinçi 6 rublə 50 qəpik,
4- başqa bir növ pirinç də 5 rublə 60 qəpik.
Halbuki köylünün zəhmətinin səmərəsi
olan pirinç bazarda 6 rublədən 10 rubləyə qədər
artıq bir qiymətə satılırdı ki, banka qiymətilə
bazar qiyməti arasında hər bir pud pirinçdə 1,5, 2,5
rublə qədər bir fərq vardır. Bu fərq
köylü üçün böyük bir əhəmiyyəti-haizdir.
Bəzi köylülərin bankaya təəhhüdlə verəcəgi
pirinçdən başqa artıq qalan hasilatını
çıxarıb bazarda satmaq istiyordu. Lakin hökumət
milislərə əmr vermişdir ki, bazarda alıb
satanları həbs etsin. Çünki digər pirinç
alanlar artıq qiymət verdiyi üçün köylülər
hökumətin ucuz qiymətini görüb hökumətə
nifrət edəcəklərdi. 1928 ilində Lənkərandan
Bakıya gedən yolçu hökumətin icazəsilə
ancaq bir put pirinç götürə bilərdi. Pirinçin
putu Bakı bazarında 16-18 rublə idi. Fəqət
zavallı Lənkəran köylüsü Lənkəranda
hökumətə 7 rublə 75 qəpik vermək məcburiyyətində
idi. Nəysə köylünün işi bununla da bitmiyor.
Köylü zəhmətinin bu qədər ucuz getməsi də
ona tamamən zalım əlindən qurtaramıyor.
Çünki köylülərə mədaxil vergisi gəlir.
Halbuki, əvvəldən onlara vədə verilmişdi ki,
hökumətə pirincini verən köylüyə mədaxil
vergisi yoxdur, köy şura rəisi zorla vergiləri
toplamağa başladı. Fəqət çox
köylünün vergini verməyə iqtidarı yoxdu. 1928-ci
ildə dekabr ayında Lənkərandan 5 verst məsafədə
bulunan Germtük köyündə məhkəmə quruldu.
Vergisini verməyən köylülər birər-birər cəlb
edildilər. Məhkəmə salonunda köyün komunistlərindən
ibarət 3 kişilk bir komisyon təşkil etmişlərdi. Məhkəmə
rəisi köylüyü cəlb edərək bu vaxta qədər
vergi verməməsinin səbəbini sordu. Köylü vergi
verə biləcək iqtidarda olmadığını söyləyincə
rəis məzkur komisyona müraciət edərək
köylünün vəziyyəti haqqında məlumat istədi.
Komisyon dəxi köylü əleyhində məlumat verdigi
üçün rəis vergi miqdarını bir qat daha
artırdı. Digər bir köylü 150 rublə verginin
yalnız yarısını verə bilmişdi. Məhkəmə
rəisi mütəbaqi qisminin nədən verilmədigini
sorunca köylü, bu ilki çalışmanın məhsulunu
tamamilə vergiyə verdim, şimdi bir öküzüm
vardır, gələcək sənə başqa bir adamla şərik
olub çalışacağam, arzu edərsinizsə bu bir danə
öküzümü vergi müqabilində hökumətə
veriniz, çünki başqa çarəm yoxdur - deyə
cavab verdi. Məhkəmə heyəti qısa müşavirədən
sonra proletar hökuməti naminə öküzün
müzayidə ilə satılaraq vergi müqabilində veriləcəgini
elan etdi. İştə bu kibi hadisələr çox sıx
vüqu bulduğu üçün köylülər artıq
çalışmaq və məhsulatını artırmaq
üçün çalışmıyorlar. Hökumət
köylüləri əsirlər kibi istismar ediyor.
Köylülər buna qarşı getdikcə sovet hökumətinə
nifrət bəsliyor və mümkün mərtəbə
hökumətin tədbirlərinə qarşı qoymağa
çalışıyorlar. Hökumətin köylərdə
tətbiq etdigi siyasət üzündəndir ki, məmləkət
gündən-günə süqut və inhitata doğru getməkdədir.
Köylüləri nifrətləndirən birisi də komunistlərin
köylərdəki əxlaqsız hərəkətləridir.
Bu komunistlər zənginləşmək və rifahla yaşamaq
üçün köylüləri soymaqdan çəkinmiyorlar.
Misal üçün Maştağa köyündə keçəl
Məmməd Məmmədyarovu zikr edə bilirəm. Bu adam əskidən
petrol quyusu qazıyan əmələlərdən biri idi.
İnqilabdan sonra komunist oldu. Bu gün bu adamın
Maştağada içərisində motor və elektrik bulunan
böyük bir bağı və tacirlərə faizlə
verdigi küllü miqdarda parası vardır. Şübhəsiz
bütün bunları köy xalqı görüyor və
hökumətin yapdığı propağandalara
yalançı vədlərə artıq inanmıyorlar.
Vey Əlif
“Odlu-Yurd”, ikinci
kanun (yanvar) 1930, ¹11
Müzayidə - hərraca qoyub satma
İnhitat - tənəzzül
AZƏRBAYCANDA VƏZİYYƏT
Asilər milli istiqlal bayrağı
çıxardılar. Dağlarda “İstiqlal” qəzetəsi nəşr
olunuyor. Şəki-Zaqatala müharibəsinin təfsilatı.
Şuşanın süqutundan sonra Azərbaycanda 10 mindən fəzlə
köylü tovqif (həbs) edilmişdir. Partizanlar Gədəbəy,
Vedibasar və Lənkəran tərəfində birləşiyorlar.
Qafqasiyanın qeyri türk millətləri Azərbaycan
üsyanlarına yardım ediyorlar: türk əskərlər
üsyançılara iltihaq ediyor, gürcü və erməni
əskərləri Azərbaycan köylüsü əleyhinə
getməkdən imtina etdilər. Partizanlar Gəncə
fabrikalarını yaxdılar. Məhbəslərdəki
köylülər aclıq qrevi elan etmişlər. Azərbaycanda
sabiq milli parlamento əzasından 3 kişi və üləmayi-dindən
Şeyx Qəni Əfəndi qurşuna düzüldü.
Köylülər tovqif edilən milliyyətpərvərləri
xilas etdilər. Musabəyovu Borçalıda daşa tutdular. Bağırov
Gədəbəy cəbhəsində böyük bir məğlubiyyətə
məruz qaldı. Sovet Ermənistanı Komisarlar Şurası
rəisi Sedrak Sərkisyan qətl edildi.
Gəncə ətrafında 200 kişilik bir
partizan qrupuna komanda edən sabiq milli parlamento əzasından
Molla Əhməd (məruf Hacı Axund) milli Azərbaycan
bayrağı qaldırmışdır.
Xüsusi müxbirimizin verdiyi məlumata görə
Azərbaycan dağlarında partizanlar mətbəə təşkil
edərək “İstiqlal” namında bir qəzetə nəşrinə
başlamışlardır.
Müxbiri-məxsusimiz 3 may və 18 may tarixlə
Şəki-Zaqatala üsyanının təfsilatını
bildirməkdədir:
Şəki və Zaqatalada əhali üsyan edərək
komunistlərlə məsul Sovet məmurlarını kəsmişdir.
Dağıstanlılar və gürcülər dəxi azərbaycanlılara
iltihaq eyləmişlərdir. Asilərin miqdarı 3 minə
yaxındır. Bunların əleyhinə Gəncə ilə
alman kolonisi arasında işləyən avtobuslarla 4-cü
qızıl ordu alayı sövq edilmişdir. Alay ruslarla azərilərdən
ibarətmiş. Şiddətli müharibə əsnasında
Şəki və Zaqatala türk qadınları çocuq və
yavruları ilə bərabər əskərlərin
qarşısına çıxmışdır. Alayda olan
türk əskərlər bu mənzərə
qarşısında silahlarını rus nəfərlərinə
çevirərək top və mitral-yozlarla bərabər asilərə
iltihaq eyləmiş və rusları tamamilə kəsmişlərdir.
Üsyan etmiş əhalinin başına keçən azəri
əskərlər Şəki şəhərinə sahib
olmuşlardır. Şəhər 2 gün milliyyətpərvərlər
əlində qalmışdır. Şəki üzərinə
sövq olunan yeni rus qüvvətləri ilə müsadimədə
şəhərin bir qismi tamamilə xarab olmuşdur. Milliyyətpərvərlər
Şəki məhbəslərində olan bütün məhbusları
buraxmışlardır. Avtobuslar Gəncəyə külliyyətli
rus yarılısı gətirməkdədir. Üsyan hala davam
etməkdədir. Tiflisdən Qarsa verilən məlumata görə
Şəki ilə Yevlax arasında münaqilat (rabitə)
tamamilə kəsilmişdir.
Şuşayı qətliam etdikdən sonra
ruslar orada 1800 kişi həbs etmişlərdir. Məhbusların
yolda partizanların təərrüzünə məruz
qalıb qurtarılacığını nəzərə alan
ruslar onları Şuşadan çıxarmıyorlar. Şəhər
ürfi halındadır. Tutulanlar həp
“müsavat-çılıqla” ittiham olunuyorlar. Bakıda 5000
“müsavatçı” tövqif edilmişdir. Bunlardan maəda
Bakı məhbəslərində Gəncə və Tiflisdə
10 minə qədər azəri köylüsü vardır.
Bunlar “qolçomaq”lıqla ittiham olunuyor və üsyanlarla
heç bir əlaqələri olmamışdır.
Məhbəslərdəki köylülər
Sovet hökumətinin qeyri insani və vəhşi rejiminə
protesto olmaq üzrə Bakının Bayıl həbsxanəsində
aclıq qrevi elan etmişlərdir. 12 köylü ölüm
halında ikən xəstəxanəyə
qaldırılmışlardır. Bu vəziyyət digər məhbusları
da aclıq qrevi elan etməyə məcbur eyləmişdir.
Bakı “Çeka”sında Bakının din
üləmasından Şeyx Qəni Əfəndi qurşuna
düzülmüşdür.
Sabiq məhbuslardan Qarxunlu Əşrəf bəy,
Həmdullah Əfəndi və Əli bəy Ziziqli “Çeka”
tərəfindən öldürülmüşdür. Son məlumatımıza
görə “İttihad” partiyası əzasından Bəşir
bəy Aşurbəyli dəxi qətl edilmişdir.
Gəncə ilə Yevlax arasında 800 kişi
tovqif olunaraq Bakıya sövq edilmişdir.
Naxçıvanda 8 kişidən ibarət gənc
“müsavatçı” qrupu tövqif edilərək Bakıya
göndərilmək üçün stansiyaya gətirildigi
zaman köylülər hücum edərək “Çeka” məmurlarını
öldürmüş və milliyyətpərvərləri
xilas etmişlərdir. Sonra 15 köylü ailələrilə
bərabər vətənpərvərləri də alaraq Sovet
məmurları ilə atışa-atışa İrana
keçmişlərdir.
Gədəbəy ətrafında Qafqasya millətlərinin
müştərək partizanlar şəklində mücadilə
etdiklərini əvvəlcə yazmışdıq. Türk
partizanların miqdarı 500-dür, rəisləri Məcid bəydir.
Vahan keşişinin oğlu bir məktubla kəndisinə
müraciət edərək 300 atlı ilə yardımına
gəldiyini bildirmişdir və əvvəlcə də 4 at
yükü cəbxanə göndərmişdir.
Vaxtilə Ağdaşı alaraq komunistləri
kəsməgə müəffəq olan məruf Samuxlu Məhməd
Qasım bəy də Məcid bəyin yardımına gediyor.
Bu partizanlar ilə Qazax-Şəmkir
partizanları arasında dəxi rabitə vardır. Qazax-Şəmkir
partizanlarının miqdarı 150 olub başlarında Kərbəlayi
Əsəd durmaqdadır.
Kür nəhri sahilində Yüzelğail
yolunda bu partizanlarla 300 kişilik qızıl ordu hissəsi
arasında 6 gün davam edən bir hərb olmuşdur.
Partizanlar həp atlıdırlar.
Gədəbəyə Məcid bəy əleyhinə
yerli əskərlər getməkdən imtina eyləmişlərdir.
Bakıdan gedən “Çeka” qitəatı 4 səhra topu ilə
bunlara hücum eyləmişdir. Ən nəhayət
Bağırovun komandasında olan çekistlər 3 tələfat
verərək çəkilmişlərdir. Gədəbəylilər
Bağırovdan eyni zamanda 2 mitralyoz və 2 avtomobil
saldırmış-lardır.
Qazax tərəflərində Müseyib
Əlizadənin idarə etdigi 1000 kişilik bir partizan qrupu hərəkət
ediyor.
Gəncə qəzasında Kərəzə
dağında komunist İshaq 600 kişilik bir partizan qrupu təşkil
edərək Sovet hökumətilə mübarizə eyləməkdədir.
Qazax qəzasında iltihaq edən Qarayazı və
Borçalı qəzalarında partizan hərəkatları
davam eyləməkdədir. Köylülər Tiflis-İrəvan
dəmiryol xəttini təxrib eyləmişlərdir.
Komsomollarla “Çeka” müfrəzələri silah altında
bulunaraq daima qışlalarda yatıyorlar. Borçalı qəzasının
Qızıl Hacı köyündə erkəklər üsyan
edərək dağlara çəkilmişlərdir.
Qızıl ordu ilə aralarında vüqu bulan müsadimədə
hər iki tərəfdən ölən və yaralanan
vardır. Azərbaycanın sabiq Komisarlar Şurası rəisi
doktor Qəzənfər Musabəyov bu köyə gedərək
qadın və çocuqları mitinqə toplamış və
qadınlar tərəfindən daşa tutularaq qovulmuşdur.
Vedibasar-Naxçıvan üsyanı davam
ediyor. Üsyan bir tərəfdən İrəvana və
Göyçə gölünə, digər tərəfdən
də Ordubad və Zəngəzura sirayət eyləmişdir.
Böyük Vedibasar parftizanlarının
miqdarı 600 kişidir. İçlərində 70 erməni dəxi
vardır. Göyçə ətrafında təşəkkül
edən 500 kişilik erməni çətəsinin
Vedibasardakı türklərin yardımına getdikləri rəvayət
olunuyor. Naxçıvan dairəsindəki partizanların
İrana iltica etmiş bir erməninin Təbriz müxbiri-məxsusimizə
söylədiginə görə Naxçıvan türk
partizanları arasında 16 erməni dəxi varmış.
Partizanlara heç bir tərəfdən yardım edilmiyor və
qızıl ordudan saldırdıqları silah və
köylülərin verdikləri ərzaq ilə
keçiniyorlar. Bu partizanlar əleyhinə sövq olunan rus əskərləri
hərbdən imtina edərək çəkilmişlərdir.
Naxçıvanın 30 kilometrliyində vaqe
Milab köyü üsyan edərək komunistləri tamamilə
kəsmişlərdir. Naxçıvana qızıl ordu əfradından
7 meyid, bir o qədər də yaralı gətirilmişdir.
Şubat (fevral) ayı ortalarında Musabəyov
zirehli qatarla Naxçıvana gəlmiş və vaqondan enmiyərək
hüdud komandanı ilə görüşmüş və
geri dönmüşdür.
Ordubad qəzasında yüzlərlə ailələrin
İrana irtica etdiklərini Təbriz və Qaradağ
müxbirlərimiz 3 mayıs tarixli məktublarında xəbər
verməkdədirlər.
Culfadan Araz boyu ilə 10 kilometr olan Aza köyündən
türk, erməni və malakandan ibarət 70 ailə İrana
keçmişdir. Arazın Qafqasiya qismində olan Təzəkəndin
400 ailədən ibarət əhalisi Arazın İran tərəfində
olan Təzəkəndə keçmişlərdir.
Zəngəzur qəzasının
Mığırlı köyündə pasxa bayramı
münasibətilə kilisədə mərasim icra edilərkən
komunistlər içəri girmiş papası
öldürmüşlərdir. Bunun üzərinə
köylülər qiyam eyləmiş, köydə mövcud məsul
Sovet məmurları ilə komunistləri tamamilə kəsmişlərdir.
Ətrafda olan bir çox türk və erməni köyləri
üsyan edərək komunistləri öldürmüş və
Mığırlıya hərəkət eyləmişlər.
Bu surətlə Mığırlıda 400 kişilik bir
partizan dəstəsi əmələ gəlmişdir.
Zəngəzur, Ordubad, Naxçıvan, Vedibasar
və Göyçə partizanları arasında rabitə
mövcud olub Qaradağ-Gəncə və Muğan
partizanları ilə irtibata girməyə səy ediyorlar.
Sovet Ermənistanı Komisarlar Şurası rəisi
Sedrak Sərkisyan kollektivize məhəllələrini tədqiqə
gedərkən partizanların hücumuna məruz qalaraq
öldürülmüşdür. Şoferi və
arqadaşı ağır surətdə
yaralanmışlardır.
Lənkəran qəzası ilə Muğanda
Kamiranın idarə eylədigi partizan qrupu getdikcə qüvvətlənməkdədir.
Asilərə qəzanın malakan rus köylüləri də
iltihaq eyləmişdir. Hüdud boyunda olan malakan köylülərindən
60 ailə İrana keçmişdir. Ərdəbil müxbiri-məxsusimizin
bildirdiginə görə Qafqasya Azərbaycanı
Bilasuvarında olan hüdud komandanı Semyonov hüdud
mühafizlərinə atəş əmri vermişsə də
qızıl nəfərlər itaət etməmişlər.
Sonra Semyonov İran hüdud komandanı Nağı xana
müraciət edərək köylülərin liderlərini
istəmişsə də rədd cavabı almışdır.
Azərbaycandakı türk-erməni və
gürcü milli alayları partizanlarla hərb etməkdən
surəti qətiyyətlə imtina eyləmişlər.
Türk əskərlərin köylülərə
qarşı göndərilməsi təhlükəli ədd
olunuyor. Gürcü və ermənilər də diyorlar ki,
“Ötədən bəri mövcud olan milli münasibətlərə
nəzərən türklərə qarşı gürcü
və erməni göndərmək doğru degildir, rus əskərləri
göndərməlidir”.
Ruslar da “bu iş milis qüvvətinin
işidir. Biz yalnız xarici düşmənlə hərb edəriz”
demişlər.
Milislər də ya asilərə iltihaq ediyorlar
və ya da İrana qaçıyorlar. Bu vəziyyət
qarşısında Moskvadan yeni rus əskəri qüvvəti
gətirilməsinə məcburiyyət hasil olmuşdur.
“Odlu-Yurd”, həziran
(iyun) 1930, ¹17
Ürfi - fövqəladə vəziyyət
İRAN VƏ BOLŞEVİKLƏR
Tehranda nəşr edilən “İran” qəzetəsinin
13 mart tarixli sayısında “Xarici qəzetələrin birisinə
cavab” ünvanilə yazdığı baş məqaləsində
Bakıda müntəşir “Bakinski raboçi” qəzetəsinin
31 kanuni-sani (yanvar) tarixli İranı tənqid edən
sayısı ilə atışıyor.
“Bakinski raboçi” İranı
aşağıdakı məsələlər haqqında tənqid
ediyor:
1- İranın səhiyyə və maarifi fənadır.
2- Nə üçün İranın
hürriyyət qəhrəmanı Zülfü (bir eşqiya
idi) edam edildi?
3- Nə üçün məmləkət
büdcəsinin 100-də 40-ı orduya sərf olunuyor?
4- Nə üçün Tehran və başqa
şəhərlər təmir olunuyor?
5- Nə üçün Dövləti Şahənşahı
İngilis bankilə mübarizə etmiyor?
6- Nə üçün dövlət, milli bankaya müavinət etmiyor?
7- İran dəmiryolu yapılmayacaqdır,
çünki şimalda yalnız 120 kilometro
yapılmış və durdurulmuşdur.
8- Davəri ədliyyeyi islah edəcəginə
xərab etmişdir.
9- Nə üçün İran məmləkətin
zahirə parasını dışarıda tutuyor?
10- Nə üçün İranda iqtisadi
böhran vardır?
Qəzetəçi diyor ki: bən onlara müfəssəl
cavab vermədən əvvəl soruyoram:
1- Nə üçün sizin məmləkətdə
sərvətlilər dilənçi oldular və dilənçi
sərvətli olmadı?
2- Nə üçün sizin məmləkətinizdə
adamlar acından ölüyor, əkmək və başqa ləvazimatı
ala bilmək üçün saatlarca dükanlar
qarşısında sıra bəkləməgə məcbur
oluyorlar?
3- Nə üçün sizin məmləkətinizdə
Q.P.U. (Çeka) ədliyyə yerini tutmuş və
insanları kiçik bir bəhanə ilə
öldürüyor? Hətda Q.P.U. məmləkətinizin
daxilində degil xaricində belə höküm fərmadır?
Və çox dəfə onun müməssili sizin xaricdəki
müməssillərinizdən daha nüfuzludurlar? (Həqiqətən
də Bolqarıstanda üsyanlar yaptıran məşhur
Q.P.U.-çulardan Luğanovski Tehranda bolşevik səfarəti
müstəşarı olduğu halda ondan qorxardı).
4- Nə üçün hər gün İran
tüccarını birər bəhanə ilə boğaraq
iflas etdirdikdən sonra var yoxlarını əllərindən
alaraq sürgün ediyorsunuz?
5- Nə üçün İranın tərəqqisinə
bu qədər düşmanlıq edərək onu zəhərli
lisanınızla tənqid ediyorsunuz?
6- Nə üçün İranın iqtisadi
böhranının ən qəvi amillərindən
olmuşsunuz və hətta sizin mallarınızın İran
daxilində satılmasına belə onlara imkan vermiyorsunuz? Və
sizin mallarınızın satılmasını sizə
uşaqlıq edən bir qaç kişiyə veriyorsunuz?
7- Nə üçün sizin idarələriniz
məmləkətimizin fəqir yoxsullarından istifadə edərək
İranın azacıq xam mallarını ən əhvən
(daha az) fiata alıyorsunuz və kəndi mənafeinizi
düşünərək əhali və köylünün
halını nəzərə almıyorsunuz?
8- Kəndi məmləkətinizdə heç
kimsəyə bəşəri həqq verməyərək
heç bir qəvaninə və şəxsi hüquqa qail
degilsiniz?
9- Nə üçün sizin məmləkətinizdə
hər sənə minlərcə insanlar aclıqdan və
ehtiyacdan ölüyorlar da siz onlara əlac etmiyorsunuz?
10- Nə üçün Rusiyada sizin əleyhinizə
mövcud olan adəmi məmnuniyyəti nəzəri etibara
almayaraq insanları sərbəstcə kəndi müqəddəratlarını
həll etməgə buraxmıyorsunuz?
11- Nə üçün böylə şiddətli
iqtisadi böhrana çarəsaz olmuyorsunuz?
12- İranın ədliyyəsini tənqid edən
sizlər nə üçün kəndi məmləkətinizdə
ədliyyə işini yoluna qoymuyorsunuz?
Anlaşılıyor ki: iranilərin sizin məmləkətinizdəki
fəcayii gördükdən sonra təbliğatınıza
aldanmamalarına qızıyorsunuz və yaxud İran kibi bir
şikarın əlinizdən çıxmasına təəssüf
ediyorsunuz.
Siz bu vaxta qədər 80 kişi
öldürmüş Zülfü kibi bir əşqiyanı
köylü tərəfdarı kibi yazıyorsunuz,
anlaşılan onunla bir münasibətiniz varmış. Siz
bizim şəhərlərimizin abad olmamasını tənqid
ediyorsunuz, anlaşılan siz bizim məmləkətimizin daima
xarab olmasını və halımızın xarsivar
olmasını istiyorsuz. Siz bizim dəmir yollarımızın
yapılmayacağından bəhs ediyorsunuz. Sizin bu dəmir
yolunun düşməni olduğunuzu bilməyən bir
iranlı yoxdur. Siz istiyorsunuz ki, tamam İran dəmir bir hasarla
çevrilsin, fəqət bir Pəhləvi və Culfa-Təbriz
yolu qalsın.
Sonra İran-Rus ticarətindən bəhs edərək
diyor ki: əvvəla sizin İran mallarını İranda kəndiniz
istədiginiz fiata almağa çalışıyorsunuz, əgər
İran tüccarı Rusiyaya mal götürürsə ondan
külliyyətli vergi alıyorsunuz və istədiginiz fiata
alıyorsunuz. İran tüccarına da yenə İrana para
çıxarmaya müsaidə vermiyərək istədiginiz
fiata malları veriyorsunuz.
Qəzetə sonda diyor ki: hər həftə
İranı tənqid edən bolşevik qəzetələrinə
bizim qəzetələrimizin cavab vermək imkanı
olmaması doğru degildir. Onlar yazdıqları kibi biz də
onların daxili vəziyyətlərinin fənalığını
yazmalıyız.
lll
Tehranda nəşr olunan “Şəfəqi-sürx”
qəzetəsinə Hacıtərxandan yazıyorlar (11-3-30) ki,
bolşeviklərin əraziyi şiddətlə
iştiraklaşdırmaq təşəbbüsü
(Çerbax və Fərpust) köylərində köylülərlə
bolşevik məmurları arasında müsadiməyə səbəb
olmuş və bolşevik məmurlardan bir qədəri də
öldürülmüşdür. Bilaxirə dövlət qüvvəti
qələbə çalaraq 500 ərkək və qadın
tövqif edilmiş və onlardan 200 kişi tovqif edilmişdir.
“Odlu-Yurd”, 27 nisan
(aprel) 1930, ¹14
(Ardı var)
525-ci qəzet 2018.- 27 oktyabr.- S.20-21.