"Ən gözəl qəzadır salamlaşmalar, - get-gedə azalır əl qəzaları"   

 

 

 

lənətə gəlsinlər bütün görüşlər,

artır gündən-günə gül qəzaları.

qız, sənin baxışın təhlükəlidi, -

hər an ola bilər göz qəzaları.

çox olur, danışıb həddi aşmalar,

görün qədərdir dil qəzaları.

ən gözəl qəzadır salamlaşmalar, -

get-gedə azalır əl qəzaları...

qəzan mübarəkdir, ay mömin kişi,

min dəfə otur-dur, qıl qəzaları...

biz ömür sürməkdə xam olmasaydıq,

bu qədər olmazdı yol qəzaları...

 

lll

 

ömrüm , vaxtım da badə kimidi,

şərabla doldurram bütün boşluğu.

bircə nəfər qalıb əl verəcəyim, -

tanrıya borcluyam bu sərxoşluğu.

bu evin çölündə varsa, qaçıb,

bu evin içində var, gedəcək:

bir gün qanad çalıb şəklin uçacaq,

bir gün ayaq açıb divar gedəcək...

bilmirəm, bilmirəm neçədi saat,

iki şüşə qalıb nahar vaxtına.

gül var, bir gül verəcəyim,

məni saxlamayın bahar vaxtına.

 

lll

 

zarıyır, çöllərin canına düşür,

tutub bağlamırıq it canımızı...

bu zaman olmasa, əcəl-zad nədi,

heç it bəyənməz şit canımızı.

birtəhər qaldırıb təbə gətirdik,

elə bil bir ölü dəvə gətirdik:

qolundan yapışıb evə gətirdik,

götürüb apardı dərd canımızı...

ömür faytondu, maşınıdı,

cilovsuz atıdı, qaraşınıdı.

ölüm bizdən ötrü ət maşınıdı,

hər gün biraz çəkir ət canımızı...

 

lll

 

vecimə deyil bəstəboyluğun,

getdikcə ən uzun fəslim olursan.

məni mən eləyən köküm səndədi,

sən mənim gözəl əslim olursan.

gedişin ağlımı tamam çaşdırır,

yüngül ağrıları ağırlaşdırır,

səni gözlərimdə tanrılaşdırır,

qayıdıb gələndə mislim olursan...

bu da bir addımdır, gündür, deyirsən,

hər günü addımtək atıb gedirsən.

əlini qaldırıb dua edirsən,

görən elə bilir təslim olursan...

 

lll

 

“525-ci qəzet”in 25 yaşına

Əziz işçilər!

4-5 əsr sonra da

yaxşı səslənər:

525-çilər...

Elə xəbərləriniz olsun

oxuyanda işıq gəlsin gözümüzə.

İçəridəki sözü

ən doğma adamımız bilək, -

səhifələr

qapı kimi açılsın üzümüzə...

arada məni yada salın,

qapınızda adımı görüm.

özümnən böyüklər

mənə maraqlıdı,

amma mən ən çox istəyərəm

hər həftə öz yaşıdımı görüm...

...Həmin gün bu vətəndə

inanıram ki,

istilik keçər daşa da.

Məsələn, qəzetinizdə

belə başlıqlı xəbər oxumaq istərdim:

Jurnalistlərimiz Şuşada”...

... Həmişə

bu qapıdan içəridə

nəfəs alan Sözünüz olsun.

Bir , siz Allah,

bu 25 yaşlı gəncin üstündə

gözünüz olsun...

 

lll

 

Qəza yerindən reportaj

Elə indicə,

gündüz saat on iki radələrində

ağır yol qəzası baş verib,

canlı yayıma bağlanırıq,

müxbirimiz hadisə yerində:

Məhəbbət yolunda

eyni markalı iki ürək toqquşub.

İtki yoxdur.

Hər iki sürücü

sevginin reanimasiya şöbəsindədir.

Faktla bağlı heç bir araşdırma aparılmır.

Müvafiq polis bölməsi məhəbbət yolunda

insanları ehtiyatlı olmağa çağırmır.

 

lll

 

Naz eləyir,

qoyur özünü dağın başına.

hər il qış kanalında

havaya etiraz eləyir:

öz efir vaxtını dondurur sular.

 

lll

 

bir yaxşı çay dəmləyəsən,

bir yaxşı qonağın gələ.

əlləri boş ola, ürəyi dolu.

çayın qala bir tərəfdə,

ürəyin süzüb içəsən,

indi de görüm, necəsən?

 

lll

 

... şairi yarpaqla basdırmaq gərək,

heyif ki, üstünü torpaqlayırlar.

noolsun ağaclar yarpağın tökür,

şairlər payızda yarpaqlayırlar...

 

lll

 

yatmağına hamı bilir, yatmırlar,

heç olubmu

bircəciyi bircə dəfə əsnəyə?

adamlardan gör inciyib, küsürlər?

ömrü boyu bircə addım atmırlar,

bəs niyə

ağacları ayağından kəsirlər...

 

lll

 

Bu payız vaxtın eşqinə,

qaş-qabağınla yer süpür,

alnını qırışdır, getsin...

O buz otaqda az üşü,

göndərdiyim məktubları

yığ, topla, alışdır, getsin...

Divardakı mən deyiləm,

şəkildi , kin saxlama,

bir söz de, danışdır, getsin...

Yenə səksəndim, ay dəli,

belə qəfildən yadıma

düşməyi... yığışdır, getsin...

 

lll

 

Səni mən tək sevməyənlər,

bilirəm, mənnən qəşəngdi.

Adam var, adamdan qəşəng,

gün var ki, günnən qəşəngdi...

İslandıqca baxışlar da,

aram dəyir yağışlarnan.

Alnım, üzüm qırışlarnan,

saçlarım dənnən qəşəngdi...

Ruhum sevgi, səsim sevgi,

quruca nəfəsim - sevgi.

Kim deyir desin, sevgi,

imandan, dindən qəşəngdi!

Səni sözə oxşatmışam,

cür görmüşəm, yozmuşam;

Sənə bir şeir yazmışam,

incimə, səndən qəşəngdi...

 

lll

 

az ölün, yara yerinə

ağzımdan ağı çıxacaq...

bağrımın başı geyişir,

minillik ağrı çıxacaq.

ac-yalavac ölümlərə

adamlar soyulmuş kimi.

dədə, qaşnan göz arası

əcələ su yolu kimi.

bu gözünnən bulanmışa

baxıb, başını bulama.

dərdim palçıq şəklindədi,

get, üst-başını bulama...

 

lll

 

hələ var vaxta, sən ,

otur, onda gedərsən...

bu son görüş - deyirsən,

son vaqonda gedərsən...

gələn-gedən olmasın,

qapıları bağlayaq.

öldürək özümüzü,

özümüz ağlayaq...

bir sən varsan, bir mən,

özgələrdən danışma.

içim sınıq-sınıqdı,

güzgülərdən danışma...

bir tələsmə, sən canın,

bir qoy görək, gedərsən:

təkcəcə ölmək olmur,

birgə ölək, gedərsən...

 

lll

 

dünya - yatmaq üçün doğulanlara

mütəkkə bazarıdı.

Həccə gedirəm salmısan, -

Məkkə bazarıdı?

əsil mömin

anasının ayaqlarını öpər,

o ayaqları ən müqəddəs yer sayar!

lap gündə yüz yol başına hərlənər,

Öz anasın Pir sayar!

 

 

Ruslan DOST ƏLİ

 

 

525-ci qəzet.- 2018.- 1 sentyabr.- S.23.